Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-7821/2025 03.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinın Baş X12 İdarəsinin Ekoloji Nəzarət Bölüyünün inzibati təcrübə üzrə inspektoru, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X4 iştirakları ilə, X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 342.2.3-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinın Baş X12 İdarəsinin Ekoloji Nəzarət Bölüyü tərəfindən X7 barəsində İXM-nin 342.2.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmiş, vətəndaş X7 şikayəti inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi inzibati işi aidiyyat qaydasında, özünün 3(004)-7362/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir.
3. Qərardan şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olarkən müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyi yer kimi qərarda dəqiq olmayan ünvan “77 km” göstərilmişdir. Ərazinin dəqiqləşdirilməsi məqsədilə qərarı qəbul etmiş orqanın nümayəndəsi və qərardan şikayət verən şəxs məhkəmə iclas zalına dəvət edilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinın Baş X12 İdarəsinin Ekoloji Nəzarət Bölüyünün inzibati təcrübə üzrə inspektoru, polis baş leytenantı X6 və barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X7 hər ikisi “7km” in X1 bildirmişlər. Məhkəmənin əsaslandırması və mövqeyi:
4. İXM-in 106.0.1-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin həll etməli olduğu məsələlərdən biri də işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını yoxlamasıdır.
5. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar).
6. Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur.
7. Beləliklə, məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur.
8. Qeyd edilməlidir ki, İXM-in 43, 44 və 110-cu maddələrində inzibati xətalar haqqında işlərin aidiyyət məsələləri müəyyən edilmiş, Məcəllənin 106.0.1, 109.1.7, 112.4, 114.3 və 134.1.5-ci maddələri isə işə aidiyyəti üzrə baxılmasını təmin etmək üçün hüquqi vasitələr nəzərdə tutmuşdur.
9. İXM-in 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilməlidir.
10. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli Qərarında göstərilir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Elektron məhkəmə informasiya sistemi üzərindən müəyyən edilmişdir ki, X2 rayonu, Əlimərdanlı kəndində qeydiyyatdadır və onun şikayətinə yaşayış yeri üzrə baxılması haqqında vəsatəti yoxdur. Qərar qəbul etmiş orqanın və qərardan şikayət vermiş şəxsin ifadəsindən isə müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyi yer Yasamal Rayon Kənar Dairəvi Yoldur.
11. İXM-in 134.1.5-ci maddəsi aidiyyət məsələsinə dair məhkəmə səhvinin aradan qaldırılması üçün əlavə vasitə kimi şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul etmək imkanını nəzərdə tutmuşdur.
12. İnzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyəti pozulduqda isə İXM-in 110cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsi).
13. Beləliklə, məhkəmə hesab edir ki, aidiyyat məsələsinin həlli üçün 3(001)- 7821/2025 nömrəli inzibati iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
14. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 118, 129-cu maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldım:
İnzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə 3(004)-7362/2025 nömrəli, xx.xx.2025 nömrəli qərardad üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən daxil olmuş işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Hakim: Aytəkin İbrahimova