Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7952/2025 29.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X9 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü PBin sahə inspekoru, polis polkovnik leytenantı X8, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə X3 450 manat pulunu aldatma yolu ilə ələ keçirib xırda talama törətmişdir. Qeyd olunanlara əsasən X4 barəsində Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin sahə inspekoru, polis polkovnik leytenantı X10 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin sahə inspekoru, polis polkovnik leytenantı X10 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X3 qardaşının polisdən buraxılmasında köməklik edəcəyini bildirmiş və bununla əlaqədar sonuncudan 450 manat pul alaraq dələduzluq etmişdir. Zərəri ödəməmişdir. Zərərçəkmişin ondan haqlı narazı olmasını nəzərə alıb ciddi növdə tənbeh edilməsini xahiş etmişdir. Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru həmçinin ona verilən suala cavab olaraq bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:30-da tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:40-da azad edilmiş, onların müşayiəti ilə saat 17:15-də məhkəmə iclasına gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, həqiqətən də xx.xx.2025-ci il tarixdə X2 qardaşının polisdən buraxılacağına köməklik edəcəyinə vəd verib, ondan 450 manat məbləğində pul almışdır. Sonradan bilmişdir ki, sonuncunun qardaşı narkotik vasitə ilə bağlı tutulmuşdur, vədinə əməl edə bilməmiş, eyni zamanda həmin vaxt aldığı pulu da geri qaytara bilməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında göstərmişdir ki, o, qardaşının polisdən buraxılması üçün Şəxs 450 manat məbləğində pul vermiş, lakin sonuncu verdiyi vədə əməl etməmiş alığı pulu da geri qaytarmamışdır. Şəxs şikayətçidir, çünki dəymiş zərəri ödəməmişdir, onun ciddi növdə tənbeh edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material əsasında Şəxs əməli üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ərazinin sahə inspektoruna göndərilmişdir. xx.xx.2025-ci iltarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:30-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:40-da azad edilmişdir. X1 rayon Polis İdarəsinin 43-cü PB-yə verdiyi izahatında bildirmişdir ki, o, əməlini etiraf etmişdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi öz izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı və inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə olan halda da, məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını və vurduğu ziyandan ödəmə etməməsini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, maddi ziyandan ödəmə etməmişdir, zərərçəkmiş şəxslə barışığı yoxdur. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təyin edilən inzibati həbs müddətinin əvvəli ilə bağlı qeyd edir ki, işdə olan inzibati qaydada tutma haqqında protokolda o, xx.xx.2025-ci il tarixdə saat 21:30-da tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:40-da azad edilmiş, həmin gün saat 17:15-də isə məhkəmə iclasına gətirilmişdir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:40-da məhkəməyə gətirilənədək 43-cü PB-də, yəni polis əməkdaşlarının fasiləsiz nəzarəti altında olmaqla, onların müşayiəti ilə məhkəmə iclasına gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ona təyin edilən inzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 27 oktyabr 2025-ci il tarixdən saat 21:30-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-7952/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7952/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver