Məhkəmə qərarları › İş №3(001)-862/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-862/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-862/2025 21.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 342.9-cu maddəsi ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 342.9-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.

2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir.

3. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialı nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin əsaslandırması və mövqeyi:

4. Belə ki, iş materiallarına hadisənin törədildiyi yerin GPS kordinatları əlavə edilsə də ərazinin konkret yerini müəyyən etmək mümkün olmamış, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə 89 ünvanı əsası ilə hadisə yerinin Xırdalan şəhəri olması qənaətinə gəlinmişdir.

5. Beləliklə, inzibati xəta haqqında iş materialı öyrənilərkən, Şəxs törətməsi ehtimal edilən inzibati xəta hadisəsinin Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə 89 ünvanı ərazisində baş verməsi müəyyən edilmişdir.

6. İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər.

7. Qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır və inzibati xəta hadisəsi də Abşeron rayonu ərazisində aşkar edildiyindən, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə deyil, İXM-in 110-cu maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməli idi. Lakin inzibati xəta haqqında material icraata qəbul edilərkən şəxsin işə Binəqədi Rayon Məhkəməsində baxılmasına vəsatətinin olub-olmaması məsələsinin öyrənilməsi, belə bir vəsatətin olduğu təqdirdə iş materiallarına əlavə edilməsi məqsədi ilə material icraata qəbul edilmiş, ancaq bununla bağlı məhkəməyə heç bir müraciət daxil olmamışdır.

8. İXM-in 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır.

9. İXM-in 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır.

10. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən İXM-in 342.9-cu maddəsi ilə Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir.

11. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 110, 112 və 114-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar