Məhkəmə qərarları › İş №3(001)-792/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-792/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-792/2025 18.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 469.3-cü maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsi barəsində İXM-in 469.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş iş materialları daxil olmuşdur.

2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolunda “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məlumat verilib, iştirak edən olmayıb” ifadəsi qeyd edilmişdir. Nə inzibati icraat, nə də protokolun tərtibi zamanı Dövlət Vergi Xidmətinin X4 və Uçotun Təşkili Baş İdarəsinə bu bardə məlumat daxil olmamış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən göndərilməsi nəzərdə tutulan məlumatın təqdim edilməsi barədə məktubun Baş İdarəyə təqdim olunması halı sübuta yetirilməmişdir. Əgər məlumat verilsə idi, buna dair hər hansı sənədin çatdırılmasına dair təsdiqedici sübut iş materiallarına əlavə olunardı. Bundan başqa, barəsində inzibati icraat aparılan orqanın bu barədə mühüm sübutlarının mövcud olmasına baxmayaraq, inzibati araşdırmaya təqdim etməsinə şərait yaradılmamış və hüquqların məhdudlaşdırlması səbəbindən təqdim edə bilməmişdir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 və Uçotun Təşkili Baş İdarəsi adından məlum olduğu kimi dövlət büdcəsindən maliyyələşən qurumdur və bütün köçürmələr dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir. Adıçəkilən qurumun tabeçiliyində olan nəqliyyat vasitələrinin o cümlədən, **-PN-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin "xxxx" ASC-də sığortalanmasına dair xx.xx.2024-cü il tarixli MT2409 seriyalı, 11013773 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura” əldə edilmişdir. Əldə edilmiş qaimə-fakturaya əsasən vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə sığorta haqqı ödənilmiş və xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı əsasında X1 tərəfindən "xxxx" ASC-yə sığorta haqqının ödənilməsi təmin edilmişdir. Bu da onu göstərir ki, Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsinin əməlində sözügedən inzibati xəta tərkibi olmamışdır. Ona görə də, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

4. Portal məlumatından görünür ki, “Khazar” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsinin adına qeydiyyata alınmışdır.

5. Portal məlumatından görünür ki, ********** VÖEN nömrəli hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsinin hüquqi ünvanı ünvan 2nəqədi rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsinə müraciət olunaraq barəsində inzibati icraat başlanması bildirilmiş, səlahiyyətli nümayəndənin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-yə göndərilməsi xahiş edilmişdir.

7. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsinin barəsində İXM-in 469.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.

8. xx.xx.2024-cü il tarixli MT2409 seriyalı, 11013773 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”dan görünür ki, **-PN-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin "xxxx" ASC-də sığortalanmasına dair xx.xx.2024-cü il tarixli MT2409 seriyalı, 11013773 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura” əldə edilmişdir.

9. xx.xx.2024-cü il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, xx.xx.2024-cü il tarixli MT2409 seriyalı, 11013773 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”ya əsasən vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə sığorta haqqı ödənilmiş və xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı əsasında X1 tərəfindən "xxxx" ASC-yə sığorta haqqının ödənilməsi təmin edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

10. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş qurumun nümayəndəsini dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsi barəsində İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

11. Belə ki, İXM-in 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə müəyyən edilmişdir.

12. Məhkəmə iclasında isə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən balansında olan “Khazar” markalı **- PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" ASC-də (VÖEN:**********) sığortalanmasına dair xx.xx.2024-cü il tarixli MT2409 seriyalı, 11013773 nömrəii “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura” əldə edilmişdir. Əldə edilmiş həmin qaimə-fakturaya əsasən vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə sığorta haqqı ödənilmiş və xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı əsasında X1 tərəfindən "xxxx" ASC-yə sığorta haqqının ödənilməsi təmin edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsi dövlət büdcəsindən maliyyələşən qurumdur və bütün köçürmələr dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir. Belə olan halda, göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən “Khazar” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortalanmasına dair bütün zəruri tədbirlər görülmüşdür. Lakin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən inzibati xəta haqqında iş üzrə tam, hərtərəfli araşdırma aparılmadan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsi barəsində İXM-in 469.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Çünki Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsinin barəsində xx.xx.2024-cü il tarixdə İXM-in 469.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmaqla xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdən, yəni barəsində sözügedən inzibati xəta haqqında iş üzrə icraat başlanılmadan “Khazar” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortalanmasına dair müvafiq tədbirlər həyata keçirilmişdir.

13. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsi barəsində olan iş üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri inzibati xəta haqqında işin materialları ilə sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən sübut toplanılmamışdır. Əksinə, məhkəmə iclasında aşkar edilmiş xüsusatlardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsinin əməlində sözügedən inzibati xəta tərkibinin olmamasına dair kifayət qədər sübutların mövcud olması müəyyən edilmişdir.

14. Digər tərəfdən qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.

15. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun.

16. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir.

17. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

18. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

19. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

20. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

21. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsinin əməlində İXM-in 469.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

22. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar