Məhkəmə qərarları › İş №3(001)-84/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-84/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-84/2025 28.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X14 Xidmətinin nümayəndəsi X12, şikayət vermiş şəxs Acar Adnanın iştirakı ilə, Acar Adnanın inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Acar Adnan ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, DƏMX-nin əməkdaşı tərəfindən edilmiş çağırışa əsasən ona aydın olmuşdur ki haqqında inzibati xəta haqda Zəngilan rayon prokurorluq əməkdaşı Teyyub Rəfiyev tərəfindən uydurma qərar qəbul edilmişdir. X4 izahat yazaraq 09 iyul 2024-cü il tarixindən 15 iyul 2024-cü il tarixədək "xxxx" MMC-də işlədiyini iddia etmişdir. Prokurorluq əməkdaşı Teyyub Rəfiyev inzibati qərar xəta barədə araşdırma apararkən, bu haqda "xxxx" MMC-yə xəbər verməmiş və araşdırmanı gizlətmişdir. X5 əl yazılı izahatı yoxdur. Prokurorluq əməkdaşı X22 Bünyadovun izahatını kompüterində özü yazıb tərtib etmişdir. Verilən izahatla bağlı "xxxx" MMC-yə xəbər verilmemişdir. Bu haqda "xxxx" MMC-dən izahat almamışdır. Uydurma izahata görə İXM-in 192.1-ci maddəsi ilə qanunsuz qərar qəbul edilmişdir. Bu qərar da "xxxx" MMC-dən gizlədilmişdir. O, həmin qərarla tanış olmamışdır. Əmək Müfəttişliyində ona məlum olmuşdur ki, belə bir qərar var. O, qərarı biləndən sonra onunla işləmiş ustalar vasitəsi ilə X10yla əlaqə saxlamış və sonuncu "xxxx" MMC-də işlədiyini demədiyini bildirmişdir. Eyni zamanda X3 Müfəttişliyi Xidmətinə gələrək ərizə vermiş, "xxxx" MMC-də işləmədiyini bəyan etmişdir. Hafiz Bünyadov 25 iyun 2024-cü il tarixindən 15 iyul 2024-cü il tarixədək "xxxx" MMC-də işlədiyini bəyan etmişdir. DİN -in portal icazəsindən aydın görünür ki, həqiqətən 25 iyun 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixinədək "xxxx" MMC tərəfindən 3 dəfə ardıcıl olaraq X10 üçün Zəngilan rayonuna icazə alınmış və X7m 19 gün "xxxx" MMC-də işlədiyi öz təsdiqini tapmışdır. Prokurorluq əməkdaşı Teyyub Rəfıyevin araşdırması və qərarı yanlış və qərəzlidir. O, xx.xx.2024-cü il tarixdə müfəttişlikdə olmuş və ona yenidən bildirilmişdir ki, Zəngilan rayon prokurorluğu tərəfindən qərar daxil olmuşdur ki, onun rəhbərlik etdiyim şirkətdə X10 adlı şəxs müqavilə bağlanmadan əmək fəaliyyətinə cəlb edilmişdir. O, bunun düzgün müəyyən edilmədiyini, həmin şəxsi tanımadığımı bildirmişdir. Ondan buna dair məlumatları yenidən təqdim etməyini tələb etmişlər. O, xx.xx.2024-cü il tarixdə dəlilləri Əmək Müfəttişliyinə təqdim etmişdir. X10 isə onunla birlikdə Əmək Müfəttişliyinə gələrək "xxxx" MMC-də işləmədiyini bildirmişdir. "xxxx" MMC-də işləyən Gözəlov Xəyyam, X21 X1 "xxxx" MMC-də işləmədiyini bildirmişlər. Müfəttişliyin rəisi Rüfət Əliyev ona nə qədər dəlil olsa da prokurorluğun sənədini əsas götürəcəyini və onu cərimə edəcəyini demişdir. O, isə işin düzgün araşdırılmasını müfəttişliyin rəisi Rüfət Əliyevdən tələb etmişdir. Göründüyü kimi, müfəttişlik öz işini düzgün aparmamış, bununla da öz vəzifə səlahiyyətlərini yerinə yetirməmişdir. Sonradan mənə 3000 (üç min) manat cərimə edildiyi haqda qərar göndərilmişdir. O, X7 işə cəlb etməmişdir. Müfəttişlik tərəfindən onun hüquqları ciddi şəkildə pozulmuşdur. O, hüquqlarının bərpa edilməsini, cərimənin ləğv edilməsini xahiş etmişdir. . Məhkəmə iclasında Acar Adnan şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, "xxxx" MMC olaraq xx.xx.2024 tarixdən xx.xx.2024-cü il tarixə qədər Zəngilan rayonunda 2 həftəlik fəaliyyət göstərmişlər. 2 həftə ərzində əmək müqaviləsinə əsasən 109 nəfər işçi qəbul etmiş və o bölgəyə göndərmişlər. Zəngilan rayonuna ümumiyyətlə Qarabağ bölgəsinə işçilər DİN tərəfindən portal icazəsiylə getmişdir. Həmin portalı "xxxx" MMC açmamış, elə bir ixtiyarı olmamışdır. “6-cı mərtəbə” müstəqil şirkəti ilə bağlanmış müqaviləyə əsasən əmək müqavilələri həmin şirkətə göndərilmiş, həmin şirkət də müvafiq icazələri almışdır. Onun işçiləri Zəngilan rayonuna daxil olmuşlar. Cahangirbəyli kəndində əsas şirkət “Hünər İnşaat” və “6-cı mərtəbə” müstəqil şirkətləri olmuşdur. Əsas şirkətlərin tərkibində 30-a yaxın "xxxx" MMC kimi şirkət olmuşdur. Həmin şirkətlərin hər birində 50-70 nəfər işçi işləmişdir. Yəni bu o deməkdir ki, 1000-dən yuxarı işçi işləmişdir. "xxxx" MMC-nin gedib gələnlərlə birlikdə 29 işçisi orada işləmişdir. xx.xx.2024-cü il tarixdə müəyyən səbəblərə görə “6-cı mərtəbə” müstəqil şirkəti və “Hünər İnşaat” şirkəti ilə olan müqaviləsinə xitam verilmişdir. Həmin şirkətlərdən arayış alınmışdır. "xxxx" MMC ilə bağlı həmin bölgədən alınmış icazə dayandırılmış və həmin bölgədən çıxmışdır. O bölgədən çıxdıqdan sonra Xəyyam adlı bir nəfərə borc pul vermiş, lakin pul onlara qaytarılmamışdır. Buna görə onlar Zəngilan rayon prokurorluğuna şikayət etmişlər. xx.xx.2024-cü ildə Xəyyamla araları pozulmuşdur. Xəyyam 5-6 nəfəri öyrətmiş, 102-yə əmək haqlarının almadıqları barədə zəng vurub məlumat vermişlər. Hansı ki, onlar işçilərlə əmək müqaviləsi bağlamış və əmək haqqının cari ayın sonu ödənilməsi razılaşdırılmışdır. Onların iş fəaliyyəti 2 həftəlik olduğuna görə ayın sonunu gözləmədən 102-yə şikayət olunmuşdur. Onlardan biri də Hafiz Bünyadov olmuşdur. Həmin şikayət də, xx.xx.2024-cü il tarixdə edilmişdir. Zəngilan rayon polisi gedib Cahangirbəyli kəndinə getmiş, onlarda işlərinə xitam verilmiş işçiləri tapıb, izahatlarını almışdır. Hafizdən də izahat alınmış, sonuncunu Xəyyam öyrətmişdir. xx.xx.2024-cü il tarixdə Xəyyam Bakıya gəldikdən sonra Hafiz peşman olmuşdur. Yenidən 102-yə yığmış və “Acar İnşaat “MMC-dən şikayəti olmadığını və "xxxx" MMC-nin işçisi olmadığını bildirmişdir. Bundan sonra təxminən ayın 19-u Masazırda yerləşən Zəngilan rayon Polis idarəsində olmuş və şikayət etmişlər. Zəngilan rayon polisi "xxxx" MMC-nin şikayətinin cinayət xarakterli olduğu üçün Zəngilan rayon prokurorluğuna göndərəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə onların şikayəti Zəngilan rayon prokurorluğuna göndərilmişdir. Zəngilan rayon prokurorluğunun əməkdaşı Teyyub Rəfiyev inzibati xəta haqqında qərarında qeyd etmişdir ki, guya Azərbaycan Respublikasının Baş Prokurorluğundan xx.xx.2024-cü ildə məlumat daxil olmuşdur. Bu tamamilə yalandır. Çünki "xxxx" MMC olaraq Baş Prokurorluğa hər hansı bir şikayətləri olmamışdır. Zəngilan rayon prokurorluğuna gedən şikayətlərinə 4 ay keçməsinə baxmayaraq baxılmamışdır. Görünür ki, Zəngilan rayon prokurorluğunun əməkdaşı Teyyub Rəfiyev aradakı 4 ayı gizlətmək üçün xx.xx.2024-cü ildə Baş Prokurorluqdan məlumat daxil olduğunu bildirmişdir. Sonradan onlara Əmək Müfəttişliyindən bildiriş gələndə Hafizin adını öyrənmişlər. Zəngilan rayonu Cahangirbəyli kəndində işləyən ustalar vasitəsilə Hafizi tapmış və "xxxx" MMC-də işləyib-işləmədiyini soruşmuşlar. Hafiz isə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə "xxxx" da işlədiyini bildirmişdir. Portal məlumatı ilə də bilinmişdir ki, Hafiz Bünyadov üçün xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək 3 dəfə ardıcıl olaraq "xxxx" tərəfindən icazə alınmışdır. Sonda yazılmışdır ki,, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlər arasında "xxxx" MMC Hafizi qonaq kimi çağırmışdır. O, “6-cı mərtəbə” müstəqil şirkətində olmuş, bunun səbəbini soruşmuşdur. Ona bunun səhvən baş verdiyi bildirilmişdir. O, bununla bağlı “6-cı mərtəbə” müstəqil şirkətini məhkəməyə verməyə hazırlaşır. Odur ki. məhkəmədən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X14 Xidmətinin nümayəndəsi X20 izahat verərək bildirmişdir ki, X16 rayon prokurorluğuna şikayət edərək bildirmişdir ki, o, "xxxx" MMC-də işləmiş, lakin əməkhaqqı verilməmişdir. Araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti X14 Xidmətinə göndərilmişdir. Araşdırma aparılarkən Hafiz Bünyadovdan əlavə iki nəfərin izahatı alınmış və müəyyən edilmişdir Hafiz Bünyadov xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək həmin MMC-də əmək müqaviləsi bağlanmadan çilingər kimi işləmişdir. X17 prokurorluğa verdiyi şikayətini geri götürmüş və əmək haqqını Nərimanov parkında görüşüb aldığını bildirmişdir. Qeyd edilənlərə əsasən Adnan Acar İXM-in 192.1-ci maddəsi ilə 3000 min manat cərimələnmişdir. Eyni zamanda aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, DİN-in portalında Hafiz Bünyadov üçün icazə "xxxx" MMC tərəfindən alınmışdır. "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləmiş şəxslər də izahatlarında bildirmişlər ki, X25 Adnanla görüşüb, danışdıqdan sona işə götürülmüşdür. Odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, X2 rayon prokurorluğuna ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də dəmirçi vəzifəsində işlədiiyini, lakin gördüyü işə görə əmək haqqı almadığı üçün DİN-in 102 xidmətinə müraciət etdiyini, sonradan "xxxx" MMC-nin direktoru ilə görüşdüyünü və əmək haqqını aldığını bildirmişdir. "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləmiş X11 və X13 tərəfindən Zəngilan rayon prokurorluğunda verilmiş izahatlardan görünür ki, X10 2024-cü ilin iyul ayında bir həftə ərzində "xxxx" MMC-də dəmirçi vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Acar Adnan tərəfindən X10 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X26 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat inzibati cərimə cəzası tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-12/2025 nömrəli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20.000 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, Acar Adnan tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Acar Adnan tərəfindən X10 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Acar Adnan tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Acar Adnan barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə əsaslı olaraq xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə Acar Adnan tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən Acar Adnanın həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Acar Adnanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar