Məhkəmə qərarları › İş №3(001)-8243/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8243/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8243/2025 04.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4, Hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs, AZ1052, Bakı şəhəri, Binəqədi rayonu,Əliyar Əliyev küçəsi, ev 108, VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən, vətəndaş X1 və X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən Şəxsnə 3-17- 5/2-58125/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğu məktubu göndərilərək 7 iş günü ərzində sənədlərin təqdim edilməsi tələb edilsə də, xx.xx.2025-ci il tarixədək tam təqdim edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X7 protokolu qismən müdafiə etdi və bildirdi ki, protokolda iki vətəndaşın şikayətləri əsasında sənədlərin təqdim edilməsinin tələb edilməsi, lakin hüquqi şəxs tərəfindən tam şəkildə təqdim edilməməsi qeyd edilmişdir. Bir məqamı nəzərə çatdırır ki, X2 şikayəti əsasənda sənədlərin təqdim edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin yeni redaksiyada verilməsindən əvvəl tələb edilmişdir. Ona görə də, protokolu bu hissədə müdafiə etmirlər. Digər şəxsin - X1 şikayəti əsasında tələb olunan sənədlərdən isə son haqq-hesabın hesablanmasına dair sənəd təqdim edilməmiş və bununla da inzibati xəta pozuntusuna yol verilmişdir. Göstərilənlərin nəzərə alınması və hüquqi şəxs barəsində ciddi təsir tədbirinin görülməsi xahiş edilmişdir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola etiraz edərək bildirdi ki, protokolda sənədlərin tam təqdim edilməməsi qeyd olunsa da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin məktubunda qeyd olunan sənədlər tam şəkildə Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli, 0629 nömrəli məktuba əlavə edilərək göndərilmişdir. Ona görə də hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada təhbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 X5 Xidmətinə ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətindən görünür ki, o, Şəxs MMC tərəfindən əmək qanunvericiliyinin pozulması ilə bağlı şikayət etmişdir. Şikayətində ortalama əmək haqqı ilə son verilən haqq-hesabın uyğun gəlmədiyini bildirmiş və qeyd etdiyi halın araşdırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 3-17-5/2-58128/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş X1 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər idarəsinə (ünvan; AZ1114 ünvan 3unan sənədlərin siyahısı: Əmək müqaviləsinin surəti; Vətəndaşın müraciətində qeyd etdiyi məsələlərə münasibət bildirilməklə ətraflı müşayiət məktubu; Son haqq-hesabın hesablanıb ödənilməsinə dair müvafiq sənədlərin surəti; Əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlərin surəti; əmək haqqının hesablanmasını və ödənilməsini təsdiq edən müvafiq sənədlər (son 6 ay). Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 0629 nömrəli məktubdan görünür ki, 3-17-5/2-58125/2025 saylı məktuba cavab olaraq bildirilmişdir ki, X3 xx.xx.2019-cu il tarixində “Al Market" MMC-də mağaza müdir müavini vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixində mağaza müdiri vəzifəsinə, xx.xx.2020-ci il tarixində bölgə müdiri vəzifəsinə, xx.xx.2025-ci il tarixində Sumqayıt bölgə direktorluğunda əməliyyat nəzarətçisi vəzifəsinə keçirilmişdir. İşçi il xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə AR ƏM-in 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq işçilərin sayı və ya ştatları ixtisar edilməsi ilə əmək müqaviləsinə xitam verilmişdir. X3 əmək funksiyasına aid olmayan işlər üzra çalışmamış və əmək haqqı qanunvericiliyə uyğun çalışdığı müddətə görə hesablanıb ödəniş edilmişdir, bu barədə təsdiqedici sənədlər 20 vərəqdə məktuba əlavə olunmuşdur. MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmənin araşdırmalarından müəyyən edilmişdir ki, X5 Xidməti vətəndaş X1 müraciətində göstərilən şikayətin - orta əmək haqqı ilə hesablanmış son haqq-hesabın uyğun gəlməməsi barədə şikayətin araşdırılması üçün Şəxs MMC-dən məhz son haqqhesabın necə hesablandığına dair sənədi və digər məlumatların təqdim edilməsini tələb etmişdir. Lakin MMC tərəfindən təqdim edilmiş sənədlər yalnız bunlarla məhdudlaşmışdır: əmək müqaviləsi və ona əlavələr, tam maddi məsuliyyət haqqında müqavilə, əmək müqaviləsinin bildirişləri, işə qəbul və vəzifə dəyişiklikləri barədə ərizələr, xəbərdarlıq, əmək müqaviləsinə xitam verilməsi barədə əmr, habelə xx.xx.2025–xx.xx.2025 dövründə işçiyə ödənilmiş əmək haqqının məbləğini ümumi şəkildə göstərən formal arayış. Qeyd olunan sənədlər məhkəmə araşdırması zamanı məhkəməyə də təqdim edilmişdir. Təqdim edilmiş sənədlərin heç birində son haqq-hesabın strukturunu, hesablanma mexanizmini, işçinin məzuniyyət qalığının olub-olmadığını, ödənilmiş kompensasiyanın məbləğini, hesablamanın hansı göstəricilərə əsaslandığını müəyyən etməyə imkan verən heç bir müvafiq mühasibat uçotu sənədləri və ya hesablanma cədvəlləri yoxdur. Bu səbəbdən müfəttişliyin tələb etdiyi “zəruri məlumatlar”ın yalnız forma etibarilə deyil, məzmunca da təqdim olunmasını tələb edən Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələbləri MMC tərəfindən icra edilməmişdir, çünki təqdim olunmuş arayış son haqqhesabın hesablama elementlərini deyil, yalnız ödənilmiş əmək haqqının ümumi rəqəmini əks etdirmişdir ki, bu da müfəttişliyə müraciətin mahiyyətinin araşdırılması üçün heç bir real imkan vermir. Bu halların məcmusu göstərir ki, Şəxs MMC-nin təqdim etdiyi sənədlər əmək müfəttişliyinin şikayətin predmeti üzrə - son haqq-hesabın düzgün hesablanıbhesablanmadığı barədə obyektiv araşdırma aparması üçün kifayət etmir və İXM-in 539.3cü maddəsinin tələblərinə görə zəruri məlumatların tam, düzgün və vaxtında təqdim edilməməsi tərkibinin mövcudluğunu şərtləndirir. Məhkəmə belə nəticəyə gəlir ki, əmək müfəttişliyi tərəfindən tərtib olunmuş inzibati protokol məhz MMC-nin təqdim etdiyi sənədlərin natamamlığına, hesablama üçün tələb olunan əsas məlumatların ümumiyyətlə verilməməsinə və bununla da araşdırmanın obyektiv aparılmasının mümkünsüzlüyünə görə tam hüquqi və faktiki əsaslara malikdir. Şəxs MMC-nin təqdim etdiyi sənədlər mövcud araşdırmanın mahiyyətini təmin etmədiyindən, müfəttişliyin mövqeyi qanunauyğun və əsaslı hesab edilməlidir. Beləliklə də, məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hüquqi şəxs Şəxsnə istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 2.000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakı̇ m Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar