Məhkəmə qərarları › İş №3(001)-809/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-809/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-809/2025 20.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, X1, X5 və Şamilli Anar Oktay oğlunun nümayəndəsi və vəkili Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə, Borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X17 tərəfindən 06 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş e-16(001)-23/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binaya su, qaz və işıq təchizatının verilməsinin dayandırılması və həmin binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlərin qoyulması borclu "xxxx" MTK-ya, X2 və digər şəxslərə qadağan edilməsinə baxmayaraq, sözügedən çoxmənzilli binada liftdən istifadəyə borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs tərəfindən yenidən məhdudiyyətlər (kart sistemi) tətbiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X10 və borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs rəsmi qaydada bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. İcra məmuru öncədən məhkəmə ilə əlaqə saxlayaq üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirib, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, MTK-ın rəhbəri Şəxs isə inzibati xəta haqqında prokotola münasibətini (etirazı) elekton kabineti vasitəsilə məhkəməyə göndərmişdir. Məhkəmə işə Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X8 və borclu "xxxx" MTK-ın rəhbəri Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tələbkar Şamilli Anar Oktay oğlunun nümayəndəsi və vəkili Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili X6 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş e-16(001)-23/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binaya su, qaz və işıq təchizatının verilməsinin dayandırılması və həmin binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlərin qoyulması borclu "xxxx" MTK-ya, X2 və digər şəxslərə qadağan edilmişdir. xx.xx.2025-ci ildə bina sakinlərinin, icra məmurlarının və digər əlaqədar şəxslərin iştirakı ilə sözügedən ünvana baxış keçirilmiş, binaya su, qaz və işıq təchizatının verilməsinə maneçilik dayandırılmış və həmin binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlər aradan qaldırılmışdır. Bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan təxminən 2 həftə sonra, yəni fevral ayının əvvəlində, qərardadın qüvvədə olduğu vaxtda borclu "xxxx" MTK-ın rəhbəri Şəxs tərəfindən sözügedən binada liftdən istifadəyə yenidən məhdudiyyətlər (kart sistemi) tətbiq edilmişdir. Bununla bağlı sakinlər tərəfindən məhkəməyə və Binəqədi rayon İcra şöbəsinə müraciət olunmuşdur. xx.xx.2025-ci ildə bina sakinlərinin, icra məmurlarının və digər əlaqədar şəxslərin iştirakı ilə sözügedən ünvana yenidən baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş e-16(001)-23/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlərin qoyulması borclu "xxxx" MTK-ya, X2 və digər şəxslərə qadağan edilməsinə baxmayaraq, sözügedən çoxmənzilli binada liftdən istifadəyə borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs tərəfindən yenidən məhdudiyyətlər (kart sistemi) tətbiq edilmişdir. Binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlər yenidən aradan qaldırılmış, bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbər şəxsləri barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş e-16(001)-23/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsini qərəzli olaraq icra etməməyə görə icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib ediləcəyi sakinlərin diqqətinə çatdırılmışdır. Qeyd olunanlara əsasən, habelə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binada yaşayan çoxsaylı sakinlərin haqlı narazılığına səbəb olan halların aradan qaldırılması üçün borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə inzibati tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X15 Valeh oğlu və X13 tələbkar Şamilli Anar Oktay oğlunun nümayəndəsi və vəkili X3 izahatına uyğun izahat vermişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş X18 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binanın sakinidir. Binanı inşa etmiş "xxxx" MTKın rəhbər şəxsləri sakinlərə su, qaz və işıq təchizatının verilməsinə, habelə həmin binada liftdən istifadəyə məhdudiyyətlər yaratdıqlarına görə bir qrup sakin məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri barədə qərardad qəbul edilmişdir. Qərardada əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binaya su, qaz və işıq təchizatının verilməsinin dayandırılması və həmin binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlərin qoyulması borclu "xxxx" MTK-ya, X2 və digər şəxslərə qadağan edilməsinə baxmayaraq, sözügedən çoxmənzilli binada liftdən istifadəyə borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs tərəfindən yenidən məhdudiyyətlər (kart sistemi) tətbiq edilmişdir. Şəxs məhdudiyyətlər tətbiq edilməsinin səbəbi kimi sakinlərin kommunal xidmətlərə görə borclarının olduğunu bildirsə də, onun MTK-ya heç bir borcu yoxdur. Borc olmuş olsa belə bu, "xxxx" MTK-ya çoxmənzilli binada liftdən istifadəyə qadağa tətbiq edilməsinə əsas vermir. "xxxx" MTK-ın rəhbərliyinin qanunsuz hərəkətləri sakinlərin müraciəti əsasında mətbuatda da işıqlandırılmış, yerli televiziya kanallarının birində buna dair geniş süjet yayımlanmışdır. Həmin süjetdə borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs sakinlərə məhdudiyyətlər tətbiq edilməsinin səbəbinin sakinlərin kommunal xidmətlərə görə borcları olduğunu etiraf etmişdir. Məhkəmə iclasında elan edilmiş borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs etirazında o, göstərmişdir ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə tərtib olunmuş protokol tam qanunsuz və əsassızdır. Belə ki, ərizəçilər X11, Şamilli Anar Oktay oğlu, X21, X13 və X9 nümayəndəsi və eyni zamanda vəkili X4 müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binaya hər hansı (suyun, qazın, elektirik enerjisinin verilməsinin, liftin dayandırılması və sair formada) məhdudiyyətin tətbiq edilməsinin "xxxx" MTK-ya və X2 qadağan edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binada liftlərdə kart sisteminin tətbiqi edilməsinin "xxxx" MTKya və X2 qadağan edilməsi və kart sistemi tətbiq olunmuş liftlərdə kart sisteminin sökülərək əvvəli vəziyyətinə geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binaya su, qaz və işiq təchizatının verilməsinin dayandırılmasının və həmin binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlərin qoyulmasının "xxxx" MTK-ya, X2 və digər şəxslərə qadağan edilməsi, qərardadın qüvvədə olma müddətinin 1 ay müəyyən edilməsi, müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarixin 16 fevral 2025-ci il kimi müəyyən edilməsi qərara alınmışdır. Həmçinin, həmin qərardadda məhkəmə tərəfindən qeyd olunmuşdur ki, “Bununla yanaşı məhkəmə belə qənaətə gəlir ki, ərizədə qeyd edilən tələbin ikinci hissəsi, yəni Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanında yerləşən çoxmənzilli binada liftlərdə kart sisteminin tətbiqi edilməsinin "xxxx" MTK və X2 qadağan edilməsi və kart sistemi tətbiq olunmuş liftlərdə kart sisteminin sökülərək əvvəlki vəziyyətinə geri qaytarılması ayrıca iddianın predmetini təşkil etdiyindən, bununla bağlı işə mahiyyəti üzrə baxılaraq, işin bütün faktiki halları araşdırılaraq müvafiq qərar qəbul edilməli olduğundan, həmin tələblə bağlı məhkəməyə ərizə ilə müraciət edilmədiyindən, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar ərizəyə əlavə edilmədiyindən ərizə həmin hissədə təmin edilməməlidir. Buna baxmayaraq icra məmuru tərəfindən özbaşınalıq edilərək və məhkəmə qərardadında nəzərdə tutulmayan hərəkətlər edilərək ikinci liftə olan kart sistemi sökülmüşdür. Hal-hazırda da həmin qanunsuz hərəkətləri ört- basdır etmək məqsədi ilə barəsində bu cür əsassız bir protokolla məhkəməyə müraciət olunmuşdur. Hal-hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı qüvvədən düşmüşdür. Bundan əlavə onun tərəfindən icra məmurunun həmin qərardaddın icrası ilə əlaqədar bütün qanuni tələblərinə tam əməl olunmuş və heç bir qanunsuzluğa yol verilməmişdir. Əksinə, liftə quraşdırılmış kart sisteminin sökülməsi ilə əlaqədar icra məmurunun hərəkətləri tam qanunsuz olmuşdur. Bu səbəbdən də hesab edir ki, əməlində İXM-nin 528.1-ci maddəsinin əlamətləri mövcud deyil. Ona görə də inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binaya su, qaz və işıq təchizatının verilməsinin dayandırılması və həmin binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlərin qoyulması borclu "xxxx" MTK-ya, X2 və digər şəxslərə qadağan edilmişdir. Qərardadın qüvvədə olma müddəti 1 ay müəyyən edilmişdir. Müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix 16 fevral 2025-ci il tarix kimi müəyyən edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında Binəqədi rayon İcra şöbəsində icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin könüllü icrası borclu "xxxx" MTK-ya bildirilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X17, icra məmuru X22, tələbkarlar X21, X20, hal şahidləri X14 və başqaları tərəfindən tərtib edilməklə imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli Aktın surətindən görünür ki, bina sakinlərinin, Binəqədi rayon İcra şöbəsinin icra məmurlarının və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binaya baxış keçirilmiş, binaya su, qaz və işıq təchizatının verilməsinə maneçilik dayandırılmış və həmin binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlər (kart sistemi) aradan qaldırılmışdır. Aktdan həmçinin görünür ki, borclu "xxxx" MTK-ın rəhbər şəxsləri həmin icra prosesinə dəvət olunsalar da, gəlməkdən imtina etmişlər. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X17, icra məmuru X22, tələbkarlar X11, X20, hal şahidləri X12 və başqaları (cəmi 9 nəfər) tərəfindən tərtib edilməklə imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli Aktın surətindən görünür ki, bina sakinlərinin, Binəqədi rayon İcra şöbəsinin icra məmurlarının və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binaya tələbkarların müraciəti əsasında yenidən baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş e-16(001)-23/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlərin qoyulması borclu "xxxx" MTK-ya, X2 və digər şəxslərə qadağan edilməsinə baxmayaraq, sözügedən çoxmənzilli binada liftdən istifadəyə borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs tərəfindən yenidən məhdudiyyətlər (kart sistemi) tətbiq edilmişdir. Binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlər yenidən aradan qaldırılmış, bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbər şəxsləri barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş e-16(001)-23/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsini qərəzli olaraq icra etməməyə görə icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib ediləcəyi sakinlərin diqqətinə çatdırılmışdır. Aktdan həmçinin görünür ki, borclu "xxxx" MTK-ın rəhbər şəxsləri icra prosesinə təkrarən dəvət olunsalar da, gəlməkdən imtina etmişlər. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş e-16(001)-23/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binaya su, qaz və işıq təchizatının verilməsinin dayandırılması və həmin binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlərin qoyulması borclu "xxxx" MTK-ya, X2 və digər şəxslərə qadağan edilməsinə baxmayaraq, sözügedən çoxmənzilli binada liftdən istifadəyə borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs tərəfindən yenidən 2025-ci ilin fevral ayının əvvəlində məhdudiyyətlər (kart sistemi) tətbiq edilmiş, icra qurumu tərəfindən binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlər yenidən aradan qaldırılmış, bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Başqa sözlə, borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs məhkəmə tərəfindən verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs icra məmurunun sözügedən qərardaddın icrası ilə əlaqədar bütün qanuni tələblərinə tam əməl etdiyi və heç bir qanunsuzluğa yol vermədiyi barədə etirazında göstərdiklərini əsaslı hesab etmir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli Aktın surətindən görünür ki, bina sakinlərinin, Binəqədi rayon İcra şöbəsinin icra məmurlarının və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binaya baxış keçirilmiş, binaya su, qaz və işıq təchizatının verilməsinə maneçilik dayandırılmış və həmin binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlər (kart sistemi) aradan qaldırılmışdır. İşdə olan digər, yəni xx.xx.2025-ci il tarixli Aktın surətindən görünür ki, bina sakinlərinin, Binəqədi rayon İcra şöbəsinin icra məmurlarının və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binaya tələbkarların müraciəti əsasında yenidən baxış keçirilmiş və müəyyən edilmişdir ki, qərardadın qüvvədə olduğu müddətdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş e-16(001)-23/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, giriş 63F və 63G ünvanda yerləşən çoxmənzilli binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlərin qoyulması borclu "xxxx" MTK-ya, X2 və digər şəxslərə qadağan edilməsinə baxmayaraq, sözügedən çoxmənzilli binada liftdən istifadəyə borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs tərəfindən yenidən məhdudiyyətlər (kart sistemi) tətbiq edilmişdir. Binada liftdən istifadəyə yaradılmış məhdudiyyətlər yenidən aradan qaldırılmış, bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, qeyd olunanlar borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini təsdiq edir. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə borclu hüquqi şəxs "xxxx" MTK-ın sədri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş borclu hüquqi şəxs "xxxx" MTK-ın rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar