Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-8042/2025 02.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 339.1-ci maddəsi ilə Binəqədi rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, "xxxx" MMC “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirilmiş “Toyoto Camry” markalı 90AZ409 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair (yəni etibarnamə, yol vərəqəsi) müqavilə əsasında başqa şəxsə vermiş və onu dövlət qeydiyyatından keçirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 inzibati xəta haqqında protokolla razılaşmadığını bildirərək izahatında göstərmişdir ki, hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Belə ki, şirkət tərəfindən “Toyoto Camry” markalı 90AZ409 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün cəmi bir dəfə sürücü X2 etibarnamə verilmiş və bu barədə də polis orqanına məlumat verilmişdir. Onların sistemində də bu aydın şəkildə görünür. Şirkət həmin şəxsdən başqa heç bir kəsə etibarnamə verməmişdir ki, bununla bağlı da hər hansı öhdəliyi yaransın. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Binəqədi rayon Polis İdarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Binəqədi rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin çıxışını dinləyib hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 339.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduqlarından, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, işdə olan DİN-nin DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs mülkiyyətində və ya istifadəsində olan “Toyoto Camry” markalı 90AZ409 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün X2 etibarnamə vermiş, həmin etibarnamənin müddəti xx.xx.2025-ci il tarixdə qüvvədən düşmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Məhkəmə qeyd edir ki, hüquqi şəxs barəsində İXM-in 339.1-ci maddəsi üzrə məsuliyyətin tətbiqi üçün əsas şərt nəqliyyat vasitəsinin hüquqi şəxs tərəfindən digər şəxsə etibarnamə, icarə və ya digər əşya hüququ əsasında verilməsi faktının mövcudluğunun sübuta yetirilməsidir. Protokol tərtib edilərkən bu əsas fakt araşdırılmamış, hüquqi şəxs tərəfindən başqa şəxsə etibarnamə verilib-verilmədiyi müəyyən edilməmişdir. Bu əsaslı hal araşdırılmadan protokolun tərtib edilməsi mümkün deyil. Həmçinin, “Toyoto Camry” markalı 90AZ409 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnaməsi qüvvədən düşmüş şəxs tərəfindən idarə olunması da mümkün haldır və bu, inzibati xəta yaradırsa, həmin şəxsin məsuliyyəti ayrıca qaydada həll edilməlidir. Beləliklə, iş materiallarında xətanın hüquqi şəxs tərəfindən törədildiyini təsdiq edən sübutlar olmadığı üçün protokol natamam hesab olunmalı və əlavə araşdırmaya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Binəqədi rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-8042/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-8042/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver