Məhkəmə qərarları › İş №3(001)-822/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-822/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-822/2022 17.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızı, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun 19.11.2021-ci il tarixli, TP ******* saylı, inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti və toplanmış iş materialını nəzərdən keçirərək, müəyyən etdim: Məhkəmənin icraatına X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun 19.11.2021-ci il tarixli, TP ******* saylı, inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti və toplanmış material daxil olmuşdur. X2 məhkəmə iclasında ərizə verərək bildirmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 13, küçə 8 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşadığı üçün Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iş materialının Abşeron Rayon Məhkəməsinə göndərilməlisini xahiş etmişdir. İş üzrə X1 çıxışını dinləyib, təqdim edilmiş materialı araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, X1 qeydiyyat ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 13, küçə 8, faktiki yaşayış yeri Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsidir. Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Belə olan halda, vəsatət təmin edilməli, X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun 19.11.2021-ci il tarixli, TP ******* saylı, inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti və toplanmış iş materialı İXM-in 110cu maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112-ci maddəsini rəhbər tutaraq qərara aldım: Vəsatət təmin edilsin. X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun 19.11.2021-ci il tarixli, TP ******* saylı, inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti və toplanmış iş materialı baxılması üçün aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar