Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8100/2025 03.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 130000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 27000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.xx.xx.2023-cü il tarixdə Şəxs ilə Çin Xalq Respublikasında fəaliyyət göstərən "xxxx" şirkəti arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Bununla bağlı "xxxx"nin hesabına xx.xx.2023-cü il tarixdə 130000.00 ABŞ dolları köçürülmüşdür. "xxxx" tərəfindən mallar hissə Azərbaycan Respublikasına göndərilmiş və gömrük bəyannamələri verilmişdir. Lakin həmin şirkətin hesabına köçürülmüş 13000.00 ABŞ dolları məbləğində vəsaitdən 27000.00 ABŞ dolları dəyərində mallar vəsaitin köçürüldüyü 02 il ərzində Azərbaycan Respublikasına göndərilmədiyi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi protokol tərtib edilmişdir. Lakin malların 02 il ərzində göndərilməməsində , Şəxs təqsiri yoxdur. Həmin şirkətdə baş vermiş texniki problemlər səbəbindən mallar vaxtında göndərilməmişdir. 27000.00 ABŞ dolları dəyərində mallar Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixdə göndərilmiş və gömrük bəyannaməsi verilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, HTP2023-013 nömrəli müqavilədən görünür ki, Şəxs ilə Çin Xalq Respublikasında fəaliyyət göstərən "xxxx" şirkəti arasında dəyəri 1000000.00 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli köçürmə haqqında sənədin surətində görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan "xxxx" Şirkətinin hesabına 130000.00 ABŞ dolları pul köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 130000.00 ABŞ dolları məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində 27000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınmış malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. xx.xx.2025-ci il tarixli, **********3755 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, "xxxx" şirkəti tərəfindən Şəxs ünvanına göndərilmiş, dəyəri 26999.78 ABŞ dolları dəyərində olan mallar ölkəyə idxal olunmuşdur. Mərkəzi Bankın nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndənildikdən sonra inzibati xətanın predmeti olan pul vəsaitini ölkə xaricinə köçürmüş "xxxx" ASC-nin 5 noyabr 2025-ci il tarixli məlumatına əsasən Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli qabaqcadan ödənilmiş 130000.00 ABŞ dolları məbləğində avans ödənişinin 27000.00 ABŞ dolları qalıq hissəsi **********3755 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə bağlanmış, avans ödənişinin qalıq hissəsi 0.22 ABŞ dolları təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş edilmiş və iş üzrə yekun məhkəmə qərarını məhkəmənin mülahizəsinə buraxıldığı qeyd edilmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 430.4-cü maddəsi tərtib edilmiş protokola dair inzibati xəta üzrə təqsiri müəyyən edilmədiyindən başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan xx.xx.2023-cü il tarixdə "xxxx" şirkətinin hesabına 130000.00 ABŞ dolları məbləğində vəsait köçürülmüş və 2 il müddət keçsə də 27000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar 2 il ərzində ölkəyə idxal edilməmiş, qeyd edilən məbləğ əsasında alınmış malların Azərbaycan Respublikasına daxil olmamasının səbəbi texniki problemlərlə bağlı olmuşdur. "xxxx" şirkəti tərəfindən Şəxs ünvanına dəyəri 26999.78 ABŞ dolları dəyərində olan mallar xx.xx.2025-cil tarixdə göndərilmiş və **********3755 sorğu nömrəli Gömrük bəyannaməsi verilmişdir. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabdan köçürülmüş 130000.00 ABŞ dolları dəyərində olan malların ölkəyə gec gətirilməsində Şəxs təqsiri müəyyən edilməmişdir. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 430.4-cü maddəsi tərtib edilmiş protokola dair inzibati xəta üzrə təqsiri müəyyən edilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair təqsiri müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair təqsiri müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-8100/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8100/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver