Məhkəmə qərarları › İş №3(001)-873/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-873/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-873/2022 29.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs direktoru və qanuni təmsilçisi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş 04.03.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 81529.00 ABŞ dolları məbləğində vəsaiti bank hesabından 16.01.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 81529.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitləri geri qaytarmamışdır. Xəta 17.01.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs direktoru və qanuni təmsilçisi X3 bildirmişdir ki, Şəxs tərəfindən 16.01.2020-ci il tarixdə «X1 Trading LLC» şirkətinə mal alınması məqsədi ilə "xxxx" QSC hesabından 81529.00 ABŞ dolları vəsait köçürülmüşdür. Cəmiyyət tərəfindən köçürülmüş vəsaitə görə 80315.59 ABŞ dolları dəyərində alınmış mallar hissə-hissə olmaqla 12.04.2020-ci il, 20.05.2020-ci il və 23.08.2020-ci il tarixlərdə idxal olunmuşdur. Lakin tərəflərindən gömrük bəyannamələri banka təqdim edilməmişdir. Bundan başqa cəmiyyəti tərəfindən 16.01.2020-ci il tarixdə mal alınması məqsədi ilə xaricə köçürülmüş 81529.00 ABŞ dolları məbləğində vəsaitin qalıq hissəsi 1213.41 ABŞ dolları təşkil etməklə həmin məbləğə dar malla ölkəyə idxal edilməmişdir. Bu isə onu göstərir ki, cəmiyyət tərəfindən xaricə köçürülmüş vəsaitin geri qaytarılmayan hissəsi 10000 ABŞ dollarını ötmür və belə olan halda cəmiyyətin əməlində inzibati xəta tərkibi yaranmır. Ona görə də, qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 16.01.2020-ci il tarixli “Köçürmə haqqında ərizə”dən görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-də olan hesabdan 81529.00 ABŞ dolları məbləğində pul vəsaiti «X1 Trading LLC» şirkətinin hesabına köçürülmüşdür. "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 24.01.2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, Şəxs tərəfindən 16.01.2022-ci il tarixdə 81529.00 ABŞ dolları məbləğində avans ödənişləri aparılmış, lakin 2 il tamam olmasına baxmayaraq, 81529.00 ABŞ ABŞ dolları məbləğində vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. 04.03.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 81529.00 ABŞ dolları məbləğində vəsaiti bank hesabından 16.01.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 81529.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitləri geri qaytarmamışdır. Xəta 17.01.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. 12.04.2020-ci il tarixli, **********11293 nömrəli gömrük bəyannaməsindən görünür ki, 16.01.2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən «X1 Trading LLC» şirkətinin hesabına köçürülmüş 81529.00 ABŞ dolları vəsait hesabına alınan malların 6393.89 ABŞ dolları dəyərində olan hissəsinin köçürülməsinə dair **********1293 sorğu nömrəli Gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün 12.04.2020-ci il tarixdə verilmiş və bununla bağlı "xxxx" QSC tərəfindən müvafiq qeydlər aparılmışdır. 20.05.2020-ci il tarixli, **********44300 nömrəli gömrük bəyannaməsindən görünür ki, 16.01.2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən «X1 Trading LLC» şirkətinin hesabına köçürülmüş 81529.00 ABŞ dolları vəsait hesabına alınan malların 16623,70 ABŞ dolları dəyərində olan hissəsinin köçürülməsinə dair **********4300 sorğu nömrəli Gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün 20.05.2020-ci il tarixdə verilmiş və bununla bağlı "xxxx" QSC tərəfindən müvafiq qeydlər aparılmışdır. 20.05.2020-ci il tarixli, **********44827 nömrəli gömrük bəyannaməsindən görünür ki, 16.01.2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən «X1 Trading LLC» şirkətinin hesabına köçürülmüş 81529.00 ABŞ dolları vəsait hesabına alınan malların 16600 ABŞ dolları dəyərində olan hissəsinin köçürülməsinə dair **********4827 sorğu nömrəli Gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün 20.05.2020-ci il tarixdə verilmiş və bununla bağlı "xxxx" QSC tərəfindən müvafiq qeydlər aparılmışdır. 23.08.2020-ci il tarixli, **********37046 nömrəli gömrük bəyannaməsindən görünür ki, 16.01.2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən «X1 Trading LLC» şirkətinin hesabına köçürülmüş 81529.00 ABŞ dolları vəsait hesabına alınan malların 40698 ABŞ dolları dəyərində olan hissəsinin köçürülməsinə dair **********7046 sorğu nömrəli Gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün 23.08.2020-ci il tarixdə verilmiş və bununla bağlı "xxxx" QSC tərəfindən müvafiq qeydlər aparılmışdır. 17.03.2022-ci il tarixli "xxxx" QSC tərəfindən Şəxsnə ünvanlanmış məktubdan görünür ki, Şəxs tərəfindən 16.01.2020-ci il tarixdə 81529 ABŞ dolları məbləğində avans köçürülməsi icra olunmuş və təqdim edilmiş gömrük bəyannamələri icra edilmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən 16.01.2020-ci il tarixdə 81529.00 ABŞ dolları məbləğində avans ödənişləri aparılmış, lakin 2 il tamam olmasına baxmayaraq, 81529.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların idxal edilməsini təsdiq edən sənədləri banka təqdim edilməmişdir. "xxxx" QSC tərəfindən bu barədə 24.01.2022-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş məlumat əsasında cəmiyyət barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmışdır. 23.08.2020-ci il tarixədək isə Şəxs tərəfindən 80315.59 ABŞ dolları məbləğində olan vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuş, 1213.41 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitləri geri qaytarmamışdır Göründüyü kimi, Şəxs tərəfindən 81529.00 ABŞ dolları məbləğində vəsaiti bank hesabından 16.01.2020-ci il tarixdə xaricə köçürmüş və 12.04.2020-ci il, 20.05.2020-ci il, 23.08.2020-ci il tarixlərdə 80315.59 ABŞ dolları məbləğində olan vəsaitə alınan mallar ölkəyə idxal olunmuş və hazırda Cəmiyyətin xaricə köçürmüş ümumi məbləğdən 1213.41 ABŞ dolları məbləğində vəsait bank hesabına geri qaytarılmamış, eləcə də həmin məbləğ hesabına alınan mallar ölkəyə idxal edilməmişdir. Belə olan halda Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətlərinin olmasına dair müddəalar öz təsdiqini tapmır. Çünki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 28.11.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi, şəxsin əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətlərinin olması üçün avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində ən geci 2 (iki) il müddətində müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olması əsas şərtlərdir. Lakin, iş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən 16.01.2020-ci il tarixdə 81529.00 ABŞ dolları olan vəsait avans yolu ilə xaricə köçürülmüş, 80315.59 ABŞ dolları məbləğində olan vəsaitə alınan mallar ölkəyə idxal olunmuş və lakin xaricə köçürmüş ümumi məbləğdən 1213.41 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitləri geri qaytarmamışdırvə həmin məbləğin qalıq dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən çox olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 04.03.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 04.03.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar