Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-828/2025 19.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası FHN-nin DYNX-nin 1-ci Ərazi DYNİ-nin inspektoru X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 31 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara əsasən, ünvan 1 ünvanında yerləşən ərzaq mağazasında planlı yanğın-texniki müayinənin aparılması zamanı obyektin icarəçisi tərəfindən şərait yaradılmamışdır. Buna görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-828/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərarına əsasən, inzibati xəta törətmiş vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-828/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün 13 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-3131/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-828/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası FHN-nin DYNX-nin 1-ci Ərazi DYNİ-nin inspektoru X2 izahat verərək bildirmişdir ki, həqiqətən də inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən inzibati xətanın subyekti düzgün müəyyənləşdirilmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə Şəxs əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-3131/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsində çıxış edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd etmişdir ki, ümumiyyətlə nə ünvan 1 ünvanında yerləşən ərzaq mağazasının sahibkarı olmuş, nə də ümumiyyətlə onun Bakı şəhərində əmək fəaliyyəti, iş yeri olmuşdur. O, 2008-ci il tarixdən bu günkü günə kimi bir yerdə, yəni Ağdam rayonunun Xındırıstan ərazi dairəsində fəaliyyət göstərən X3 Sistemlərinin İstismarı İdarəsinin Həmkarlar İttifaqı Komitəsində elektrik-çilingər olaraq işləyir. O, nə səlahiyyətli orqan tərəfindən, nə də ki məhkəmə tərəfindən çağırılmamış, sadəcə iş yerində aldığı aylıq məvacibindən tutulmalar aparıldığı zamanı inzibati xətaya görə cərimə olunduğunu bilmişdir. Əvvəllər Ağdamda kiçik bir mağazası olmuş, lakin onun fəaliyyəti sonradan dayandırılmışdır. Elektron-məhkəmə informasiya sistemində olan məlumatlara əsasən Şəxs adına ********** VÖEN-i olsa da onun fəaliyyəti müvəqqəti dayandırılmışdır. İş materiallarından görünür ki, nə səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən, nə də məhkəmə baxışı zamanı sübutlar tədqiq edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməmiş, onun ümumiyyətlə bu məsələyə aidiyyətinin olub-olmaması, sahibkar kimi onun VÖEN-i əsasında ünvan 1 ərzaq mağazasının fəaliyyət göstərməsindən onun məlumatının olubolmaması araşdırılmadan Şəxs barəsində tənbeh tətbiq edilmişdir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən yenidən araşdırma aparılmaqla Şəxs sahibkar kimi ünvan 1 ünvanında yerləşən “ərzaq” mağazasına ümumiyyətlə aidiyyətinin olub-olmamaması yoxlanılmalı, onun məlumatı olmadan adı ilə mağaza fəaliyyət göstərdiyi halda bu haqda müvafiq orqanlara məlumat verilməsi təmin edilməli, Şəxs inzibati xətaya aidiyyəti müəyyən edildiyi halda isə mötəbər sübutlar toplayıb məhkəməyə təqdim edilməklə tənbeh edilməsi tələb olunmalıdır. Mövcud mənzərə isə ondan ibarətdir ki, Ağdam rayonunun Xındırıstan kəndində yaşayan, həmin ərazi dairəsində fəaliyyət göstərən X3 Sistemlərinin İstismarı İdarəsində elektrik-çilingər vəzifəsində işləyən bir şəxs, ünvan 1 ünvanında yerləşən “ərzaq” mağazasında aparılan yoxlama zamanı həmin obyektin icarəçisi tərəfindən yoxlamaya şərait yaradılmamasına görə İXM-in 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilibtörədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Göründüyü kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs tərəfindən İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, həmin inzibati xətanın məhz Şəxs tərəfindən törədilib-törədilməməsi məsələsi dəqiqləşdirilmədən onun barəsində 31 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən kifayət qədər araşdırılma aparılmadan, yuxarıda qeyd edilən xüsusatlar araşdırılmadan, inzibati xətanın məhz Şəxs tərəfindən törədilub-törədilməməsi məsələsi müəyyənləşdirilmədən onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən . inzibati xəta törətmiş şəxs, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilibtörədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Göründüyü kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən inzibati xəta hadisəsinin olması müəyyən edilsə də, inzibati xətanın subyekti düzgün müəyyən edilməmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 602.4-cü maddəsi ilə tərtib edilmiş 31 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 75 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib edilmiş 31 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-828/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-828/2025
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver