Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-8254/2025 07.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 464-cü maddəsi ilə tərtib edilmiş 28 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol”u işin baxılmasına hazırlanması mərhələsində nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: "xxxx" MMC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İXMnin 464-cü maddəsi ilə 28 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol” tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iş materialları protokola baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, İXM-nin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, "xxxx" MMC-nin ünvanı ünvan 1əsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, hakim inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 109.1.7-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş 28 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol” üzrə iş materialları baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-8254/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-8254/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver