Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8001/2025 02.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1, şikayət vermiş şəxsin nümayəndəsi, “Presedent” Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 yol patrul xidməti inspektoru, polis leytenantı X2 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 nümayəndəsi, “Presedent” Vəkil Bürosunun vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, X4 xx.xx.2025-ci il tarixində idarəetdiyi “X9” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kia Sorento” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillər binanın yeraltı qarajında qəza törətmişdirlər. Belə ki, X4 yaşadığı binanın yeraltı qarajında özünə məxsus hissədə avtomobilini park etmək üçün hərəkətdə olarkən (hərəkət sürəti qarajda məhz 5 km/saat qoyulmuşdur) anidən çox sürətlə hərəkət edən "Kia Sorento" markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsus olan ”X9" minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yəni həmin hadisə zamanı “X9" minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə gözlənilmədən yeraltı qarajda hərəkət edən avtomobil çırpılmış daha sonra təxminən 20-30 metr hərəkət edərək sola dönmüş və solda dayanacaqda dayanmış **-NA-*** dövlət qeydiyyat nişanlı “X11” markalı nəqliyyat vasitəsinə dəymişdir. Hadisə ilə bağlı X4 özünü inzibati xətanı törətməkdə təqsirli bilməmişdir. Həmin inzibati xəta Binəqədi DYPŞ-nin polisi X5 tərəfindən araşdırılmışdır. F.Abuzərovaya inzibati xəta haqqında qərar təqdim olunmamış və bu barədə rəsmi heç bir məlumatı yoxdur. Hətta ona 40 manat məbləğində pul ödənilməsi təklif olunaraq bununla da. işin bitməsi bildirilmişdir. F.Abuzərovaya inzibati xəta izah olunmadan, eyni zamanda hadisə şerində olan kamera görüntülərinə baxış keçirilmədən, hətta hadisə ilə bağlı olan yol nəqliyyat hadisəsinin sxemi, avtomobillərin hərəkət sürəti və s araşdırılmadan F.Abuzərova İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək. 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar iki gün müddətində F.Abuzərovaya təqdim olunmalı olsa da, qərar rəsmi müraciətdən sonra xx.xx.2025-ci il tarixdə F.Abuzərovanın səlahiyyətli nümayəndəsinə göndərilmişdir. Hadisə baş verəndən sonra sürücülərin sərxoşluq vəziyyəti də polis tərəfindən yoxanılmamış və müayinəyə göndərilməmişdirlər. Bundan başqa hadisə yerinin sxemi ilə tanış edilməmiş və binanın yeraltı qarajında olan kamera görüntülərinə də baxış keçirməmişlər. Bütün bu hallardan müəyyən olunur ki, inzibati xəta haqqında protokol ümumiyyətlə düzgün tərtib olunmamış və hadisəyə düzgün qiymət verilməmişdir. Hadisənin baş verdiyi yer belə düzgün qeyd olunmamışdır. Eyni zamanda hadisə xx.xx.2025-ei il tarixdə baş versə də protokol xx.xx.2025-ci il tarixdə tərtib olunmuşdur. Bu protokolun tərtib olunmasında kifayət qədər pozuntular var. Hətta qəbul olunmuş protokol və qərar elektron qaydada F.Abuzərovaya təqdim olunmamışdır. İnzibati xəta əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə əsaslansa da, hadisə baş verən yer yeraltı qarajdır, orda heç bir tənzimləyici nişan yoxdur. Eyni zamanda qarajda qoyulmuş hərəkət sürəti var. Göründüyü kimi hadisənin sxemi, onun baş verməsinin səbəbi düzgün araşdırılmamış, orada əks istiqamətli yolun olub-olmaması və s kimi hallar polis tərəfindən düzgün araşdırılmayaraq, inzibati xəta haqqında qərar qəbul edilmişdir. Hətta qəbul olunmuş qərar hadisədən iki gün sonra tərtib olunmuşdur. Bundan başqa həmin qərar rəsmi qaydada F.Abuzərovaya təqdim olunmamışdır. Əlavə olaraq hadisəni törədən sürücülərin sərxoşluq vəziyyəti də yoxlanılmamışdır. Qərar rəsmi qaydada sorğu göndərildikdən sonra F.Abuzərovanın nümayəndəsinə xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. Qeyd edilənlərə əsasən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi “Presedent” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, baş vermiş hadisə ilə bağlı araşdırma zamanı bir sıra pozuntulara yol verilmişdir. Belə ki, hadisə yerinin sxemi onlara təqdim edilməmiş, hadisə yerinin sxemində olan imza Fidan Abuzərovaya məxsus olmamışdır. Onlar həmin imza ilə bağlı məhkəməxətşünaslıq ekspertizasının keçirməsini istəyirlər. Fidan Abuzərova baş vermiş hadisədə özünü təqsirli bilmir. Hadisənin baş verdiyi yeraltı qarajda baş vermiş hadisənin görüntləri əldə edilməmişdir. Hadisənin iştirakçısı olmuş sürücülər sərxoşluq müayinəsindən keçirilməmişlər. Digər sürücünün avtomobili yüksək idarə etməsi nəticəsində hadisə baş vermişdir. Hətta hadisədən sonra qarşı tərəf Fidan Abuzərovaya hadisəyə görə 1000 manat pul təklif etmiş, lakin sonuncu razılaşmayaraq zərərə görə pulu sığorta şirkətində almaq istədiyini bildirmişdir. Fidan Abuzərova inspektorun sözlərindən də belə başa düşmüşdür ki, hadisədə təqsiri yoxdur. Sonradan qarşı tərəfin maddi zərərin ödənilməsi ilə bağlı müraciəti əsasında məhkəmədən bildiriş gəldikdə Fidan Abuzərova barəsində tərtib edilmiş protokolu və qərarı tələb edib götürmüşdür. Fidan Abuzərovanın barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərar düzgün tərtib edilməmişdir. Fidan Abuzərova izahat yazıb imzalamış, lakin hadisə yerinin sxeminə imza çəkməmişdir. Odur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edib bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı onun heç bir təqsiri yoxdur. Belə ki, o, yaşadığı binanın yeraltı qarajında avtomobilini park etmək istəyərkən digər avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək onun avtomobilinin qarşısına çıxmış, onun avtomobili ilə toqquşduqdan sonra avtomobili saxlaya bilməyib, digər avtomobilə dəymişdir. Həmin avtomobilin sürücüsü hadisədən sonra təqsirli olduğunu etiraf etmişdir. O, baş vermiş hadisə ilə bağlı izahat yazıb imzalamışdır. Ona hadisə yerinin sxemi təqdim edilməmiş, o, hər hansı sxemi imzalamamışdır. Odur ki, məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı digər avtomobilin sürücüsü sağ tərəfdən gəlmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 yol patrul xidməti inspektoru, polis leytenantı X5 bildirmişdir ki, hadisə yeri nizamlanmayan yol ayrıcı hesab edilir və orada üstünlük nişanı yoxdur. X4 idarə etdiyi avtomobillə yeraltı dayanacaqda hərəkət edərək sağ tərəfdən gələn nəqliyyat vasitəsinin sol hissəsi ilə toqquşmuşdur. Həmin avtomobilin sürücüsü də idarəetməni itirərək sağ tərəfdə park halında saxlanılmış “Hyundai” markalı avtomobilə dəymişdir. Hadisə yerinin müayinəsi onun tərəfindən aparılmış, fotoşəkillər çəkilmişdir. Hadisədən uzun müddət keçdiyinə görə hal-hazırda hadisə yerinin sxeminə hansı sürücülər tərəfindən imza çəkilməsini xatırlamır. İnzibati araşdırma zamanı müəyyən edilmişdir ki, X4 idarə etdiyi avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, sürücülərin sərxoş vəziyyətdə olmasından şübhələnmədiyinə görə onları sərxoşluq müayinəsindən keçirməmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 12 may 2025-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində “X9 MİNİK” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 tərəfindən pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 12 may 2025-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində “X9 MİNİK” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X1 nümayəndəsi, “Presedent” Vəkil Bürosunun vəkili Vəkil Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin V bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X4 12 may 2025-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində “X9 MİNİK” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən əsaslı olaraq xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, X4 12 may 2025-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış binasının yeraltı dayanacağında idarə etdiyi “X9 MİNİK” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən nizamlanmayan kəsişmədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin V bəndinə əsasən ondan sağ tərəfdən hərəkət edən “Kia Sorento” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli olduğu halda yol verməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. X1 hadisə zamanı ondan sağ istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməməsi həm baş vermiş hadisə ilə bağlı aparılmış inzibati araşdırma zamanı yazdığı izahatla, həm də məhkəmə iclasında alınmış izahatlarla öz təsdiqini tapmışdır. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 nümayəndəsi, “Presedent” Vəkil Bürosunun vəkili Vəkil həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 nümayəndəsi, “Presedent” Vəkil Bürosunun vəkili Vəkil Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-8001/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8001/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver