Məhkəmə qərarları › İş №3(001)-824/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-824/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-824/2025 11.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 10 yanvar 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 10 yanvar 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 10 yanvar 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol İXM-in tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə inzibati araşdırma xx.xx.2024-cü il tarixdə başlansa da, inzibati xəta haqqında protokolun tərtib olunma tarixi xx.xx.2024-cü il olaraq göstərilmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 505-ci maddəsi ilə tərtib edilmiş 10 yanvar 2024cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 109, 110.1-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 10 yanvar 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar