Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-8/2025 09.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi “LCG” vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən hüquqi şəxs Şəxs MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 23 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanda xx.xx.2024-cü il tarixdə saat 10:46-da X5 Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi Vəkil inzibati xəta haqqında protokolla razılaşmadığını bildirərək izahatında göstərmişdir ki, hal-hazırda qeyd olunan ərazidə tikinti fəaliyyətini "xxxx" MMC həyata keçirir. Şəxs MMC-in qeyd edilən tikintidə iştirakı "xxxx" MMC ilə deyil, "xxxx" Mənzil Tikinti Kooperativi ilə imzalanan xx.xx.2022-ci il tarixli 11F/2022/ŞV/11/01 saylı müqavilə əsasında baş tutmuşdur. Bu müqavilə çərçivəsində MMC-in gördüyü işlərin sonuncu qəbul aktı 30 may 2023-cü ildə baş vermişdir. Qeyd edilən dövrdən sonra Şəxs MMC-in tikintidə heç bir iştirakı olmamışdır. Protokolda adı qeyd edilən X3 Şəxs MMC ilə heç bir əlaqəsi yoxdur. Bu şəxs X2 tərəfindən tərəfindən işə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin çıxışını dinləyib hesab edir ki, hüquqi şəxs Şəxs MMC-in barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduqlarından, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəmədə baxış keçirilmiş 1 ədəd sd formatlı diskdə olan X1 izahatından görünür ki, o, ünvan 1 ünvanda xx.xx.2024-cü il tarixdə saat 10:46-da işlərin yerinə yetirilməsinə X2 tərəfindən cəlb edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X2 izahatında bildirmişdir ki, ünvan 1 ünvanda xx.xx.2024-cü il tarixdə saat 10:46-da işlərin yerinə yetirilməsinə X2 tərəfindən cəlb edilmişdir. Şəxs MMC-in işçisi deyil və heç vaxt olmamışdır. Şəxs MMC ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X4 Xidməti tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tikinti obyektlərində apardığı monitorinq nəticələri əsasında tərtib edilmiş arayış əsasında hazırlanmış protokol qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, yalnız daxil olan arayış əsasında protokol tərtib edilərək iş materialları məhkəməyə göndərilmiş, vətəndaş X1, habelə onu işlərin yerinə yetirilməsinə cəlb etmiş X1 izahatları alınaraq zəruri araşdırma aparılmamış, həmin vətəndaşlarla Şəxs MMC arasında hər hansı bir əmək münasibətinin olubolmaması, Şəxs MMC-in "xxxx" Mənzil Tikinti Kooperativi ilə imzaladığı xx.xx.2022-ci il tarixli müqavilə əsasında gördüyü işlərin sonuncusunu qəbul aktı ilə 30 may 2023-cü ildə təhvil verdiyi halda xx.xx.2024-cü il tarixdə tikintidə iştirakının mümkünlüyü sifarişçi şirkətdən dəqiqləşdirilməmişdir. Bununla da hüquqi şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasın Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. İş materiallarında olan inzibati xəta haqqında protokolda isə hüquqi şəxs Şəxs MMC tərəfindən protokolda adı qeyd edilən vətəndaş X1 əməyə cəlb edilməsi göstərilsə də, araşdırma natamam şəkildə aparıldığından və yuxarıda qeyd olunan xüsusatlar aydınlaşdırılmadığından, iş materiallarında bu barədə hər hansı sübut mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 23 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə geri qaytarılsın. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-8/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-8/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver