Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-803/2025 21.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxsin nümayəndəsi “UNİON” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X7 tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, barəsində Səhiyyə Nazirliyi xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar qəbul etmişdir. Lakin qərarla ilk dəfə xx.xx.2025-ci il tarixdə Binəqədi rayon icra şöbəsinin ünvanına göndərdiyi xəbərdarlıq məktubu ilə xəbərdar olmuşdur. Həmin xəbərdarlıq əsasında 300 manat məbləğində cərimə olunduğunu öyrənmişdir. O vaxta qədər ya bu qərardan, ya da hər hansı bir protokoldan məlumatı olmamışdır. Protokolun tərtib edildiyi, qərarın qəbul edildiyi zaman ona məlumat verilməmişdir. Qərarda icarə əsasında işlətdiyi ictimai iaşə obyektində işçi barəsində tibbi maskadan istifadə etmədiyi üçün protokol yazıldığı qeyd edilmişdir. Lakin nə işçinin kimliyi qeyd edilmiş, nə də hər hansı bir sübut işə əlavə edilmişdir. Eyni zamanda onun barəmdə tərtib edilmiş protokol və protokol anasında qəbul edilmiş qərar zamanı hüquqları kobud formada pozulmuş heç bir hüququnu həyata keçirməyinə şərait yaradılmamışdır. xx.xx.2025-ci il tarixə Binəqədi rayon icra şöbəsindən xəbərdarlıq daxil olduqdan dərhal sonra icra şöbəsi ilə əlaqə saxlanılmış və qərarın surəti götürülmüşdür. İcra şöbəsində olarkən xəbərdarlığın niyə indi göndərildiyini soruşduqda qeyd olunmuşdur ki, Cəbrayıl rayonundan məcburi köçkün olduqları üçün öncə həmin rayon icra şöbəsinə göndərilmiş daha sonra isə müvəqqəti yaşayış yeri Binəqədi rayonu olduğu üçün icra işi Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. Halbuki bu qərarla əlaqədar indiyədək onlarla heç kim. əlaqə saxlamamış və onun bu qərarın varlığından xəbəri olmamışdır. xx.xx.2025-ci il tarixdə Binəqədi icra şöbəsindən aldığı xəbərdarlıq zərfinin də surətini işə əlavə edərək xx.xx.2025-ci il tarixdə hüquqlarını müdafiə etmək üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə də şikayətdə qeyd etdiklərinə və şikayətə əlavə etdiyi sənədlərin surətinə ətraflı diqqət etmədən şikayətin geri qaytarılması barədə 3(001)- 634/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardad qəbul etmişdir. Həmin qərardad ünvanıma xx.xx.2025-ci il tarixdə çatmışdır. Lakin qərardadda qeyd edildiyi kimi şikayət və ona əlavə edilmiş sənədlər isə geri qaytarılmamışdır. Barəsində tərtib edilmiş protokol və qərar İXM-in müddəalarının kobud şəkildə pozulması ilə tərtib edilmiş və tamamilə əsassızdır.Həmçinin barəsində tərtib olunan inzibati protokol səhv tərtib olunmuşdur. Dəqiq olaraq hansı karantin qaydalarının və kimin tərəfindən pozulması protokolda və qərarda göstərilməmişdir. Ona görə də, məhkəmədən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi “UNİON” Vəkil Bürosunun vəkili Vəkil şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X2 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan heç bir məlumatı olmamışdır. Həmin qərar qəbul edilərkən Tərgül Hacıyevaya məluma verilməmiş, hüquqlarını müdafiə etməsi üçün şərait yaradılmamışdır. Qeyd edilən qərar əsassızdır. Tərgül Hacıyeva 4 ildən də uzun müddət keçdikdən sonra barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyini bilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq X4 barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X7 tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan: xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən X3 müraciət olunaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X7 tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icrası ilə bağlı icra şöbəsinə gəlməli olduğu bildirilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X7 tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X7 tərəfindən baş vermiş inzibati xəta üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X1 heç bir inzibati xəta törətmədiyini, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X7 tərəfindən əsassız olaraq inzibati xəta haqqında qərar qəbul etdiyini, həmin qərarın qəbul edilməsi haqqında ona heç bir məlumat verilmədiyini bildirmişdir. Qeyd olunmalıdır ki, iş üzrə aparılan məhkəmə araşdırması zamanı X2 müraciətində göstərdikləri barəsində aparılmış inzibati araşdırmanın ziddiyyətli olmasına dəlalət edir və bu məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bununla yanaşı, qeyd edilməlidir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X7 tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X7 tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X8 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-803/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-803/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver