Məhkəmə qərarları › İş №3(001)-8737/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-8737/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-8737/2025 22.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin Bakı şəhər idarəsi tərəfindən Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən “Uğur Market” adlı obyektində qarşısında qoyulmuş Şəxsnə məxsus soyuducunun üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi aşkar edilmiş və idarənin müfəttişi tərəfindən akt tərtib edilərək fotoşəkillər çəkilmişdir. xx.xx.2025-ci tarixdə Şəxsnə müvafiq qanun pozuntusunu aradan qaldırılması barədə icrası məcburi göstəriş və tərtib edilmiş aktın surəti göndərilmişdir. Lakin Şəxs tərəfindən göstərişin alındığı vaxtdan 5 iş günü ərzində müvafiq icazənin alınması üçün müraciət olunmadığı və ya icazəsiz reklam yayımını dayandırmağı üçün barəsində xx.xx.2025-ci il tarixdə İXM-in 428.7.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Ona görə də, məhkəmədən Şəxsnın inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçısını izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün icraat başlanaraq toplanmış material məhkəməyə göndərilsə də, İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın cəmiyyət tərəfindən törədilməsinə dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Çünki, iş materiallarında qeyd olunan ünvan 1 ünvanında yerləşən “Uğur Market” adlı obyektində qarşısında qoyulmuş soyuducunun üzərində olan müvafiq reklam qurğusunun Şəxs tərəfindən həmin ünvana yerləşdirilməsini sübuta yetirəcək dəlil müəyyən edilmir. Halbuki, şəxsin məsuliyyət məsələsinin müəyyən edilməsi üçün göstərilən amilin dəqiq şəkildə iş materiallarında öz əksini tapması mühüm əhəmiyyət kəsb edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati icraatla bağlı əlavə sübutların toplanması, göstərilən xüsusatların araşdırılması üçün Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin Bakı şəhər idarəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar