Məhkəmə qərarları › İş №3(001)-854/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-854/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-854/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Şikayət vermiş şəxs «Venatura Azərbaycan” MMC-nin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-ci il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. 25 yanvar 2025-ci il tarixdə Azərpoçt əməkdaşı tərəfindən klinikaya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini cənab Sadiq Əliyevin imzası ilə xx.xx.2025ci il tarixli No 3-17-5/2-3276/2025 nömrəli məktub daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istesalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarında icbari sğortalanması təmin etməlidir. İcbari sğorta bürosunun məlumatına əsasən tərəflərindən (VÖEN **********) 37 nəfər işçilərin istesalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarında icbari sğorta müqaviləsinin bağlanmadığı müəyyən edilmiş və 7 iş günü ərzində istesalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sğortalanması təmin edilməli və görülmüş tədbirlər barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə məlumat verilməli, qısa müddət ərzində uyğunsuzluq aradan qaldırılmadığı və tələb olunan məlumatlar təqdim edilmədiyi halda barəmizdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati tədbir görüləcəyi nəzərimizə çatdırılmışdır. 25 yanvar 2025-ci il tarixdə klinikamıza daxil olmuş məktub xx.xx.2025-ci il tarixdən, yəni 10 gün sonra gecikmə ilə daxil olmuşdur. Həqiqətən məktub aldıqdan sonra 2025-ci il üçün işçinin istesalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarında icbari sğortalanması bitmiş və klinikanın maliyə işlərini həyata keçirən şirkət tərəfindən sğorta şirkəti ilə müqavilə yenilənməmiş və sğorta haqqı ödənməmişdir. Biz dərhal catışmazlığı aradan qaldıraraq 36 nəfər əməkdaşımız üçün Atəşgah Həyat Sığorta Şirkəti ASC ilə müqaviləni yeniləyərək xx.xx.2025-ci il tarixdə Bank Respublikada olan hesabımızdan 803,92 azn məbləği ödəyərək sğortalanmanı həyata keçirdik. xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il No3-17-5/2-3276/2025 nömrəli məktuba cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini cənab Sadiq Əliyevə görülmüş işlərin nəticəsi barədə məlumatları poçt vasitəsi ilə göndərilməsini təmin etdik. Məktub göndərildikdən sonra xx.xx.2025-ci il tarixdə ona məxsus olan ***-***-**-** saylı mobi l nömrǝyǝ xx.xx.2025-ci il tarixli MN2123204 mömrəli protokola əsasən AR İXM -in 496.2. maddəsinə xx.xx.2025-ci il tarixli qərara əsasən 1500 manat məbləğində cərimə olunduğum barədə bildiriş daxil edilmişdir. Protokolun yazılma tarixi 23 yanvar 2025-ci il tarix yəni məktubda qeyd edilən 7 günün pozulması 15 yanvardan götürülm üş 22 yanvar tarixində 7 günlük tələbin pozulması hallarına hesablanmış və nəticədə barəsində 23 yanvar 2025-ci il tarixdə protokol tərtib edilmişdir. Ancaq yuxarda qeyd olunanlardan acıq aydın görünürki, məktub bizə inzibati xəta haqqında protokol tərtib ediləndən 2 gün sonra daxil olmuş, edilmiş müarciətə cavab 4 gün ərzində hazırlanıb geri göndərilməsinə baxmayaraq yenədə cərimələnmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2123204 protokol və onun əsasında inzibati tənbeh vermə haqqında MN1808953 nömrəli xx.xx.2025-ci il tarixli qərarın qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X6 izahatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı müdafiə etdiyini, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan görünür ki, “İcbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən xx.xx.2025-ci il tarixdən AR-nın Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərini pozaraq işçlərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nətitcəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sğortalanması təmin olunmadığına görə "xxxx" MMC-nin direktoru X5 barəsində İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X3 Xidməti Bakı şəhər İdarəsinin "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixdə 3-17-5/2- 3276/2025 nömrəli məktub ünvanlayaraq 7 iş günü ərzində istesalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sğortalanması təmin edilməli və görülmüş tədbirlər barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə məlumat verilməli, qısa müddət ərzində uyğunsuzluq aradan qaldırılmadığı və tələb olunan məlumatlar təqdim edilmədiyi halda qanunvericiliklə nəzərdə tutulmuş inzibati tədbir görüləcəyi qeyd edilmişdir. Azərpoçt MMC-nin xx.xx.2025-ci il tarixli məktbundan görünür ki, ƏƏSMN X3 Xitdməti tərəfindən xx.xx.2025-ci il tarixdə AZ 1114 saylı poçt şöbəsi vasitəsi ilə "xxxx" MMC-yə ünvanlanmış SS922916779Az ştrix kodlu sifarişli məktub, xx.xx.2024-cü il tarixdə ünvan üzrə xidmət göstərən AZ1130 saylı poçt şöbəsi tərəfindən qəbul edilərək, xx.xx.2025-ci il tarixdə poçtalyon Sarıyeva Sevda tərəfindən alıcı Həsənli Həsənağaya imza etdirilməklə təhvil verdildiyi göstərilmişdir. "xxxx" MMC ilə Atəşgah Həyat Sığorta Şirkəti ASC arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə illik AH********** saylı qoşmadan görünür ki, xx.xx.2025-ci il tarixdə 36 işçi sığortalanmış və 803.92 manat sığorta haqqı ödənilmişdir. "xxxx" MMC tərəfindən X3 Xidmətinin 15 yanvar 2025-ci il tarixli 3-17-5/2- 3276/2025 nömrəli məktubu xx.xx.2025-ci il tarixdə cavablandırılmış və icbari sığorta olunmuş işçilərin siyahısı təqdim edilmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri, şikayətçinin, səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, şikayət təmin edilərək xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 134-cü maddəsində isə bu əsaslara müvafiq olaraq səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən qəbul edilə biləcək qərarların tam siyahısı göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların müəyyən olunması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi “Venatura Azərbaycan MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2- 3276/2025 nömrəli məktubu ünvanlayaraq işçilərin 7 iş günü ərzində istesalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sğortalanması təmin edilərək görülmüş tədbirlər barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb edilmiş, qısa müddət ərzində uyğunsuzluq aradan qaldırılmadığı və tələb olunan məlumatlar təqdim edilmədiyi halda qanunvericiliklə nəzərdə tutulmuş inzibati tədbir görüləcəyi bildirilmişdir. Qeyd edilən məktub 25 yanvar 2025-ci il tarixdə “Venatura Azərbaycan MMC-yə daxil olmuş və cəmiyyət 28 yanvar 2025-ci il tarixdə Atəşgah Həyat Sığorta Şirkəti ASC ilə müqavilə bağlayaraq 36 işçisini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığortalamış və bu barədə xx.xx.2025-ci il tarixdə dərhal əmək müfəttişliyinə rəsmi məktubla məlumat verilmişdir. X4 Xidməti Bakı şəhər İdarəsinin cəmiyyətə göndərdiyi göstəriş məktubu xx.xx.2025-ci il tarixdə çatmasına baxmayaraq həmin xidmət tərəfindən xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli protokol tərtib edilmiş, 36 işçi xx.xx.2025-ci il tarixdə istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməsinə baxmayaraq bunlar nəzərə alınmadan cəmiyyətin dirketoru barəsində xx.xx.2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi "xxxx" MMC-nin direktoru X5 barəsində inzibati məsuliyyətə cəlbetmə barədə qərar qəbul edilərkən işçilərin icbari qaydada sığortalanması nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli MN ******* nömərli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X1 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar