Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-777/2023 15.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi Hüseynov Xəyal Nemət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs QSC 12500.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 12500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs QSC-nin nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, Şəxs QSC ilə “FERAT DİŞ TİCARET LİMİTED” şirkəti arasında bağlanılmış 22 yanvar 2021-ci il tarixli “Hyundai” markalı tırtıllı ekskavatorun (məhsul) alqı-satqısına dair müqaviləyə əsasən 12500.00 ABŞ dolları məbləğində pul vəsaiti Şəxs QSC-nin "xxxx" da olan hesabından “X5 Bankası” vasitəsilə “FERAT DİŞ TİCARET LİMİTED” şirkətinin hesabına köçürülmüşdür. Şirkətdə yaranmış müəyyən çətinliklərlə əlaqədar olaraq alqısatqı müqaviləsinin predmeti olan məhsulun onlara təqdim edilməsi mümkün olmamışdır. Bu səbəbdən, sözügedən məbləğ “X6 İnşaat Tekstil” şirkəti tərəfindən xx.xx.2021-ci il tarixdə şirkətin hesabına geri ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 10 nömrəli müqaviləni təqdim edərək, Şəxs QSC-nin əməlində İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs QSC-nin nümayəndəsi X2 ona verilən suallara cavab olaraq, 10 fevral 2021-ci il tarixli müqaviləyə üçtrəfli razılaşmanı banka təqdim etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Banka bildiriş göndərilmişdir. Həmçinin, Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin əlaqə nömrələrinə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in tərəfə çatmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etməmişdir. Məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli “Köçürmə haqqında ərizə”dən görünür ki, Şəxs QSC tərəfindən "xxxx" ASC-də olan hesabdan 12500.00 ABŞ dolları məbləğində pul vəsaiti “FERAT DİŞ TİCARET LİMİTED” şirkətinin hesabına köçürülmüşdür, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs QSC tərəfindən 12500.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin 12500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. xx.xx.2021-ci il tarixli “FERAT DİŞ TİCARET LİMİTED” şirkəti tərəfindən Şəxs QSCyə ünvanlanmış məktubdan görünür ki, “FERAT DİŞ TİCARET LİMİTED” şirkətinin maliyyə vəziyyəti ilə əlaqədar 12500 dollar məbləğinin “X6 İnşaat Tekstil” şirkəti tərəfindən ödənilməsinə və müqaviləyə xitam verilməsinə münasibət bildirilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli, 003/2021 nömrəli müqaviləyə 2 nömrəli əlavə razılaşmadan görünür ki, xx.xx.2021-ci il tarixli 003/2021 nömrəli müqavilənin 8-ci maddəsinə aşağıdakı məzmunda 8.3-cü yarımbənd əlavə edilsin və həmin maddə üzrə digər yarımbəndlər dəyişilmədən müvafiq olaraq sıralansın: Bu müqavilə üzrə öhdəliklər tərəflərin razılığı ilə üçüncü şəxsə ötürülə bilər. xx.xx.2023-cü il tarixli “X6 İnşaat Tekstil” şirkəti tərəfindən Şəxs QSC-yə ünvanlanmış 10 nömrəli məktubdan görünür ki, üçtərəfli razılaşmaya əsasən üçüncü şəxs olaraq 12500 ABŞ dolları məbləğində avans ödənişinin Şəxs QSC-yə qaytarılmasına razılıq verilmiş və həmin avans məbləği xx.xx.2021-ci il tarixində köçürmə yolu ilə təyinat göstərilmədən Şəxs QSC-nin bank hesabına ödənilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilmişdir ki, 22 yanvar 2021-ci il tarixli müqavilədə satıcı qismində “FERAT DİŞ TİCARET LİMİTED ŞİRKETİ”, alıcı qismində isə Şəxs QSC nəzərdə tutulmuşdur. Sözügedən müqavilənin təyinatı “Hyundai” markalı tırtıllı ekskavatorun alınması ilə bağlı olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi məhkəməyə pul məbləğinin ölkəyə geri qaytarılmasına dair üçüncü şəxs “X6 İnşaat Tekstil” şirkəti tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu təqdim etsə də, 12500.00 ABŞ dolları məbləğində vəsaitin ölkəyə geri qaytarılmasını təsdiq edən bank sənədini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə “X6 İnşaat Tekstil” şirkəti tərəfindən ünvanlanmış məktuba münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məktubda Şəxs QSC-nin dollar hesabına 12500 USD məbləğin geri qayarılması qeyd edilsə də, həmin məbləğin qaytarılma təyinatı göstərilmədiyindən, həmçinin, bunu təsdiq edəcək bank sənədi məhkəməyə təqdim edilmədiyindən həmin məktub sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs QSC-nin təqsiri sübuta yetirilmiş, əməlində inzibati xəta tərkibi olmuşdur. Belə ki, 12500.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2021-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 12500.00 ABŞ dolları dəyərində pul vəsaitinin geri qaytarılmasını təsdiq edən bank sənədi, təqdim edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs QSC tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs QSCnin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 12500.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 2500 (iki min beş yüz) ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 4250 (dörd min iki yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-777/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-777/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver