Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-8734/2025 25.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızı, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətsizliyindən verdiyi müraciətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: İşin faktiki halları:
1. X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin hansı qərarla mülkiyyətində olan nömrənin məhv edilməsinin müəyyən edilməsi, həmin qərarın məhkəmə tərəfindən sorğu verilib əldə edilməsi, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə tərəfindən təhvil verilmiş şəxsi mülkiyyətində olan ** LF *** dövlət qeydiyyat nişanının ona verilməsinə öhdəliyin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
2. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətsizliyindən verilmiş müraciət geri qaytarılmalıdır.
3. Belə ki, X1 müraciəti publik hüquq münasibətlərdən irəli gəldiyinə görə həmin xarakterli mübahisələrə baxılması rayon (şəhər) məhkəmələrinin deyil, inzibati məhkəmələrin səlahiyyətinə daxildir. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən rayon (şəhər) məhkəmələri tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. X2 tərəfindən isə verilmiş müraciət Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətsizliyi ilə yanaşı inzibati orqanın üzərinə öhdəliyin qoyulması ilə bağlı olmuşdur.
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır.
6. Göründüyü kimi, inzibati mübahisələrə dair müraciətlərə baxılması inzibati məhkəmələrin səlahiyyətlərinə aid olduğundan həmin xarakterli işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılması qanunvericiliyin tələblərinə ziddir.
7. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 müraciəti iş üzrə səlahiyyəti olmayan məhkəməyə təqdim edildiyindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətsizliyindən verilmiş müraciət geri qaytarılmalıdır.
8. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.
9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq,
qərara aldım:
X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətsizliyindən verdiyi müraciət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Hakim: Aytəkin İbrahimova