Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8728/2025 25.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Masallı rayonunun Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonunun Həsənli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 227-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş 24 noyabr 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli, eləcə də, həmin Məcəllənin 206-cı maddəsi ilə tərtib olunmuş 24 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar daxil olmuşdur. Həmin protokollara əsasən, Şəxs 02 noyabr 2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində X5 məxsus 200 manat dəyərində qoruyucu dəbilqəni oğurlamışdır. Bundan başqa, ünvan 3 ünvanında yaşayan X6 yaşadığı evə yemək sifariş etmiş və ödənişi edən zaman 100 manat pul vermiş, Şəxs isə 95 manatı karta göndərəcəyini deyərək, göndərməmişdir. Bundan başqa, Şəxs 21 noyabr 2025-ci il tarixdə yaşadığı mənzildə narkotik vasitə olan heroin istifadə etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, 11 oktyabr 2025-ci il tarixdə vətəndaş İsgəndərli Nərgiz yaşadığı evə yemək sifariş vermiş, yeməyi kuryer kimi Şəxs çatdırmışdır. Nərgiz yeməyin qiyməti olan 5 manatın əvəzində 100 manat vermiş, İlqar isə xırda pulunun olmadığını, 95 manatı kartına göndərəcəyini deyib getmiş, həmin 95 manatı Nərgiz İsgəndərliyə qaytarmamışdır. Bundan başqa, 02 noyabr 2025-ci il tarixdə yanacaqdoldurma məntəqəsində dayanmış, X5 məxsus motosikletin arxa hissəsində olan baş üçün nəzərdə tutulan dəbilqəni oğurlamışdır. Hər iki zərərçəkmiş şəxs şikayətçidirlər, onlara vurulmuş zərər ödənilməmişdir. Eyni zamanda, hər iki epizod üzrə araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Saxlanıldıqdan soran Şəxs Bölmədə verdiyi izahatında narkotik vasitə istifadəçisi olduğunu, sonuncu dəfə 21 noyabr 2025-ci il tarixdə yaşadığı mənzildə heroindən istifadə etdiyini etiraf etmişdir. Bu fakt tibbi rəylə də öz təsdiqini tapdığından Şəxs barəsində hazırkı protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, o, Nərgiz adlı şəxsə qaytarmalı olduğu 95 manatı şəxsi ehtiyaclarına xərcləmiş, Aynur adlı şəxsə məxsus dəbilqəni isə tanımadığı şəxsə pulsuz vermişdir. Həmin şəxslərə vurduğu maddi ziyanı ödəmək imkanı yoxdur. Həmçinin, narkotik vasitə istifadəçisidir və sonuncu dəfə 21 noyabr 2025-ci il tarixdə yaşadığı evdə heroin istifadə etmişdir. Lakin, əməllərindən peşmandır və məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. İş materiallarında olan: - Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Rəhim Yusubov tərəfindən qəbul edilmiş 17 oktyabr 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarına əsasən, X2 ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Bölmənin aidiyyəti əməkdaşlarına həvalə edilmişdir. - Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Rəşad İsmayılzadə tərəfindən qəbul edilmiş 06 noyabr 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarına əsasən, X3 ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Bölmənin aidiyyəti əməkdaşlarına həvalə edilmişdir. - “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 22 noyabr 2025-ci il tarixdə, saat 19:50-də tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 noyabr 2025-ci il tarixli, 7333 nömrəli rəyində göstərilmişdir ki, məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində OPİ (+), MET (+), PGB (+) aşkar olundu. Müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Şəxs 02 sentyabr 2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzdə F19x2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə proses iştirakçılarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar əsaslıdır. Şəxs həmin inzibati xətaları törətməsi iş materialları ilə tam sübuta yetirilmiş və törədilmiş inzibati xətalar məhkəmədə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 206 və 227ci maddələrində göstərilən inzibati xəta hadisələrinin törədilməsi sübuta yetirilmişdir. Həmçinin, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətalara görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmədə İXM-nin 33.1.2-ci maddəsinə uyğun olaraq X7 məsuliyyəti ağırlaşdırdan hal - inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi müəyyən edilmişdir. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 3(001)-2402/2025 saylı qərarına əsasən, İXM-nin 227 və 232-1-ci maddələri ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 3(004)-5835/2025 saylı qərarı ilə isə İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək, inzibati tənbeh edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 206 və 227-ci maddələri ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 227-ci maddəsinin sanksiyası həddində, müəyyən edilən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həmçinin, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 227-ci maddəsinin sanksiyası həddində 02 (iki) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 22 noyabr 2025-ci il tarixdən saat 19:50-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Onun 02 sentyabr 2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzdə F19x2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Qərarın icrası inzibati həbs hissəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-8728/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8728/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver