Məhkəmə qərarları › İş №3(001)-858/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-858/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-858/2022 13.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi X9 tərəfindən tərtib edilmiş 17.02.2022-ci il tarixli EXP ******* saylı protokol əsasında tərtib olunmuş 17.02.2022-ci il tarixli, EPQ ******* saylı qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 17.02.2022-ci il tarixli, EPQ ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 15.02.2022-ci il tarixdə onun atası X4 vəfat etmişdir.Rəhmətlik atasının dəfnindən sonra yas mərasiminin keçirilməməsini, sadəcə ən yaxın qohumların üç mərasiminə gələrək baş sağlığı verilməsi dəfnə gələn qohum-əqrabalara bildirilmişdir.17.02.2022-ci il tarixdə məcburi köçkün kimi yaşadıqları ünvan 1 ünvanda yerləşən Politexnik texnikumunun həyətində yerləşən «Moyka» deyilən ərazinin yanında üstü bağlı ərazidə gələn yaxın qohumlara çay süfrəsi təşkil edilmişdir.Yasa gələn şəxslərə Karantin rejimi ilə bağlı məlumat verilərək növbə ilə çay içmək istəyən şəxslərə ara məsafəsi gözlənilməklə əyləşməsi üçün şərait yaratdılar.Bu zaman Binəqədi Rayon Polis İdarəsinin 05-ci Polis bölməsinin əməkdaşları gələrək karantin qaydalarının pozulması ilə bağlı içəri daxil olaraq yerin kimə məxsus olmasını ilə maraqlandılar.Bundan sonra isə orada olan şəxslərin guya «Covid» pasportunun olub-olmamasını yoxlamaq adı ilə içəridə olanların və bayırda duran şəxslərin ad-və soyadları soruşdular.Yas mərasiminə gələməyən sadəcə moykanın yanında duran şəxslərində Covid passpotu olub olmamasını yoxlamaq adı ilə onlarında adlarını qeyd edərək 31 nəfər şəxsi 200 manat məbləğində cərimə etdilər.Bundan sonra isə moykada işləyən şəxsi 4 000 manat və onu 4000 manat cərimə etdilər.Beləliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Sahə rəisi tərəfindən X9 tərəfindən inzibati xəta haqqında 17.02.2022-ci il tarixli, EXP № ******* saylı Protokol tərtib edilmiş və onun əsasında qəbul edilmiş EPQ № ******* saylı qərara əsasən 4 000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərar və protokolun PB-dən ona təqdim edilməsini istəsə də, 02.03.2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nə gedərək ancaq əldə edə bilmişdir. 17.02.2022-ci il tarixdə, təqribən saat 12:20 radələrində 4-5 nəfər polis əməkdaşı yasa yerinə gələrək onlara karantin rejimi qaydalarının pozulduğunu bildirdilər.Tərəflərindən geniş yas mərasimi təşkil edilməməsini və rəhmətliyin ən yaxın insanlarının ara məsafəsi gözlənilməklə çay süfrəsində əyləşməsini bildirmələrinə baxmayaraq, polis əməkdaşları tərəfindən o və moyka işlədən oğlanı 5-ci PB-nə dəvət etdilər.Orada, onlar hər hansı karantin rejimi qaydalarının pozulmadığını israrla bildirmələrinə baxmayaraq, barəsində yuxarıda qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilmişdir.Lakin barəsində tərtib edilmiş protokolla razı olmadığından protokolun qeyd hissəsində imzadan imtina etməyinin səbəbləri barədə müvafiq qeydlər aparmaq istədiyini bildirdikdə buna şərait yaradılmamışdır.Hətta protokol ona göstərilməmişdir.Hansı ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir.Beləliklə, 4 000 manat məbləğində cəriməni ödəməyi tələb edilərək məcburi surətdə qanunsuz olaraq cərimə edilmişdir.O, hüquqi və ya vəzifəli şəxs olmamağını bildirsə də ona bildirdilər ki, 4000 manat cərimə ödəməlisən.Protokol tərtib edilsə də, onun əsasında qəbul edilmiş qərar 02.03.2022-ci il tarixdədək ona təqdim edilməmiş, eləcə də yaşadığı ünvana göndərilməmişdir.Sonradan barəsində tərtib edilmiş qanunsuz protokolun nəticəsi barədə maraqlandıqda Binəqədi RPİ-nin 5-ci PB-dən 02.03.2022-ci il tarixdə ona təqdim olunmuş, həmin protokol əsasında qəbul edilmiş qərara əsasən ona 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.O, hesab edir ki, onun hərəkətlərində inzibati xəta tərkibinin heç bir əlaməti aşkar edilmir.Bununla yanaşı barəsində tərtib edilmiş inzibati xəta haqqında 17.02.2022-ci il tarixli, EXP № ******* saylı Protokolun və onun əsasında qəbul edilmiş EPQ № ******* saylı qərar qanunsuz və əsassızlığı ilə bağlı xüsusilə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunduğu kimi həmin protokola əsasən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə uyğun olaraq 4000 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayətdə göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 17.02.2022-ci il tarixli, EPQ ******* saylı qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 17.02.2022-ci il tarixli, EPQ ******* saylı qərarına əsasən məlum olur ki, 17.02.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə karantin rejimlərinin pozulması ilə bağlı ona inzibati tənbeh tədbiri kimi 4 000 manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 barəsində protokol düzgün tərtib olunmamışdır.Belə ki, iş materialları ilə müəüyyən olunur ki, X6 fiziki şəxsdir, hər hansı VÖEN yoxdur, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, belə ki, o, vəzifəli şəxs deyildir və hər hansı hüquqi şəxsin rəhbəri və təssisçisi deyildir.Lakin H.Ə.Kazımov barəsində əsassız olaraq protokol vəzifəli şəxs kimi kimi yazılmışdır.Belə ki, Polis orqanı tərəfindən X3 fiziki şəxs və ya vəzifəli şəxs olması aydınlaşdırılmamışdır..Belə olan halda, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə cərimələnməsi barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi X9 tərəfindən tərtib edilmiş EPQ ******* saylı, 17.02.2022-ci il tarixli qərar ləğv edilməli, və inzibati xəta haqqında iş qeyd olunan halları araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbayc an Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi X9 tərəfindən tərtib edilmiş X6 barəsində qəbul edilmiş 17.02.2022-ci il tarixli, EPQ ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar