Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8532/2025 27.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 iştirakı ilə, X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31726160 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31726160 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X2 şikayətini onunla əsaslandırmışdır ki, “BMW 530” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil yoldaşı X4 məxsusdur və xx.xx.2021-ci il tarixli etibarnamə əsasında nəqliyyat vasitəsini idarə edir. xx.xx.2025-ci il tarixində, saat 16 radələrində avtomobili park etmək məqsədi ilə Bakı şəhəri, Əlif Hacıyev küçəsində AYNA-ya məxsus 10021 nömrəli parklanma yerində yer axtararkən avtomobildə olan sərnişinə avtomobildən düşməsinə icazə vermiş və küçə istiqamətində boş parklanma yerini axtarmaq üçün hərəkət etmişdir. Nəhayət həmin küçəyə paralel küçədə boş yer müəyyən edib avtomobili saxlamışdır. Sonradan İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə mobil telefonuna cərimə olunması barədə bildiriş gəldiyini görüb təəccüblənmişdir. Halbuki, həmin küçədə (yolda) heç bir yol nişanlanma mövcud deyil və belə olan halda yolun “ikinci və sonrakı cərgələrini” qayda pozuntusunu hansı meyarla müəyyən edildiyi ona aydın deyil. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31726160 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı çıxarmış AR DİN-in Baş X9 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş X9 İdarəsinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “E-Polis” Elektron Xidmətlər Portalından olan çıxarışdan görünür ki, X5 barəsində İXM-nin 346.4-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, EQ 31726160 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və videogörüntüdən görünür ki, inzibati xəta hadisəsinin qeydə alındığı ərazidə, həqiqətən də, dayanma-durma əməliyyatlarının qadağan edilməsi barədə heç bir nişanlanma mövcud deyil. Məhkəmə, qeyd edilən inzibati xətanın törədilməsini təsdiq edən video-görüntü təqdim edilmədiyindən inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə kifayətlənərək və şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnizbati xəta üzrə qərara əlavə edilmiş fotoşəkildən görünür ki, ““BMW 530”” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Əlif Hacıyev küçəsində avtomobili saxlayıb, sürücü özü avtomobildən dümədən sərnişini düşürdür. Göründüyü kimi, “BMW 530” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarında dayanmamış və sürücü qısa müddət ərzində avtomobildə olan sərnişinin maşından düşməsi üçün avtomobili orada dayandırmışdır. Bu da öz növbəsində sürücünün hərəkətlərində İXM-nın 346.4-cü maddəsinin tərkibinin yaranmasını istisna edir. Həmçinin məhkəmə iclasında şikayət vermiş şəxsin təqdim etdiyi video-görüntüyə baxış keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, inzibati xəta hadisəsinin törədildiyi Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi ərazisində dayanma-durma əməliyyatlarının qadağan edilməsi barədə heç bir nişanlanma mövcud deyil. Əksinə həmin küçədə AYNA-ya məxsus parklanma yeri mövcuddur. Beləliklə, Azərbaycan Respublikası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31726160 saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53- cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31726160 saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31726160 saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-8532/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8532/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver