Məhkəmə qərarları › İş №3(001)-8257/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8257/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8257/2025 20.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi “Güvən” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 539.3-cü maddəsi ilə tərtib edilmiş 31 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 31 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, vətəndaş X7 şikayəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxsnə müvafiq olaraq göndərilən 3-17-5/2-68922/2025 nömrəli, xx.xx.2025-ci il tarixli göndərilən məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX BŞİ-nə təqdim edilməsi tələb olunmuş, lakin sənədlər xx.xx.2025-ci il tarixinədək təqdim edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X10 məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xəbərnamələrdə soyadları göstərilmiş “Əsədov”, “Abdullayev" soyadlı şəxslər nümayəndəsi olduğu orqanın əməkdaşlarıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, X8 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-68922/2025 nömrəli məktubla müəssisədən müvafiq əmək müqaviləsi, əmrlər, hesablama cədvəlləri və digər sənədlər tələb olunmuş, həmin məktub faktiki olaraq müəssisəsəyə təqdim edildikdən dərhal sonra tələb olunan sənədlər toplanaraq poçt vasitəsilə xidmətə göndərilmişdir. Bu barədə "xxxx" MMC-nin xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli F-119 formasında tərtib olunmuş poçt qəbzləri də mövcuddur. Qəbzlərdən də aydın görünür ki, DƏMX Bakı şəhər İdarəsinin ünvanına sifarişli və bildirişli məktublar göndərilmişdir. Göründüyü kimi, sənədlərin təqdim edilməsindən imtina edilməmiş, tələb olunan sənədlər vaxtında Xidmətə çatdırılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, İXM-nin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız olduğundan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını iş materialları ilə qarşılıqlı şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 31 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X3 şikayəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxsnə müvafiq olaraq göndərilən 3-17-5/2-68922/2025 nömrəli, xx.xx.2025-ci il tarixli göndərilən məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində DƏMX BŞİ-nə təqdim edilməsi tələb olunmuş, lakin sənədlər xx.xx.2025-ci il tarixinədək təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X8 Xidməti tərəfindən tərtib edilmiş 3-17-5/2-68922/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş X7 Şəxsndə əmək hüquqlarının pozulması barədə “esosial.az” internet portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə ünvanladığı müraciətinə baxıldığı üçün AR ƏMnin 15.2-ci maddəsinin tələblərinə müvafiq olaraq tələb olunan sənədlərin 7 (yeddi) iş günü ərzində X13 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. “Poçt göndərişlərinin izlənilməsi” sistemindən görünür ki, 3-17-5/2-68922/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub SS968967539az kodu ilə, xx.xx.2025-ci il tarixdə, saat 16:32-də Şəxsnə çatdırılmışdır. Elektron-sistemdən olan çıxarışlardan görünür ki, xx.xx.2025-ci il tarixli məktub Şəxs elektron kabinetinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən tərtib edilmiş 3-17-5/2-93428/2025 nömrəli, xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs və Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X9 inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 11:00-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət olunmuş və bildiriş həmin tarixdə hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmişdir. “Poçt göndərişlərinin izlənilməsi” sistemindən görünür ki, 3-17-5/2-68922/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla Şəxs MMC-dən tələb olunan sənədlər SXO1O947289AZ kodlu zərf ilə, xx.xx.2025-ci il tarixdə, saat 11:48-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinə çatdırılmışdır. "xxxx" MMC-nin xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli “poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Şəxs MMC tərəfindən müvafiq olaraq X8 Xidmətinə, X8 Xidmətinin Bakı şəhər İdarəsinə, X8 Xidmətinin X1 göndərilmiş məktublar müvafiq olaraq səlahiyyətli şəxslər N.Əsədov, Abdullayev,Qafarova təhvil alınaraq imza edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 3-17-5/2-68922/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla Şəxsnə müraciət olunaraq X7 müraciətinə münasibət bildirilməsi və şəxsə aid sənədlərin 7 iş günü ərzində təqdim edilməsi xahiş edilmiş, Şəxs MMC tərəfindən həmin məktuba cavab verilərək tələb edilən məlumatlar, həmçinin X7 əmək müqaviləsi, əmrlər, hesablama cədvəlləri və digər sənədlər təqdim edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta üzrə işlə bağlı düzgün araşdırma aparılmadan Şəxs barəsində əsassız halda İXM-in 539.3-cü maddəsi ilə 31 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də, məhkəmə Şəxs İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 539.3-cü maddəsi ilə tərtib edilmiş 31 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cümaddəsi ilə tərtib edilmiş 31 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar