Məhkəmə qərarları › İş №3(001)-873/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-873/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-873/2023 24.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1, Müdafiəçi “KERMUR” ixtisaslaşdırılmış Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X11” X18 tibbi ekspert vəzifəsində işləyən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xxxxxxx FİN-ə malik olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X6 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X6 məhkəmə prosesində verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-16(001)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən hər həftənin bazar günü saat 10:00-dan saat 15:00-a qədər cavabdeh X5 xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X17 ilə, iddiaçının iştirakı olmadan, görüşüb ünsiyyətdə olmasına maneələr yaratması müvəqqəti təminat tədbiri olaraq iddiaçı Şəxs qadağan edilməsi qət olunmuşdur. Şəxs övladlarını İcra şöbəsinə gətirmiş, uşaqlar analrı ilə görüşməkdən imtina etmişdir. Sonuncu dəfə Şəxsla əlaqə saxlanılmış, lakin sonuncu uşaqlar analrı ilə görüşmək istəmədiyindən gətirə bilmədiyini qeyd etmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəmədən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-16(001)- 33/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən hər həftənin bazar günü saat 10:00-dan saat 15:00-a qədər cavabdeh X5 xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2014cü il təvəllüdlü X17 ilə, onun iştirakı olmadan, görüşüb ünsiyyətdə olmasına maneələr yaratması müvəqqəti təminat tədbiri olaraq ona qadağan edilməsi qət olunmuşdur. O, övladlarını hər dəfə İcra şöbəsinə gətiməsinə baxmayaraq, onlar anası ilə görüşməkdən imtina edirlər. O, icra məmuru nə vaxt desə gətirmiş, lakin uşaqlar anaları ilə görüşmək istəməmiş, hətta maşından belə düşmək istəməmişlər. Sonuncu dəfə də icra məmuru uşaqların gətirilməsini istəsə də, uşaqları anaları ilə görüşmək istəmədiklərini və onları məcburi qaydada gətirmək mümkün olmadığından tələbi icra edə bilməmişdir. Belə ki, uşaqları onların iradəsinə zidd formada icra şöbəsində gətirmək onların psixologiyasına çox mənfi təsir edə bilər. Anaları uşaqları atıb getdiyindən sonuncuya qarşı uşaqların aqresiyası vardır. İcra məmuru tərəfindən heç bir əsas olmadan barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. O, hazırda da uşaqların görüşməsinə heç bir etiraz etmir və heç bir mane törətmir. O, icra sənədi üzrə olan öhdəliyindən boyun qaçırmır. Deyilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-16(001)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən hər həftənin bazar günü saat 10:00-dan saat 15:00-a qədər ona xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X17 ilə, iddiaçının iştirakı olmadan, görüşüb ünsiyyətdə olmasına maneələr yaratması müvəqqəti təminat tədbiri olaraq iddiaçı Şəxs qadağan edilməsi qət olunmuşdur. Lakin, Şəxs övladlarını İcra şöbəsinə bir neçə dəfə gətirməmişdir. O, 7 aydır ki, övladlarını görmür və uşaqlarını da atıb getməmişdir. Uşaqlar atası tərəfindən öyrədildiyindən psixi travma vəziyyətində iradələrindən kənar vəziyyətdə onunla görüşmək istəmirlər. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X7 bildirmişdir ki, Şəxs X2 uşaqları ilə görüşə maneə yaratması barədə iş materiallarında hər hansı bir sübut yoxdur. Şəxs icra sənədinin icrasından boyun qaçırmamışdır. X10 və X12 X8 ilə görüşməmələrinin səbəbi onların görüşməkdən imtina etmələridir. Bununla bağlı Azərbaycan Respublikası “X9”-nin müvafiq mütəxəssis arayışı da var. Hazırda tərtib edilmiş protokol üzrə müdafiəçisi olduğu şəxsin heç bir təqsiri yoxdur. Buna görə də, məhkəmədən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs övladlarını İcra şöbəsinə gətirmir və gətirməkdən imtina edir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-16(001)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən hər həftənin bazar günü saat 10:00-dan saat 15:00-a qədər cavabdeh X5 xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X17 ilə, iddiaçının iştirakı olmadan, görüşüb ünsiyyətdə olmasına maneələr yaratması müvəqqəti təminat tədbiri olaraq iddiaçı Şəxs qadağan edilməsi qət olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-16(001)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-16(001)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin icra olunması barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Nəbi Allahverdiyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə həmin tarixdə tərəflər Binəqədi rayon İcra Şöbəsinin inzibati binasına gəlmişdirlər, lakin uşaqlar anaları ilə görüşməkdən imtina etmişdirlər və görüş təxirə salınmışdır. xx.xx.2022-ci il tarixli Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə X8 həmin tarixə təyin olunmuş vaxtda görüş yerinə gəlmiş, lakin Şəxs İlyas oğlu tərəfindən X10 və X12 görüş yerinə gətirilməsi təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə tərəflər həmin tarixə təyin olunmuş vaxtda görüş yerinə gəlmişdirlər, uşaqlar anaları ilə görüşmək istəməməsi səbəbindən inzibati binanı tərk etmişlər. xx.xx.2022-ci il tarixli Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə tərəflər həmin tarixə təyin olunmuş vaxtda görüş yerinə gəlmiş, lakin onlar anaları ilə görüşməkdən imtina etmiş, analarına qarşı aqressiv münasibət göstərərək, avtomaşından düşməmişlər. K.Ojaqova avtomaşına daxil olaraq uşaqlarla 10 dəqiqə ünsiyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixli Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə X8 həmin tarixə təyin olunmuş vaxtda görüş yerinə gəlmiş, lakin Şəxs İlyas oğlu tərəfindən X10 və X12 görüş yerinə gətirilməməsi səbəbindən məhkəmə qərarının icrası baş tutmamışdır. xx.xx.2022-ci il tarixli Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixə təyin edilmiş ünsiyyət zamanı Şəxs gəlməməsi barədə tərəfindən teleqram göndərildiyini və görüşün xx.xx.2022-ci il tarixə təyin edilməsini xahiş etdiyini bildirmiş, bu barədə X8 icra məmuru tərəfindən şifahi formada xəbərdar olunmuş, lakin sonuncu xx.xx.2022-ci il tarixdə yolun uzaq olduğunu, uşaqların gözləməməsini bildirərək gələ bilmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə həmin tarixdə Şəxs uşaqları travma alacağı ehtimalını nəzərə alaraq icra şöbəsinə gətirə bilməyəcəyini, onları aldadaraq parka gətirdiyini bildirmiş, lakin tələbkar X2 görüşün parkda keçirilməsinə etiraz etməsi səbəbindən məhkəmə qərarının icrası baş tutmamışdır. Azərbaycan Respublikası “X9”-nin xx.xx.2022-ci il tarixli, 199 saylı mütəxəssis arayışından görünür ki, X2 uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X17 ilə ünsiyyətinin uşaqların mənafeyi baxımından stress faktoru daşıyır və azyaşlı uşaqların maraqlarına görə uyğun sayila bilməz. Buna əsaslanaraq, icra vərəqəsində nəzərdə tutulmuş qaydada X2 uşaqlarla ünsiyyətinin hal-hazırda həyata keçirilməsi məqsədəmüvafiq hesab edilməsə də istisna hallarda məqsədəuyğun hesab edilə bilər. X3 azyaşlı övladları - xx.xx.2011 -ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X17 arasında keçirilən videomateriallarının təhlili nəticəsində əldə edilən məlumatlardan anaya qarşı neqativ münasibət məqsədi ilə bu uşaqlara ata tərəfindən mənfi təsir göstərən hal müşahidə edilməmişdir. Ana və uşaq görüşün videomateriallarında uşaqlarda həyəcan və emosional gərginlik aşkar edilir ki, bu da özlüyündə uşaqların psixo-emosional vəziyyətinə mənfi təsir göstərə bilər. X3 azyaşlı övladları X10 və X17 arasında arasında ünsiyyət prosesi yalnız bu uşaqların istək və maraqlarına əsaslanaraq emosional cəhətdən mənfi və gərgin proses kimi qiymətləndirilmişdir. Bu vəziyyətdə ana və uşaqlar arasında ünsiyyətin planlaşdırılmasına yenidən baxılması məsləhət görülür və uşaqların öz istəklərinə uyğun olaraq qurulması məqsədəuyğundur. Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2022-ci il tarixli icra sənədi üzrə görüşün uşaqların mənafeyinə uyğunluğu barədə rəyindən görünür ki, tələbkarın övladları ilə görüşüb ünsiyyətdə olmasının mümkünsüzlüyü, ünsiyyətlə bağlı təşkil edilən görüşlərin uşaqların psixo-emosional vəziyyətinə mənfi təsir göstərməsi qənaətinə gələrək, X2 xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X17 ilə ünsiyyətinin müvəqqəti olaraq dayandırılmasını məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə, icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və müdafiəçinin çıxışlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-16(001)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X2 uşaqlarla ünsiyyətdə olmasının üzrsüz səbəbdən icra etməməsi və həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut mövcud olmaması ilə yanaşı, məhkəmə iclasında həmin halları təsdiq edəcək heç bir sübut müəyyən edilməmişdir. Belə ki, Şəxs istər məhkəmə iclasında, istərsə də Binəqədi rayon İcra Şöbəsində vermiş olduğu izahatında icra sənədi üzrə olan öhdəliyindən boyun qaçırmadığını göstərmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, icra məmuru tərəfindən tərtib edilmiş aktlardan görünür ki, X14 və X17 anaları X15 ilə görüşməkdən imtina etmişlər. Eyni zamanda Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2022-ci il tarixli icra sənədi üzrə görüşün uşaqların mənafeyinə uyğunluğu barədə rəyindən görünür ki, X2 xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X17 ilə ünsiyyətinin müvəqqəti olaraq dayandırılmasını məqsədəmüvafiq hesab edilmişdir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, görüşlərin baş tutmaması Şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Bu halı iş materiallarına əlavə olunmuş aktlar və digər sadalanan sənədlər bir daha təsdiq edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar