Məhkəmə qərarları › İş №3(001)-772/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-772/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-772/2025 25.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunın katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi, “LCG” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X4 bildirmişdir ki, X7 Xidmətinə Daxili İşlər Nazirliyinin təqdim etdiyi siyahı üzrə Qarabağ və X11 zonalarında işləyən şəxslər üçün portala daxil edilmiş icazə ilə bağlı siyahı təqdim edilmişdir. Bəzi şəxslər barəsində işçi kimi müxtəlif şirkətlər tərəfindən icazə alınsa da, həmin şəxslərlə əmək müqaviləsi bağlanmamışdır. Şəxs tərəfindən iki nəfər şəxs – X3 və X10 xx.xx.2025-ci il tarixdən əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmişlər. Həmin şəxslər əmək müqaviləsi olmadan Şəxs tərəfindən işğaldan azad olunmuş ərazilərdə işlərə cəlb edilmişlər. Bununla əlaqədar olaraq protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Ona görə də, Şəxs barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirişdir ki, X3 və X5 əmək müqaviləsi olmadan işğaldan azad edilmiş ərazilərə keçdiyi vaxt aktiv əmək müqavilələri olmamış, sonuncu əmək müqavilələri Şəxs ilə bağlandığından həmin şirkət barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi, “LCG” Vəkil Bürosunun vəkili Vəkil izahat verərək bildirmişdir ki, Şəxs MMC Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 4-cü məhəllə üzrə 66 mənzildən ibarət yaşayış binalarının tikintisinin həyata keçirilməsi layihəsi üzrə "xxxx" İnşaat şirkəti ilə subpodrat müqaviləsi əsasında fəaliyyət göstərir. X3 03.12 2024-cü ildə MMC-də fəhlə vəzifəsinə qəbul edilmiş və xx.xx.2025-ci ildə bu vəzifədən öz ərizəsi ilə ayrılmışdır. MMCdə vəzifəsindən ayrıldıqdan sonra nə MMC-də, nə də digər heç bir yerdə çalışmamışdır. MMC-nin digər keçmiş işçisi X10 xx.xx.2024-cü ildə MMC-də fəhlə vəzifəsinə qəbul edilmiş və 07.01 2025-ci ildə bu vəzifədən öz ərizəsi ilə ayrılmışdır. MMC-də vəzifəsindən ayrıldıqdan sonra nə MMC-də, nə də digər heç bir yerdə çalışmamışdır. İşçilərin ərizələrinə əsasən onların əmək müqavilələrinə xitam verilmişdir. Bu xitam ilə əlaqədar keçmiş işçilərinə işğaldan azad edilmiş torpaqlara daxil olmağa icazə verən xüsusi portala məlumat verilməsi məqsədilə fəaliyyət göstərdiyi müqavilə üzrə podratçı "xxxx" İnşaat Şirkətinə məlumat vermişdir. X7 Xidməti işin halları ilə bağlı araşdırmaları düzgün yerinə yetirməmiş, məsələyə qərəzli yanaşmışdır. Daxili İşlər Nazirliyinin işğaldan azad edilmiş ərazilərə keçən şəxslərin hansı şirkətin işlərini görmək üçün getdiklərini müəyyən etmək imkanı və səlahiyyəti yoxdur. X3 və X5 aktiv əmək müqaviləsi olmadan işğaldan azad edilmiş ərazilərə Şəxs işçisi kimi daxil olmaları ilə bağlı heç bir sübut mövcud deyil. Odur ki, qeyd edilənlərə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirmişdir ki, onunla Şəxs arasında bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra heç bir yerdə işləməmişdir. Onu Ağdam rayonu, Xıdırlı kəndində işləmək üçün çağırımışlar, lakin həmin yerə gedib işə baxdıqdan razılaşmamış və işləməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şəxsndə 2024-cü ilin dekabr ayından cəmi 16 gün işləmişdir. Onunla bağlanmış əmək müqaviləsini xx.xx.2025-ci il tarixdə xitam verilmiş, o, Ağdam rayonu, Xıdırlı kəndinə xx.xx.2025-ci il tarixdə getmişdir. Onun adı işçi kimi portalda qaldığına görə işğaldan azad edilmiş əraziyə gedib qayıda bilmişdir. Onun adı portala Şəxs tərəfindən salınmışdır. O, Şəxs tərəfindən fəhlə kimi işə qəbul işdən edilmiş, 16 gün Ağdam rayonunda işləmişdir. Əmək haqqı onu qane etmədiyinə görə işdən çıxmışdır. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirmişdir ki, onunla Şəxs arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verildikdən sonra heç bir yerdə işləməmişdir. O, 02 fevral 2025-ci il tarixdə iki günlük gəzmək üçün Şuşa şəhərinə getmiş, bununla bağlı icazə almışdır. xx.xx.2025-ci il tarixdən sonra o, işləmək üçün işğaldan azad edilmiş ərazilərə getməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 2024-cü ilin oktyabr ayından xx.xx.2025-ci il tarixə kimi Şəxsndə fəhlə işləmişdir. Onun iş yeri Ağdam rayonunda yerləşmişdir. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirmişdir ki, onun işlədiyi “SNT İnşaat” şirkəti ilə Şəxs arasında podrat müqaviləsi bağlanmışdır. Şəxs işğaldan azad edilmiş ərazilərdə işləyən işçiləri üçün icazəni “SNT İnşaat” şirkəti almışdır. X3 və X10 bağlanmış əmək müqavilələrinə xitam verildikdən sonra xx.xx.2025-ci il tarixdə həmin işçilərin adlarının icazə portalından çıxarılması üçün müraciət olunmuşdur. Həmin işçilərin adlarının icazə portalından çıxarılıb-çıxarılmamasından onun məlumatı olmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X3 xx.xx.2024cü il tarixdə Şəxs tərəfindən işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X1 Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə işə qəbul edilmiş, xx.xx.2025ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X3 və X10 əmək müqavilələrinə xitam verildikdən sonra adlarının icazə portalından silinməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilmiş, lakin həmin şəxslərin adları portaldan çıxarılmadığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti həmin şəxslərin Şəxs tərəfindən əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edildiyi qənaətinə gəlmiş və MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X3 və X10 məhkəmədə izahat verərkən onlarla Şəxs arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verildikdən sonra işləmək üçün işğaldan azad edilmiş ərazilərə getmədiklərini bildirmişlər. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta üzrə işlə bağlı düzgün araşdırma aparılmadan, X3 və X10 ilə bağlanmış əmək müqavilələrinə xitam verildikdən sonra hər hansı işlərin görülməsinə cəlb edilmələri ilə bağlı sübutlar toplanmadan Şəxs barəsində əsassız olaraq İXM-in 192.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, Şəxs İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar