Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-847/2025 13.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Gürcüstan Respublikası Tbilisi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi qaydada işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2025ci ildə saat 10:30-da Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov prospekti 11 ünvanda səs-küy salaraq xırda xuliqanlıq etmiş, hadisə yerinə gəlmiş Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru polis kapitanı Elvin Əliyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis kapitanı X2 tərəfindən xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci ildə saat 10:30-da Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov prospekti 11 ünvanda səs-küy salaraq xırda xuliqanlıq etmiş, hadisə yerinə gəlmiş Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru polis kapitanı Elvin Əliyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Sahə inspektoru X2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o hadisənin bilavasitə şahidi olmamışdır. İnzibati xəta haqqında protokolu 5-ci PB-in sahə inspektoru polis kapitanı Elvin Əliyevin yazdığı raport əsasında tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, yaxın dostu Vüqar Əliyev Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov prospekti 11 ünvanda yeni mağaza açmışdır. xx.xx.2025ci ildə saat 10:30-da qonaq qismində həmin mağazaza olanda Binəqədi RPİ-in 5-ci PB-in əməkdaşları gələrək Vüqar Əliyevi sakinlərin şikayəti olduğu üçün 5-ci PB-yə dəvət etmişlər. Bu zaman Vüqar Əliyevlə 5-ci PB-in əməkdaşları arasında mübahisə yaranmışdır. Onlara yaxınlaşaraq Vüqar Əliyevi kənara çəkmişdir. Bundan sonra 5-ci PBin əməkdaşları Vüqar Əliyevlə birlikdə onu da 5-ci PB-yə aparmışlar. Halbuki, o, heç bir xırda xuliqanlıq və polisin tələbinə tabesizlik göstəməmişdir. Əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru Elvin Əliyevin yazdığı xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 10:30-da Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov prospekti 11 ünvanda səs-küy salaraq xırda xuliqanlıq etmiş, hadisə yerinə gəlmiş Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru polis kapitanı Elvin Əliyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri;. İşdən görünür ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan sənədləri məhkəməyə göndərərkən inzibati xəta hadisəsi və inzibati xəta törətməkdə şəxsin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İşə məhkəmədə baxılarkən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinə inzibati xəta hadisəsi və inzibati xəta törətməkdə şəxsin təqsirini təsdiq edən sübutların, o cümlədən xx.xx.2025-ci il tarixli Raport tərtib etmiş Elvin Əliyevin şahid qismində məhkəməyə dəvət edilməsi təklif edilsə də, məhkəməyə heç bir sübut təqdim edilməmiş, Elvin Əliyevin şahid qismində məhkəməyə təkrarən gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs tərəfindən xırda xuliqanlıq törədilməsi və polisin qanunu tələbinə qəsdən tabesizlik göstərməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-847/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-847/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver