Məhkəmə qərarları › İş №3(001)-776/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-776/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-776/2025 06.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 25 oktyabr 2024-cü il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol”un icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: 06 fevral 2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Binəqədi rayon Polis İdarəsinin 17 yanvar 2025-ci il tarixli, 3-13-46/2-2119/2025 saylı məktubu ilə Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 25 oktyabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edirəm ki, protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, materiala əlavə olunmuş Binəqədi Rayon Məhkəməsinin 15 noyabr 2024cü il tarixli, 3(001)-6527/2024 saylı qərardadından görünür ki, sözügedən inzibati xəta haqqında protokol natamam olduğundan, işə baxılarkən natamamlığı tamamlamaq mümkün olmadığından onu tərtib etmiş orqana geri qaytarılmışdır. Məhkəmənin həmin qərardadları qüvvədədir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan qərardadda göstərilmiş natamamlığı aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmişdir. Qüvvədə olan məhkəmə qərardadını nəzərə alaraq, hesab edirəm ki, protokolu tərtib etmiş orqan natamamlığı aradan qaldırdıqdan sonra protokolu məhkəməyə göndərməli idi. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İXM-nin 106.0 və 106.0.3-cü maddələrinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: ...inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi... İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: ...protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibait xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;... “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və İXM-nin 106 və 109-cu maddələrini təhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan xətan törətməsi haqqında 25 oktyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar