Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-796/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin nümayəndəsi X4, «Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım» İctimai Birliyinin nümayəndəsi X1 iştirakları ilə, «Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım» İctimai Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-dən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə baxılması üçün «Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım» İctimai Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, «Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım» İctimai Birliyi tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsinə («Hyundai Sonata» minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı) dair inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı bu günə kimi göndərməmişdir. Bununla da «Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım» İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələbləri pozulmuş və xx xxxxxx 2021-ci il tarixdə MMC barəsində AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ nümayəndəsi X7 xx xxxxxx 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək «Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım» İctimai Birliyi barəsində qanunauyğun inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5 izahatında hüquqi şəxsin idarə heyətinin sədri olduğunu, poçt sənədinin xx.xx.2020-ci il tarixdə qəbul edildiyi göstərilsə də adı çəkilən sorğu məktubu ictimai birliyin sədrinə (X5) və ya sədr müavininə (X6) çatdırılmamış, "xxxx" MMC-dən təqdim edilmiş sorğu məktubunun çatdırılmasına dair çıxarışda onlara məxsus olmayan imza vardır. Bununla bağlı ictimai birliyin sədrinin və sədr müavininin notarial qaydada təsdiq edilmiş imzalarını məhkəməyə təqdim edir. Odur ki, «Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım» İctimai Birliyinə hər hansı bir sorğu daxil olmadığından, hesab edir ki ümumiyyətlə inzibati xəta hadisəsi olmadığından, inzibati xətaya dair işin icraatına xitam verilməlidir. İnzibati protokolun əsassız olaraq tərtib edildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Qeyri-kommersiya qurumlarının dövlət reyestri reyestrindən çıxarışdan görünür ki, «Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım» İctimai Birliyi xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı ünvan 1 mənzil 75, qanuni təmsilçisi X2r. İş materiallarında olan X1 və X3 notarial qaydada təsdiq olunmuş imza nümunələrindən məlum olur ki, “xxxx" MMC-dən təqdim edilmiş sorğu məktubunun çatdırılmasına dair çıxarışdakı imza ilə eyni deyildir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, «Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım» İctimai Birliyinə nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarında olan poçt sənədindən məlum olur ki, xx.xx.2020-ci ildə «Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım» İctimai Birliyinin nümayəndəsi tərəfindən imza edilməklə Binəqədi RPİ-dən daxil olmuş məktub qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsi tərəfindən göndərilmiş sorğunun xx.xx.2020-ci il tarixdə «Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım» İctimai Birliyinin səlahiyyətli nümayəndəsi tərəfindən alınmaması müəyyən edildiyindən, əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 53, 110-112, 552-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım» İctimai Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli, AP №0191783 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-796/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-796/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver