Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-827/2025 28.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X1 iştirakı ilə Şəxs (MMC) barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci Ərazi Sövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 518.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 518.3cü maddəsi ilə 31 yanvar 2025-ci il tarixli, MN ******* saylı “inzibati xəta haqqında protokol” tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin həmin maddəsinə əsasən, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi həmin maddə üzrə inzibati məsuliyyətə səbəb olur. İştirak etdiyi əvvəlki məhkəmə iclasında protokolu tərtib etmiş qurumun nümayəndəsi X5 izahatında göstərmişdir ki, 31 yanvar 2025-ci il tarixdə Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev 78p ünvanında yerləşən Şəxs MMC-yə məxsus anbar binasında planlı yoxlama aparılan zaman X2nın bir neçə bəndinin pozulduğu aşkar edilmişdir. Yoxlama aparılan zaman Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi də iştirak etsə də, protokola imza etməkdən imtina etmişdir. Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə etiraz ünvanlayaraq, göstərmişdir ki, inzibati xəta haqqında protokolda qeyd edilən “X2”nın 1.9.12-ci bəndinin tələblərinin subyekti sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə "xxxx" MMC sayıla bilməz. Belə ki, həmin qeyri-yaşayış sahəsi DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən X7 məxsusdur. X9 həmin qeyri-yaşayış sahəsini Şəxs MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə vermişdir. Bununla belə, icarə obyekti olan qeyri-yaşayış sahəsinin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini aidiyyəti dövlət orqanları ilə razılaşdırılması icarəyəverənə həvalə edilmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5-ci maddəsinə əsasən, “İcarəyəverən” obyektin təmiri və bərpası ilə bağlı dövlət orqanlarından və digər aidiyyəti olan orqanlardan tələb edilən icazələri və razılaşdırılmaları, icarə obyektinin təmiri ilə bağlı texniki şərtləri və s. almağı öz öhdəsinə götürür. Təhvil adlındığı gündən bugünədək sözügedən ünvanda yerləşən obyektin Şəxs MMC tərəfindən yenidən qurulması, genişləndirilməsi, inşaatı, texniki cəhətdən dəyişdirilməsi və ya istismara verilməsi ilə bağlı hər hansı işlər görülməmişdir. Anbar kimi fəaliyyət göstərməkdə olan obyekt hazır şəkildə MMC tərəfindən təhvil alınmış və heç bir dəyişiklik olmadan fəaliyyətə davam etmişdir. Göründüyü kimi, əməldə qeyd edilən inzibati xəta tərkibinin heç bir əlaməti, təqsir və səbəbli əlaqə mövcud deyildir. Yoxlama aparılması və protokol tərtib edilməsi zamanı MMC-nin hüquqları pozulmuşdur. Belə ki, yoxlama aparılması barədə MMC-yə məlumat verilməmiş, iştirakı təmin olunmamışdır. İş materiallarına MMC-yə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsi barədə heç bir sübut əlavə edilməmişdir. İnzibati orqan sadəcə protokolda Şəxs MMC “imzalamaqdan, izahatdan imtina etdi” kimi şablon ifadələr qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X3 etirazda göstərilənlərə uyğun izahat verib, iş üzrə icraata İXM-nin 53.2-ci maddəsi əsası ilə xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - 31 yanvar 2025-ci il tarixli, 0116 saylı “X4”ndan görünür ki, 27 yanvar 2025-ci il tarixdən 31 yanvar 2025-ci il tarixədək müddət ərzində Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev 78P ünvanında yerləşən obyektdə plan üzrə müayinə aparılmış, müayinə zamanı aşkar olunmuş qanun pozuntularının məzmunu aşağıdakılardan ibarət olmuşdur:
1. (sual 256) Obyektdə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmaması müəyyən edildi.
2. (sual 951) FHN-in DYNX-lə istismar rəyi razılaşdırılmadan istismar olunur. - Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanındakı torpaq sahəsi 03 oktyabr 2020-ci il tarixdə X6 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - X9 ilə Şəxs MMC arasında bağlanmış 13 avqust 2024-cü il tarixli “İcarə müqaviləsi”nə əsasən, “İcarəyə verən” qismində X9 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 5431 kv.metr qeyri-yaşayış sahəsini 10 il müddətinə MMC-yə icarəyə vermişdir. Məhkəmə qeyd edir ki, X9 ilə Şəxs MMC arasında bağlanmış icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarə obyekti təhvil verilənədək icarə obyektinin fəaliyyəti ilə bağlı tələb olunan avadanlıqlar və s. (su, kanalizasiya, elektrik xətləri üçün sayğacları, elektrik transformatorları 3 faza olmaq şərti ilə, elektrik tənzimləyicisi) icarəyə verən tərəfindən quraşdırılıb hazır vəziyyətdə olmalıdır. Göründüyü kimi, hazırki inzibati xəta hadisəsinin törədilməsinə Şəxs MMC-nin heç biç aidiyyəti yoxdur, MMC-nin yerləşdiyi inzibiat binada aşkar edilmiş nöqsanlarla bağlı inzibati məsuliyyət tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq birbaşa binanın mülkiyyətçisinin, yəni icarəyə verənin üzərinə düşür. Lakin, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən yuxarıda göstərilən hallar nəzərə alınmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 518.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53.2, 105.1, 112, 114, 115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə tərtib edilmiş 31 yanvar 2025-ci il tarixli, MN ******* saylı “inzibati xəta haqqında protokol” əsasında başlanmış inzibati iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində birbaşa, yaxud onu çıxarmış məhkəmə vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Samir Nəsibov