Məhkəmə qərarları › İş №3(001)-8/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8/2024 12.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs (borclu) “X7” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X4 borclu “X7” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.İnzibati xəta haqqında 07 dekabr 2023-cü il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, “X7” MMC-dən əmək haqqına görə 8 205 manat, dövlət rüsumuna görə 50 manat olmaqla, cəmi 8 255 manat X1 xeyrinə tutulmalı, həmçinin “X7” MMC-dən dövlət rüsumuna görə 52.05 manat, ekspertiza tədqiqatının dəyərinə görə 100 manat olmaqla, cəmi 152.05 manat dövlət nəfinə tutulmalıdır.Lakin “X7” MMC-nin rəhbəri Şəxs tərəfindən icra sənədi icra edilməmişdir.Buna görə də, icra məmuru X2 tərəfindən “X7” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu “X7” MMC-nin rəhbəri Şəxs və tələbkar X3 və icra məmuru inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, borclu və tələbkar məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər.Buna görə də, məhkəmə borclu və tələbkar və icra məmurunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu “X7” MMC-nin rəhbəri Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Məhkəmə inzibati protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, borclu “X7” MMC-nin rəhbəri Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında 07 dekabr 2023-cü il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, “X7” MMC-dən əmək haqqına görə 8205 manat, dövlət rüsumuna görə 50 manat olmaqla, cəmi 8255 manat X1 xeyrinə tutulmalı, həmçinin “X7” MMC-dən dövlət rüsumuna görə 52.05 manat, ekspertiza tədqiqatının dəyərinə görə 100 manat olmaqla, cəmi 152.05 manat dövlət nəfinə tutulmalıdır.Lakin “X7” MMC-nin rəhbəri Şəxs tərəfindən icra sənədləri icra edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədi üzürsüz səbəbdən icra olunmadığından və icra sənədinin icra edilməməsində borclu “X7” MMC-nin rəhbəri Şəxs təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı, lakin borclu “X7” MMC-nin rəhbəri Şəxsnın şəxsiyyəti, ailə və maddi vəziyyəti nəzərə alınaraq o, inzibati qaydada cərimə edilməlidir.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs borclu “X7” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 1 200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə və ya bilvasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar