Məhkəmə qərarları › İş №3(001)-778/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-778/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-778/2023 27.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 19087 avro məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 19087 avro məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs MMC ilə Türkiyə Respublikasında yerləşən “PAKKENS YEDEK PARÇA VE MAKİNA SANAYİ VE TİC. A.Ş” şirkəti arasında xx.xx.2021-ci il tarixdə ümumi dəyəri ******* avro olan alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə ilə bağlı 19087 avro xx.xx.2021-ci il tarixdə "xxxx" ASC vasitəsilə Türkiyə Respublikasında yerləşən “PAKKENS YEDEK PARÇA VE MAKİNA SANAYİ VE TİC. A.Ş” şirkətinin hesabına köçürülmüşdür. Müqavilədə nəzərdə tutulmuş mallar hisssə-hissə Azərbaycan Respublikasına daxil olmuş və qeyd edilən mallara dair MMC tərəfindən gömrük orqanına gömrük bəyannamələri verilmişdir. “PAKKENS YEDEK PARÇA VE MAKİNA SANAYİ VE TİC. A.Ş” şirkətinin hesabına köçürülmüş 19087 avronun müqabilində alınmış bütün mallar Azərbaycan Respublikasına göndərilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, **********1629 sorğu nömrəli, invoys dəyəri 10880 avro olan mallar Azərbaycan Respublikasına daxil olmuşdur. Qeyd edilən mallarının Azərbaycan Respublikasına gec daxil olmasında Şəxs MMC-nin heç bir təqsiri yoxdur. Belə ki, “PAKKENS YEDEK PARÇA VE MAKİNA SANAYİ VE TİC. A.Ş” şirkətindən alınmış mallar xx.xx.2023-cü il tarixdə Astara limanının anbarına daxil olmuş, xx.xx.2023cü il tarixdə Bakıya göndərilməsi üçün “Marcopolo” gəmisinə yüklənmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, 2901-21 nömrəli müqavilədən görünür ki, Şəxs MMC ilə “PAKKENS YEDEK PARÇA VE MAKİNA SANAYİ VE TİC. A.Ş” şirkəti arasında alqı-satqı müqaviləsı bağlanmışdır. "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığı qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixdə Şəxs MMC tərəfindən “PAKKENS YEDEK PARÇA VE MAKİNA SANAYİ VE TİC. A.Ş” şirkətinin hesabına 19087 (on doqquz min səksən yeddi) avro vəsait köçürülmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron informasiya sistemindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, ev 3M, mənzil 6, məhəllə 3126 Şəxs MMC-nin hüquqi ünvanınıdır. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 19087 Avro məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində 19087 Avro dəyərində malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ müştərilərin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. Şəxsnə ünvanlanmış məktubdan görünür ki, həmin MMC-yə məxsus yüklər Astara limanın anbarında Bakı şəhərinə göndərilmək üçün xx.xx.2023-cü il tarixdə “Marcopolo” gəmisinə yüklənmişdir. xx.xx.2023-cü il tarixli, **********1629 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC ilə “PAKKENS YEDEK PARÇA VE MAKİNA SANAYİ VE TİC. A.Ş” şirkətinin hesabına köçürülmüş pul vəsaitinin hesabına alınmış 19823 dəyərində mallar ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxalixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş siyahıdan görünür ki, Şəxs MMC ilə “PAKKENS YEDEK PARÇA VE MAKİNA SANAYİ VE TİC. A.Ş” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2901-21 nömrəli müqaviləyə əısasən xx.xx.2023-cü il tarixli **********334 nömrəli yük gömrük bəynannaməsi ilə ikin formalarda etilen polimerləri olan mallar, xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş **********1629 nömrəli yük gömrük bəynannaməsi ilə 10880,00 Avro dəyərində təsnifatı ilkin formalarda etilen polimerləri olan, “QARİŞİQ TƏRKİBLİ POLYETHYLENE HDPE C011” olan mallar, Şəxs MMC tərəfindən respublika ərazsisinə dxal edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsiri müəyyən edilmədiyindən başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs təqsiri müəyyən olunmur. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" ASC -də olan hesabdan xx.xx.2021-ci il tarixdə ilə “PAKKENS YEDEK PARÇA VE MAKİNA SANAYİ VE TİC. A.Ş” şirkətini hesabına 19087 Avro məbləğində olan vəsait köçürülmüş, lakin 19087 Avro məbləğində vəsait hesabına alınmış mallar 2 il ərzində ölkəyə idxal edilməmiş, invoys dəyəri 19087 Avro olan mallar xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2023-cü il tarixdə isə gömrük orqanında rəsmiləşdirilmişdir. Qeyd edilən malların Azərbaycan Respublikasına gec daxil olmasının səbəbi malların satıcı tərəfindən gec göndərilməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC -də olan hesabdan köçürülmüş 19087 avro məbləğində vəsaitdən 19087 avro dəyərində olan malların ölkəyə gec gətirilməsində Şəxs təqsiri müəyyən edilməmişdir. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsiri müəyyən edilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs İXM-in 430.4-cü maddəsi üzrə təqsiri müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə təqsiri müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar