Məhkəmə qərarları › İş №3(001)-86/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-86/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-86/2024 11.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, KFC restoranında ofisiant işləyən, subay, 44 günlük Qarabağ Müharibəsi iştirakçısı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2024cü il tarixdə, təxminən 23.55 radələrində, Bakı şəhəri, Binəqədi rayonu ərazisində **-YP-*** çağırışlı avtopatrul ilə xidmətdə olarkən «Tofaş» markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön buferi və dövlət qeydiyyat nişanı üzərində olmadığı üçün Binəqədi RPİ-nin YPX-nın polis serjantı Seyidəliyev Seyidəli tərəfindən saxlanılmışdır.Avtomobilin konstruksiya dəyişikliyi və digər nasazlıqların yerində aradan qaldıra bilmədiyi üçün duracağa aparılması təmin olunacağı bildirilmişdir.Bu zaman sərnişin qismində əyləşən Şəxs avtomobildən düşərək polisin ünvanına nalayiq küçə söyüşləri söyərək özünü qazi kimi təqdim etmişdir. Həmin şəxsi dəfələrlə qanuni tələbləri əməl etməsini bildirsələr də, şəxs öz qanunsuz əməllərini davam etdirmiş, beləliklə də o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X5 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, İnzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə, təxminən 23.55 radələrində, Bakı şəhəri, Binəqədi rayonu ərazisində **-YP-*** çağırışlı avtopatrul ilə xidmətdə olarkən «Tofaş» markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön buferi və dövlət qeydiyyat nişanı üzərində olmadığı üçün Binəqədi RPİ-nin YPX-nın polis serjantı Seyidəliyev Seyidəli tərəfindən saxlanılmışdır.Avtomobilin konstruksiya dəyişikliyi və digər nasazlıqların yerində aradan qaldıra bilmədiyi üçün duracağa aparılması təmin olunacağı bildirilmişdir.Bu zaman sərnişin qismində əyləşən Şəxs avtomobildən düşərək polisin ünvanına nalayiq küçə söyüşləri söyərək özünü qazi kimi təqdim etmişdir. Həmin şəxsi dəfələrlə qanuni tələbləri əməl etməsini bildirsələr də, şəxs öz qanunsuz əməllərini davam etdirmiş, beləliklə də o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır.O, məhkəmədən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə dostunun idarə etdiyi «Tofaş» markalı, **- LG-*** dövlət qeydiyyat nişanlı avtomobili yol patrul xidməti əməkdaşı saxlamış, avtomobilin konstruksiya dəyişikliyi və nasazlığı olmasını, buna görə də maşını duracağa aparılacağını bildirmişlər, bu zaman polis əməkdaşı ilə aralarında mübahisə yaranmışdır. O, əməlindən peşmandır, bu səbəbdən barəsində həbslə bağlı olmayan cəza tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən X1 hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olmasını nəzərə alaraq şəxs barəsində həbslə bağlı olmayan cəza tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir.Belə ki, tərəflərin izahatına və iş materiallarına əsasən müəyyən edilir ki, inzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə, təxminən 23.55 radələrində, Bakı şəhəri, Binəqədi rayonu ərazisində **-YP-*** çağırışlı avtopatrul ilə xidmətdə olarkən «Tofaş» markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön buferi və dövlət qeydiyyat nişanı üzərində olmadığı üçün Binəqədi RPİ-nin YPX-nın polis serjantı Seyidəliyev Seyidəli tərəfindən saxlanılmışdır.Avtomobilin konstruksiya dəyişikliyi və digər nasazlıqların yerində aradan qaldıra bilmədiyi üçün duracağa aparılması təmin olunacağı bildirilmişdir.Bu zaman sərnişin qismində əyləşən Şəxs avtomobildən düşərək polisin ünvanına nalayiq küçə söyüşləri söyərək özünü qazi kimi təqdim etmişdir. Həmin şəxsi dəfələrlə qanuni tələbləri əməl etməsini bildirsələr də, şəxs öz qanunsuz əməllərini davam etdirmiş, beləliklə də o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 44 günlük Qarabağ Müharibəsi iştirakçısı olması, il ərzində ilk dəfə inzibati xəta törətməsi, təqsirini etiraf etməsi və əməlindən peşman olması cəzanı yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun cəzasını yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 3 saata görə 18 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat cərimə edisin. Şəxs inzibati tutulmadan azad edilsin. X1 məhkəmə baxışı zamanı 3 saat əmək haqqının məbləği 18 (on səkkiz) manat "xxxx" ASC-nin Binəqədi filialına(kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində tərəflər işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar