Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-828/2022 14.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – 11 saylı Vəkil Bürosunun vəkil X3 iştirakı ilə xx.xx.1964-cü il tarixdə Zəngilan rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 7 MKR, döngə 3 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X5 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə 14.03.2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edərək baxılması üçün Binəqədi rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və icra işindən görünür ki, Zəngilan rayon Məhkəməsinin 2(034)-231/2021-011 nömrəli, 05.07.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 10 000 manat məbləğində pul vəsaiti tələbkar X4 xeyrinə ödənilməlidir.Borcluya icra sənədinin könüllü icra olunması barədə bildiriş göndərilməsinə baxmayaraq borclu icra sənədini tam icra etməkdən imtina etmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X5 izahatında bildirdi ki, Zəngilan rayon Məhkəməsinin 2(034)-231/2021-011 nömrəli, 05.07.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 10 000 manat məbləğində pul vəsaiti tələbkar X4 xeyrinə ödənilməlidir.Borcluya icra sənədinin könüllü icra olunması barədə bildiriş göndərilməsinə baxmayaraq borclu icra sənədini tam icra etməkdən imtina etmişdir.Bu səbəbdən borclu Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilmiş tələbkar X6 məhkəmə iclasına gələmişdir.Buna görə də, məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs - barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14.03.2022-ci il tarixli, MN ******* saylı protokol ona əlavə edilmiş sənədlər natamam olduğuna görə inzibati protokolun və ona əlavə olunmuş sənədlərin Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi – 11 saylı Vəkil Bürosunun vəkil X10 oğlu hüquqlarını müdafiə etdiyi Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14.03.2022-ci il tarixli, MN ******* saylı protokol ona əlavə edilmiş sənədlər natamam olduğuna görə inzibati protokolun və ona əlavə olunmuş sənədlərin Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qaytarılmasını məhkəmədən xahiş etdi. Protokolu tərtib edən icra məmuru, borclunu və onun vəkilinin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona dair sənədlər icra şöbəsinə geri qaytarılmalıdır. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi.Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. «İcra haqqında» Qanun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-nin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir.İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər;inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmçinin, İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. İcra haqqında qanun tələblərinə görə birinci növbədə börcluya icra sənədinin könüllü ödəməsi barədə bildiriş göndərməli, borclunu icra şöbəsinə dəvət edərək icra olunmalı olan icra sənədinin məzmunu və icra olunmasının hüquqi nəticələrini ona izah etməli, bu barədə ondan izahat almalı, yalnız görülən tədbirlər nəticə vermədikdə məcburi icra tədbirlərini tətbiq etməlidir. Belə ki, «İcra haqında» qanunun 44.1-ci maddəsinin tələbinə əsasən könüllü ödəmə barədə bildiriş təqdim olunduqdan sonra 10 gün keçmədən şəxs barəsində məcburi icra tədbiri görülə və inzibati xəta haqqında protokol tərtib edilə bilməz.Lakin icra məmuru borclunun məhkəmə qərarının hansı səbəbdən tam icra etmədiyini aydınlaşdırmadan, icra sənədini icra etmək üçün onun yetərli pul vəsaitinə malik olub-olmadığını yoxlamadan, əmlak vəziyyətini və yaşadığı ünvanda üzərinə həbs qoyulmasına qanunvericiliyin icazə verdiyi əmlakların olub-olmadığını aydınlaşdırmadan və bu barədə sorğular vermədən və həmin sorğuların cavabını almadan və yaşadığı ünvanda əmlak vəziyyətinə dair akt tərtib etmədən onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz.Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə suallar verilərkən onun kəkələdiyi və əllərinin əsdiyi aşkar olunmuş və suala cavab olaraq o, İİ qrup əlil oldğunu bildirmiş, lakin buna dair sənədinin üzərində olmadığını bildirmişdir.Həmçinin, o, bu məlumatı icra məmurunu bildirdiyini, lakin icra məmurunun bu məlumata məhəl qoymadığını göstərmişdir.Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əlil olub-olmaması iş üçün əhəmiyyətlidir.Belə ki, İXM-nin 30.2-ci maddəsinin tələbinə əsasən İ və İİ qrup əlillərə həbs təyin oluna bilməz.Buna görə də, bu qüsurlar İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlərin natamam tərtib edilməsi kimi qəbul edilməlidir.Bu səbəbdən də, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14.03.2022-ci il tarixli, MN ******* saylı protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-828/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-828/2022
14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver