Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-807/2025 20.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 iştirakı ilə, X7 xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Baş X15 İdarəsinin Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Bakı Şəhər X15 İdarəsi tərəfindən (polis kapitanı X5) əsassız olaraq İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli Protokolu əsasında barəsində Azərbavcan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin Qərarla ona 50 (əlli) manat məbləğdə cərimə tətbiq olunmuşdur. Bakı Şəhər X15 İdarəsinin əməkdaşı, polis kapitanı polis kapitanı X5 əsassız olaraq qəbul etdiyi Qərara əsasən İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulmuş tələbləri pozmaqla güya o, nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin hərəkəti zamanı mobil telefonu əlində saxlamaqla ondan istifadə etmişdir. Barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* protokolun və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli Qərarı aşağıdakı səsəblərdən əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Bakı Şəhər X15 İdarəsinin inspektoru polis baş serjantı X4 Bünyadov prosketi ilə üzü yaşadığı ünvana hərəkətdə olarkən onu saxlayaraq guya nəqliyyat vasitəsinin hərəkəti zamanı mobil telefonu əlində saxlamaqla ondan istifadə etdiyini bildirmişdir. O isə ona idarə etdiyi nəqliyyat vasitəssində ona məxsus mobil telefona daxil olan və ondan gedən zənglər üçün xüsusi vasitənin olduğunu, bu səbəbdən mobil telefonun əldə saxlanmasına ehtiyac olmadığını izah etmiş və polis inspektorunun həmin texniki vasitə ilə tanış olması üçün dəvət etmişdir. Lakin, polis inspektoru qəbul etməyərək yuxarıda qeyd olunan portokolu tərtib etmişdir. Hətta o, polis inspektorundan mobil telefonu əlində saxlamasının və ondan istifadə etməsinin qeydə alınması foto və videoya dəqiqləşmə aparması üçün baxmasını xahiş etsə də nəzərə almamışdır. Bu səbəbdən yəni izahları polis inspektoru tərəfindən nəzərə alınmadığından tərtib olunmuş protokolun üzərində “yazılan protokol ilə razı deyiləm və xahiş edirəm araşdırılsın” qeydini yazmışdır. Bundan başqa barəsində protokol tərtib olunduqdan sonra ona məxsus yuxarıda qeyd olunan mobil nömrəyə "SMS” daxil olmuşdur. Bu zaman İnzibati xəta pozuntu üzrə qeydə alınmış foto və video materiallarla tanış olmaq məqsədi ilə qeydiyyatdan keçdiyi “SMSRadar”a və “ASAN ödəniş” baxıldıqda həmin materialların oraya ötürülmədiyini müşahidə etmişdir. Sonradan bir neçə dəfə də baxmış, lakin tanış olacağı foto və video material aşkar etməmişdir. Bundan sonra barəsində olan inzibati tənbeh vermə haqqında qərarı əldə etmək məqsədi ilə müraciət etdiyi zaman eyni vaxtda foto və video materialların da ona göstərilməsini tələb etmiş, lakin olduqca kobud rəftarla qarşılaşmış və otağı tərk etməsi tələb olunmuşdur. Barəsində protokol tərtib olunandan və ona bu barədə sms daxil olandan sonra baxmayaraq üzərində razı olmamağı və araşdırmasını tələb etməsinə, habelə protokol qüvvəyə minənədək polis inspektorunun qanunsuz və əsassız hərəkətlərindən rəsmi qaydada xx.xx.2025- ci il tarixində Baş X15 İdarəsinin rəisi, polis general-mayoru, cənab Ramiz Zeynalova və Baş X15 İdarəsinin Bakı Şəhər X15 İdarəsinin rəisinə şikayət etməsinə baxmayaraq İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı (polis kapitanı X5 tərəfindən) qəbul olunmuşdur. Halbuki ən azından formal olsa da cavabdeh onu çağırmalı və dinləməli idi. Lakin, cavabdeh onu çağırmadan, dinləmədən, araşdırma aparmadan, inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixində Baş X15 İdarəsinin rəisi, polis general-mayoru, cənab Ramiz Zeynalova və Baş X15 İdarəsinin Bakı Şəhər X15 İdarəsinin rəisinə etdiyi şikayətləri də araşdırılmamışdır. Şikayətlərinə baxılması barədə ona məlumat verilməmişdir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı çıxarmış AR DİN-in Baş X15 İdarəsinin Bakı şəhər DYPİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Baş X15 İdarəsinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X9 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 İXM-in 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolda olan qeyddən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X9 yazılan protokol ilə razı olmadığını və araşdırılma aparılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 İXM-in 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə qeyd edilən inzibati xətaın törədilməsini təsdiq edən video görüntü təqdim edilmədiyindən inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə kifayətlənərək və şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X7 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş orqana məlumat verilsə də, AR DİN-in Baş X15 İdarəsinin Bakı şəhər DYPİ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış və X9 tərəfindən İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini əks etdirən görüntülər məhkəməyə təqdim olunmamışdır. X9 tərəfindən inzibati xəta haqqında protokolda onunla razı olmadığı barədə qeyd aparılsa da, şikayətçi tərəfindən göstərilən xüsusatlar araşdırılmadan və təqsiri sübuta yetirilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə-əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, qanunvericiliyin tələbindən aşkardır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, hətta onun təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunmalıdır. Şikayətin dəlillərindən görünür ki, şikayət müəllifi onun tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini, tərtib edilmiş protokolun qanunun tələbinin pozulması ilə tərtib edildiyini göstərmişdir. Lakin inzibati orqan tərəfindən X7 avtomobil hərəkətdə olan zaman əlində mobil telefon istifadə etməsini əks etdirən foto və ya video-görüntü nə vətəndaşa, nə də məhkəməyə təqdim olunmamışdır. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X9 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X9 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-807/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-807/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver