Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7792/2025 18.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X1 Novruz oğlunun katibliyi ilə, Şəxs, AZ1134, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal 4 mkr, ev 23A, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci və 347-ci maddələri ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “Kral Transport" Məhdud Məsuliyyətli Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 339.1-ci və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə ki, **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olan “Kral Transport" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair (yəni etibarnamə, yol vərəqəsi) müqavilə əsasında başqa şəxsə vermiş və onu dövlət qeydiyyatından keçirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə hüquqi şəxs “Kral Transport" Məhdud Məsuliyyətli Cəmiyyətinə və şəhəri Yasamal Rayon Polis İdarəsinə lazımı qaydada məlumat verilsə də, nümayəndələrinin iştiraklarını məhkəmə iclasında təmin etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan DİN-nin DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində və ya istifadəsində olan “BMC PROCİTY avtobus” markalı 99JL450 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü xx.xx.2024-cü il tarixdə saat 08:17-də Moskva prospekti, Kənar dairəvi yol kəsişməsində hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan və xx.xx.2023-cü il tarixli daxili maliyyə lizinq müqaviləsindən görünür ki, “BMC PROCİTY avtobus” markalı 99JL450 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə faktiki sahibliyi və istifadəni lizinq alan “Kral Transport" Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən “Kral Transport" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubdan görünür ki, sonuncudan “BMC PROCİTY avtobus” markalı 99JL450 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı inzibati araşdırma ilə əlaqədar olaraq səlahiyyətli nümayəndəsinin iştirakının xx.xx.2024cü il tarixdə, saat 12:00-da təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən “Kral Transport" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubdan görünür ki, sonuncudan “BMC PROCİTY avtobus” markalı 99JL450 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı inzibati araşdırma ilə əlaqədar olaraq səlahiyyətli nümayəndəsinin iştirakının xx.xx.2025-ci il tarixdə, saat 12:00-da təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İXM-in 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, iş materiallarının təhlili göstərir ki, nəqliyyat vasitəsinin Şəxs MMC tərəfindən üçüncü şəxsə icarə və ya digər əşya hüquqları əsasında verilməsi və həmin nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatından keçirilməməsi faktı ümumi şəkildə təsdiqlənsə də, bu hərəkət və ya hərəkətsizliyin məhz hansı konkret tarixdə baş verdiyini müəyyən etməyə imkan verən etibarlı sübutlar təqdim edilməmişdir. Bu səbəbdən İXM-in 339.1-ci maddəsi üzrə inzibati xətanın törədilmə vaxtı müəyyən edilə bilmədiyindən, həmin xəta yalnız inzibati xəta haqqında protokolun tərtib edildiyi tarixdə aşkar edilmiş davranış kimi qiymətləndirilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, hüquqi şəxs inzibati araşdırma ilə bağlı səlahiyyətli orqanın sorğusundan məlum olsa da, nəqliyyat vasitəsini inzibati xəta törədilmiş zaman idarə etmiş fiziki şəxs barədə qanunla tələb olunan məlumatı təqdim etməmişdir ki, bu da İXM-in 347-ci maddəsi üzrə inzibati xəta tərkibinin formalaşdığını göstərir. Hər iki inzibati xəta üzrə tənbehvermə müddətləri İXM-in 38.1-ci maddəsi ilə bir il müddəti ilə məhdudlaşdırıldığından və bu müddət protokolun tərtib olunduğu tarixdən hesablandıqda artıq başa çatdığından, inzibati icraatın davam etdirilməsi hüquqi əsasdan məhrumdur. Beləliklə, hər iki inzibati xəta üzrə İXM-in 38.1-ci maddəsində nəzərdə tutulan müddətin keçmiş olması nəzərə alınaraq, inzibati icraata müddətin keçməsi əsası ilə xitam edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən – bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, “Kral Transport" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci və 347-ci maddələriində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən “Kral Transport" MMC-yə İXM-in 339.1-ci və 347-ci maddələri ilə inzibati təhbeh təyin edilməməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Kral Transport" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci və 347-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən “Kral Transport" MMC-yə İXM-in 339.1-ci və 347-ci maddələri ilə inzibati təhbeh təyin edilməsin. Hüquqi şəxs “Kral Transport" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elçin Ağayev “Əsli ilə düz Hakim:
Məhkəmə qərarları › İş №3(001)-7792/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7792/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver