Məhkəmə qərarları › İş №3(001)-8007/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8007/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8007/2025 30.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Neftçala rayonu, Pirəbbə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Neftçala rayonu, Yuxarı Qaramanlı ərazi dairəsi, Pirəbbə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xocasən qəsəbəsi, Abşeron küçəsində fərdi evdə yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X6 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X6 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi fərdi evdə yaşayan X1 RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evə gələn zaman qonşuluqda yaşayan Camal Muradov ona məlumat vermişdir ki, onun yaşadığı evə aid kabeli oğurlanmışdır, bundan sonra yaşadığı evin həyətinə baxış keçirən zaman aşkar etmişdir ki, naməlum şəxs tərəfindən müşahidə video kamerasına aid naqillər kəsilərək oğurlanmışdır. X4 və X3 ərizəsi ilə əlaqədar toplanmış materialda cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2, 86 və 212-ci maddələrinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Mirzəyev Yasǝr Əliseyran oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. Müvafiq raport qanunamüvafiq tədbirlər görülməsi üçün onun icraatına verilmiş və tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radələrində X3 həyətinə qanunsuz daxil olaraq 50 manat dəyərində elektrik kabel oğurlamasını bildirməklə törətdiyi əməli etiraf etmiş, müddətin keçməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzriə icraata həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, AR İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla Şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Belə olan halda, Şəxs barəsində inzibati tənbeh həmin qərar qəbul edildiyin gündən ən geci üç ay keçənədək, yəni xx.xx.2025-ci il tarixədək verilə bilərdi. Buna baxmayaraq inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Odur ki, məhkəmə İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanunauyğun hesab edir. İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığı üçün İXM-in 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 53, 61, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığı üçün həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar