Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8748/2025 25.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X9 Sultan oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə rəisi, polis mayoru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə rəisi, polis mayoru X6 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ərizə ilə Binəqədi RPİ-nin 6-cı polis bölməsinə müraciət edərək qonşusu Xəyalə Hacıyeva ilə aralarında baş vermiş münaqişə zamanı sonuncunun onun vurub xəsarət yetirdiyini bildirmişdir. Araşdırma zamanı izahatlar alınmış, məhkəmə-tibb ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şəxs və X1 İXM-in 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələri məqsədilə qəbul edilmiş qərar icra olunması üçün ona həvalə edilmişdir. Buna görə onun tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti ona xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evin həyətində qanunsuz tikinti aparılması ilə bağlı icra nümayəndəliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən qonşusu X2 onu söyüb təhqir etmiş, üzərinə gəlib onu vurmuşdur. O, mobil telefonunu çıxarıb çəkiliş aparmaq istəyərkən yenə onun üzərinə gəlib yumruqla vurmuş və telefonunu əlindən salmışdır. Xəyalə Hacıyeva onu vurub xəsarət yetirdiyinə görə polisə şikayət etmişdir. Baş vermiş hadisə ilə bağlı polis bölməsinə gedib izahat yazmış, məhkəmə-tibb ekspertizasından keçmişdir. O, Xəyalə Hacıyevanı vurub xəsarət yetirməmişdir. Odur ki, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs ö Xəyalə Vilayət qızı izahat verərək bildirmişdir ki, Şəxs onunla qonşuluqda yaşayır. Şəxs mütamadi olaraq onun və qızının şəkillərini mobil telefonla çəkdiyinə görə aralarında münaqişə yaşanmışdır. xx.xx.2025-ci il tarixdə Şəxs yenə də telefonla çəkiliş apardığını görüb iradını bildirmiş, sonuncu öz hərəkətlərini davam etdirdiyi telefonu əlindən almaq istəmişdir. Həmin vaxt Şəxs onun vuraraq xəsarət yetirmişdir. O, baş vermiş hadisə ilə bağlı 6-cı polis bölməsinə gedib izahat yazmış, məhkəmə-tibb ekspertizasından keçmişdir. Odur ki, Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 866 saylı rəyindən görünür ki, X.V.Hacıyevanın bədən səthində aşkar olunmuş xəsarət qarın nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən qərarda göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. X.V.Hacıyevanın bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda təsvir olunan şəraitdə, yəni bədəninin hissəsi (yumruq, təpik və s.) ilə endirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi. X.V.Hacıyevanın bədən səthində aşkar olunmuş xəsarət bədənin əlçatan hissəsində yerləşməsinə baxmayaraq, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilməsi üçün xarakterik deyildir. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 157-ci maddəsi ilə inzibati araşdırma aparılması Binəqədi RPİ-nin 6-cı PB-nin səlahiyyətli şəxsinə həvalə edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik ünvanında X2 ilə aralarında baş vermiş münaqişə zamanı sonuncuya xəsarət yetirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibi olsa da, onun məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik ünvanında X2 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu döyərək sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmayan qarın nahiyəsinin qançırı xəsarəti yetirmişdir. Baş vermiş hadisə ilə bağlı Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Müzəffər Qəhrəmanov tərəfindən araşdırma aparılaraq xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Şəxs və X1 İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın icrası Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə rəisi, polis mayoru X5 həvalə edilmiş və xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-in 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Yuxarıda göstərilən qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs müraciəti əsasında aparılmış araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən 4 aydan artıq müddət keçmiş və səlahiyyətli orqanın həmin halı nəzərə alaraq inzibati xəta haqqına iş üzrə icraata xitam vermək hüququ olmuşdur. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 8, 38, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-8748/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8748/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver