Məhkəmə qərarları › İş №3(001)-875/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-875/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-875/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-in 6-ci PB-in sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1975-ci ildə Ermənistan, Krasnoselo şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq, ev 8, mənzil 35 Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ev 68 ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 23 fevral 2023-cü il tarixdə günorta saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsi Daş bazarı tərəfdə “Hyundai” markalı, **-FM-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman DYPİ-in əməkdaşının qanunu tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 6-ci PB-in sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən 23 fevral 2023-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 6-ci PB-in sahə inspektoru, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 23 fevral 2023-cü il tarixdə günorta saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsi Daş bazarı tərəfdə “Hyundai” markalı, **- FM-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman DYPİ-in əməkdaşının qanunu tələblərinə qəsdən tabe olmamışdır.Qeyd olunanlara əsasən Şəxs barəsində 23 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsndə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 23 fevral 2023-cü il tarixdə günorta saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsi Daş bazarı tərəfdə “Hyundai” markalı, **-FM-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman DYPİ-in əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ondan tibbi müayinədən keçməsini tələb etmiş, buna görə aralarında mübahisə yaranmışdır. Tibbi müayinədən keçməkdən imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, DYPİ-in əməkdaşıdır. 23 fevral 2023-cü il tarixdə günorta saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsi Daş bazarı tərəfdə “Hyundai” markalı, **-FM-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili ödənilməyən cəriməsi olduğu üçün dayandırmışdır. Yoxlama zamanı sürücünün və yanında əyləşmiş şəxsin narkotik vasitələrin təsiri altında olduğundan şübhələnib sürücüdən tibbi müayinədən keçməsini tələb etmiş, buna görə aralarında mübahisə yaranmışdır. Sürücü tibbi müayinədən keçməkdən imtina etmiş, ona qarşı əl-qol hərəkətləri ataraq tabesizlik göstərmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, özünün ifadəsi, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs təqsirləndirildiyi inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşagıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin mübahisəsiz hallarına əsasən Şəxs törətdiyi məlum inzibati qayda pozuntusu xarakterinə görə ictimai qayda əleyhinə və öz şəxsiyyətini ona qarşı qanuni tələblərlə çıxış edən şəxslərin fövqündə qoymaqla, qanuni tələbə münasibətdə isə etinasızlıq göstərməklə ifadə olunan qayda pozuntusudur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayət hesab etmir. Bu qənaətini onunla əsaslandırır ki, cəmiyyətin maraqları şəxsin hüququndan üstündür. Odur ki, Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Şəxs xx.xx.2023-xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulduğu 1 (bir) gün tənbeh müddəti hesablanaraq üzərində 7 (yeddi) gün inzibati həbs saxlanılsın. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar