Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-8054/2025 13.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30261992 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30261992 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilmişdir.
2. Həmin qərardan X2 məhkəməyə şikayət vermiş, eyni zamanda şikayətinə müddətin bərpasına dair vəsatət əlavə etmişdir.
3. Məhkəmə iclasında X2 məhkəməyə ərizə təqdim edərək iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. Şikayət vermiş şəxs X1 məhkəməyə təqdim etdiyi 13 noyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
5. Məhkəmə, şikayət vermiş şəxsin təkrar müraciətini və iş materiallarını nəzərə alaraq hesab edir ki, X2 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatəti üzrə işə baxılmadan müraciəti geri qaytarılmalıdır. Belə ki, şikayət vermiş şəxs öz müraciətindən imtina etdiyindən hazıkı məhkəmə iclasında işə baxılması üçün predmet qalmamışdır.
6. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 130-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30261992 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatət baxılmadan geri qaytarılsın.
Hakim: Aytəkin İbrahimova