Məhkəmə qərarları › İş №3(001)-8512/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8512/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8512/2025 26.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X9 Sultan oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi X1 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, o, şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(01)-4954/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayətin qismən təmin edilmiş, Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP 730897 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş prosedurlara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Lakin yenidən işə baxaraq əleyhinə xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Həmin qərar da əsassız olduğu üçün yenidən Binəqədi Rayon Məhkəməsinə müraciət etdim. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şikayəti qismən təmin edilmiş, işin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş prosedurlara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. 2 dəfə qərar ləğv olunub aidiyyəti quruma qaytarılsa da xx.xx.2025-ci il tarixdə yenidən əleyhinə olan qərar qəbul edilmişdir. Artıq 3-cü dəfədir ki, məhkəməyə müraciət edir. Buradan da görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsi məhkəmə qərarlarını saymır. Heç bir əsas olmadan ona qarşı qanunsuzluq edirlər. Xeyrinə çıxan məhkəmə qərarlarında qeyd olunmuşdur ki, X2 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə, bilməmiş, qərar qəbul etmiş orqan bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə, gecə saat 14:02 radələrində ** PL *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Hüseyn Seyidzadə küçəsi ilə hərəkət edərkən İXM-nin 327.2-ci maddəsinin tələblərini (yol ayrıcını keçmə qaydalarının pozulması) pozmağı əsası ilə barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokoldan qəti şəkildə narazı olduğu üçün şikayət etmişdir. Belə ki, 4-cü mikrorayon dairəsində üzü Zərifə Əliyeva adına göz klinikasına doğru yolu dönəndə heç bir qəza şəraiti yaratmadan və sağdan gələn nəqliyyat vasitələrini buraxaraq heç bir maşın gəlməyən anda dönmə əməliyyatı icra etmişdir. Bu əməliyyatı icra edən kimi kapitan rütbəli yol polisi əməkdaşı onu saxlamış, ona bildirmişdir ki, İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. O, heç bir qayda pozuntusu etmədiyini demişdir. Dairəvi yola girəndə orada "gözləmə" işarəsi var, "STOP" işarəsi yoxdur. Bunlara baxmayaraq ona 100 AZN və 3 bal cərimə yazmışdır. O, dərhal DİN-in 102 xidmətinə zəng edib şikayətini bildirmişdir. Şikayətindən 1 həftə keçəndən sonra onu Daxili İşlər Nazirliyinə dəvət etmişlər və videogörüntülərə bir yerdə baxmışlar. Kompüter qarşısında oturan əməkdaş ona videogörüntülərə baxdıqdan sonra bildirmişdir ki, cərimənin silinməsi ilə bağlı 202-ci otağa gedib ərizə yazmalıdır. O, da cərimənin qanunsuz yazılması ilə bağlı ərizə yazaraq birinci mərtəbədəki poçt qutusuna atmışdır. Bir həftə sonra qeyri-rəsmi telefonda öyrənmişdir ki, bu dəfə qərarlı cərimə yazılmışdır. Buna görə də , Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinə getmişdir. Ona bir həftə sonra əlaqə saxlanılacağı bildirilmişdir. O, qərarı istədikdə ona şikayət etməməsini, qanunsuz cərimə yazıldığı yalda silinəcəyini demişlər. O, 20 ildən çox müddətdir ki, maşın sürür, təcrübəli sürücüdür. 20 ildir ki, onda yol vərəqəsi var. O, nəqliyyat vasitəsini necə idarə etmək lazım olduğunu çox yaxşı bilir. O, heç bir qayda pozuntusu etməməyinə baxmayaraq ona haqsız yerə 100 AZN, 3 bal cərimə yazılmışdır. O, səhər saat 7-dən 1-ə qədər günü 30-40 manata taksi xidmətində işləyir. Onun qayda pozmadığını sübut edən videogörüntülər var, yolun girişində "STOP" yox, "gözləmə" nişanı var olmuş və sağdan gələnlərə yol vermiş, qəza şəraiti yaratmamışdır. Polis əməkdaşı hadisə yerində konkret izahat verərək qayda pozuntusunun nədən ibarət olduğunu əsaslandıra bilməyib. Şikayətlərinə qeyri-rəsmi və qeyri-müəyyən cavablar verilmişdir. Odur ki, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, X3 tərəfindən törədilmiş qayda pozuntusu YPX inspektoru tərəfindən vizual olaraq aşkar edilmişdir. Bununla bağlı sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şahin Ağazadə qayda pozuntusu razı olmadığı üçün şikayət etsə də qayda pozuntusu kamera görüntüləri ilə öz təsdiqini tapdığına görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin inzibati xətanın törədilməsindən bir aydan artıq müddət keçdiyinə görə hal-hazırda hadisənin görüntüləri mövcud deyil. Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır. Odur ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X5 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Hüseyn Seyidzadə küçəsində xidmət apararkən “Toyota Prius” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin 4-cü mikrorayon dairəsi adlanan ərazidə dairədə hərəkətdə olan nəqliyyat vasitələrinə yol vermədən dairəyə daxil olduğunu, yolayırcını keçmə qaydalarını pozduğunu görmüş, həmin avtomobilin sürücüsünə saxla işarəsi vermişdir. Adını sonradan bildiyi sürücü Şahin Ağayev yol hərəkəti qayda pozuntusunu izah etmiş və barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şahin Ağayev qayda pozuntusu ilə razı olmadığını və şikayət edəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 14:02-də Bakı şəhəri, Hüseyn Seyidzadə küçəsində idarə etdiyi “Toyota Prius (hibrid) minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X2 Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 15ci bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 14:02-də Bakı şəhəri, Hüseyn Seyidzadə küçəsində idarə etdiyi “Toyota Prius (hibrid) minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, qeyd edilən qayda pozuntusu ərazidə xidmət aparan YPX inspektoru tərəfindən aşkar edilmişdir. Göründüyü kimi X3 barəsində Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olduğundan və qayda pozuntusu təsdiqini tapdığına görə məhkəmə hazırda baxılan iş üzrə X3 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar