Məhkəmə qərarları › İş №3(001)-8720/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8720/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8720/2025 03.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, İcra sənədi üzrə borclu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbəri X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3817/2022 saylı, xx.xx.2024-cü il tarixli e-2-2(113)-2826/2024 saylı, xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3109/2024 saylı, xx.xx.2024-cü il tarixli e-2-2(113)-5519/2024 saylı, xx.xx.2025-ci il tarixli e-2-2(113)-1498/2025 saylı, xx.xx.2025-ci il tarixli e-2-2(113)-2445/2025 saylı, xx.xx.2025ci il tarixli e-2-2(113)-2032/2025 saylı, xx.xx.2024-cü il tarixli e-2-2(113)-3727/2024 saylı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-602/2024 saylı və xx.xx.2024-cü il tarixli 2(001)-897/2024 saylı icra sənədlərinin icra edilməməsi ilə əlaqədar borclu QSC-nin rəhbəri Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 21 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi Rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3727/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" QSC-dən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 8059,40 manat əsas borc məbləği, 403 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 105 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.2024-cü il tarixli 2(001)-897/2024 saylı icra vərəqəsinə əsasən cavabdehlər X2 və "xxxx" QSC-dən müştərək qaydada 6590 manat məbləğində maddi ziyan və 109 manat dövlət rüsumunun əvəzi iddiaçı X1 xeyrinə tutulmalıdır; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2445/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" QSC-dən xx.xx.2023-cü il tarixli ASN- ENCOM2311-08 №-li və xx.xx.2023-cü il tarixli ASN-ENCOM-2311-15-01 №-li icarə müqavilələrinə görə ƏDV xaric 28865 manat 38 qəpik məbləğində icarə haqqı və ödənilmiş 193 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5519/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" QSC-dən ƏDV daxil 11.823,06 manat məbləğində əsas borc, 600 manat məbləğində dəbbə pulu, cəmi 12.423,06 manat, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 350 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3817/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" QSC-dən 28.320 manat, mediasiya xərci 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat, hüquqi yardıma görə ödənmiş 850 manat tutularaq, “Ariston” firmasına ödənilməlidir; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-602/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" QSC-dən 15544,48 manat məbləğində dəymiş maddi ziyanın əvəzi, vəkilin göstərdiyi yardıma görə ödənilmiş xərcin 700 manat və ödənilmiş dövlət rüsümunun 136,64 manat hissəsi tutularaq iddiaçı X4 ödənilməlidir; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2826/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" QSC-dən 43146,40 manat məbləğində pul, 220 manat dövlət rüsumu, ümumilikdə 43366,40 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3109/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" QSC-dən 9440 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1498/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" QSC-dən 18390 manat məbləğində pul, 145,17 manat dövlət rüsumu, ümumilikdə 18535,17 manat məbləğində pul tutularaq iddiaçı Hacıyev Emil Cəmiyyət oğluna ödənilməlidir Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2032/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" QSC-dən 27671 manat əsas borc, 1400 manat dəbbə pulu olmaqla 29071 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir; yuxarıda qeyd olunan icra sənədləri üzrə “icraata başlamaq haqqında” qərarlar qəbul olunmuş, "xxxx" bildirişlərlə birlikdə borclu QSC-yə göndərilmişdir; xx.xx.2025-ci il tarixə QSC-nin rəhbəri Şəxs icra sənədinin icra edilməməsinə görə İXM-nin 528.1 və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddələri ilə məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir; “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlarla müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs "xxxx" QSC-də sərəncamverici direktor vəzifəsini tutur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsin əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: - 12.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası Encom Construction nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. - 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Məhkəmə qeyd edir ki, MTK barəsində qanuni qüvvəyə minmiş və 7 ildən çox müddətdir ki, icra olunmayan məhkəmə qərarı mövcuddur. Hazırki halda MTK-nın öz fəaliyyətini dayandırması, onun balansında əmlakının və ya bank hesablarında pul vəsaitlərinin olmaması fiziki şəxsə pul ödənilməsi ilə bağlı məhkəmə qərarının icrasız qalmasına əsas ola bilməz. Əksi məhkəməyə müraciətin səmərəsizliyi, məhkəmə qərarlarının əhəmiyyətsizliyi, borcluların məsuliyyətdən kənar qalması və s. bu kimi neqativ hallarla nəticələnər. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" QSCnın rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi əsaslı olmuş, əməl düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Şəxs hərəkətsizliyinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə vəzifəli şəxs kimi Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs qismində Şəxs inzibati cərimə növündə tənbeh təyin edilməlidir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MTK-nın sərəncamverici direktoru (vəzifəli şəxs) ŞəxsAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar