Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-856/2021 28.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Binəqədi rayon prokurorluğunun nümayəndəsi X6, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrosu stansiyası yaxınlığında saat 21:30 radələrində polisin qanuni tələbinə tabesizlik edərək inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə 21:30 radələrində Binəqədi RPİ 5-ci PB-nin inzibati ərazisində xidmətdə olarkən Azadlıq metrosu stansiyası yaxınlığında bir nəfər vətəndaşın tibbi maskadan istifadə etmədiyinə görə ona yaxınlaşıb özünü təqdim etmiş və PB-nə dəvət etmişdir. Lakin həmin şəxs tabesizlik göstərərək PB-nə gəlməkdən imtina etmişdir. Həmin şəxs PB-nə gətirilib növbətçi hissəyə təhvil vermişdir. Bölmədə həmin vətəndaşın Hüseynov Şəxs olduğu məlum olmuşdur. Odur ki, Şəxs haqqında qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə 21:30 radələrində ərazidə xidmət aparan polis onu tibbi maskadan istifadə etmədiyi üçün PB-nə dəvət etmiş, lakin o, tabesizlik göstərərək getmək istəməmişdir. O, əməlindən peşmandır, barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi Həsənov X5 Vüqar İkram oğlu barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon X11patrul xidməti bölüyü polis nəfəri vəzifəsində işləyən X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə 21:30 radələrində Azadlıq metrosu stansiyası yaxınlığında polisə müqavimət göstərərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə prosesində şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon X11patrul xidməti bölüyü polis nəfəri vəzifəsində işləyən Bakı şəhəri Binəqədi rayon X11-patrul xidməti bölüyü polis nəfəri X7 şahid X2 izahatına oxşar məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Binəqədi rayon prokurorluğunun nümayəndəsi X10 barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir İnzibati xəta haqqında materiala əlavə edilmiş Binəqədi rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantları Rəşad Həsənov və Vüsal Şıxəliyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx xxxxxx 2021-ci il tarixdə 21:30 radələrində PB-nə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan Şəxs gətirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, MN №0155804 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZA №009221 saylı İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə 21:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2021-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmaması, bununla da İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu xx xxxxxx 2021-ci il tarixdən saat 21:35-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-856/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-856/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver