Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-816/2021 07.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsi barəsində AP ******* saylı 09.01.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən 29.12.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan “Chevrolet Nıva 212300 55LC” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxsin barəsində məlumatı bu günə kimi təqdim etməmişdir. Bununla da, “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, 09.01.2021-ci il tarixdə Şəxs barəsində AP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, “Chevrolet Nıva 212300 55LC” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barəsində sorğu 29.12.2020ci il tarixdə “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən qəbul edilmiş və 30.12.2020-ci il tarixdə sorğuya cavab göndərilmişdir. Buna görə də “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsi barəsində AP ******* saylı 09.01.2021-ci il tarixli il tarixli inzibati xəta haqqında protokolu əsassız hesab edərək icraata xitam verilməsini xahiş edir. Məhkəmə “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin nümayəndəsinin çıxışını və iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsi barəsində tərtib olunmuş protokol əsassızdır. Belə ki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 09.01.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsi nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-816/2021 saylı 11.02.2021-ci il tarixli qərarından məlum olur ki, “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-636/2021 saylı 29.03.2021-ci il tarixli qərarından məlum olur ki, “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin şikayəti təmin edilərək, Binəqədi rayon Məhkəməsinin 3(001)- 816/2021 saylı 11.02.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin qərarından məlum olur ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında protokol üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılmamış, nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən İXM-də nəzərdə tutulmuş müddətdə verilib-verilməməsi araşdırılmamışdır. Həmçinin qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən 29.12.2020-ci il tarixində poçt vasitəsilə “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinə daxil olmuş “Chevrolet Nıva 212300 55LC” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barəsində sorğu bir gündən sonra, yəni 30.12.2020-ci il tarixdə məktubla cavablandırılmışdır. “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Binəqədi Rayon Dövlət X4 ünvanladığı 30.12.2020-ci il tarixli məktubdan məlum olur ki, “Chevrolet Nıva 212300 55LC” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barəsində sorğuya cavab göndərilmişdir. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində icraat aparılan hüquqi şəxsə məlumat verilməmiş, onun nümayəndəsi dəvət olunaraq izahat vermək, protokolun məzmunu, o cümlədən sorğuya cavab verilməməsinin səbəbinə dair mülahizə təqdim etmək imkanı verilməmişdir. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən 29.12.2020-ci il tarixində poçt vasitəsilə “xxxx” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinə daxil olmuş “Chevrolet Nıva 212300 55LC” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barəsində sorğu bir gündən sonra, yəni 30.12.2020-ci il tarixdə məktubla cavablandırılmışdır. Hazırkı məqamda qeyd edilən hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olması qənaətinə gəlmək mümkün deyildir ki, belə olan halda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “xxxx” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-816/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-816/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver