Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8752/2025 04.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 iştirakı ilə, Şikayətçi X2 rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 tərəfindən İsmayıllı rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X6 şikayətini onunla əsaslandırılmışdır ki, o, idarə etdiyi “Hyundai Elantra” markalı **-XV-*** dövlət qeydiyyatlı avtomobillə 15 noyabr 2025-ci il tarixdə saat 15 radələrində Şəki-Bakı istiqamətində hərəkətdə olarkən yolun İsmayıllı rayonu ərazisindən keçən hissəsində dairəyə yaxınlaşıb, yol hərəkəti haqqında qanunun tələbinə əsasən hərəkət üstünlüyünə malik olan avtomobillərin hərəkətini davam etdirməsi üçün hərəkəti dayandırmış, sol tərəfdə digər avtomobillərin olmamasına əmin olaraq hərəkət edib dairəyə daxil olmuşdur, hərəkət üstünlüyü əldə edərək hərəkətini davam etdirib Bakı şəhəri istiqamətinə gedərkən təxminən iki kilometr məsafə qət etdikdən sonra Yol Patrul avtomobili onu təqib edərək hərəkəti dayandırmağını tələb etmişdir. O, dayandıqdan sonra inspektor yaxınlaşıb əvvəlcə onu patrul avtomobilinə dəvət etmiş, səbəbini soruşduqda o, dairədə hərəkətdə olarkən yol ayrıcını keçmə qaydalarını pozduğunu bildirmişdir. O isə heç bir qayda pozmadığını israr etmiş, əvvəlcə polis əməkdaşı ona dairəyə daxil olanda da dairədən çıxanda da digər avtomobillərə yol verməli olduğunu izah etməyə çalışmışdır. O isə bildirmişdir ki, o dairəyə daxil olanda digər hərəkət iştirakçılarının üstünlüyünü nəzərə almışdır, bundan sonra inspektor bildirmişdir ki, “solu buraxdın düz deyirsən amma dairəyə girdikdən sonra da digər avtomobillərə yol verməli idin”. O bildirmişdir ki, hüquqlarını da vəzifələrini də yaxşı bilir, o qayda pozmamışdır, bundan sonra inspektor bildirmişdi ki, ona protokol yazacaq. O da xahiş etmişdir ki, elə isə qərarsız protokol tərtib etsin, çünki barəsində görülmüş qanunsuz tədbirlə bağlı şikayət edəcəkdir, əlavə də olaraq qeyd etmişdir ki, bu da qanunun tələbidir. İnspektor onu yola salıb demişdir ki, narahat olma, lakin bir neçə dəqiqədən sonra E-Polis mobil tətbiqinə bildiriş gəlmişdi ki, İXM-nin 327.2-ci maddəsinə əsasən TP7641377 nömrəli elektron qərarla İXP7590910 nömrəli inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsi, barəsində qanunsuz və əsassız olaraq tərtib edilmiş İXM-nin 327.2-ci maddəsinə əsasən TP ******* nömrəli elektron qərarın və həmin qərar əsasında tərtib edilmiş İXP ******* nömrəli inzibati protokol əsasnda qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 tərəfindən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100(yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəməyə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən təqdim olunmuş video-görüntüyə məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ** XV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, X3 dairədə hərəkətdə olan zaman sağında düzünə hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda, nəqliyyat vasitəsinə yol verməyərək yolayrıcını keçmə qaydalarını pozmuş və İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə iclasında videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, düzünə hərəkətdə olan nəqliyyat vasitələri üçün 4.3 dairəvi hərəkət nişanının üzərində 2.1 baş yol işarəsi quraşdırılmışdır. Bu səbəbdən də, “Yol hərəkəti" haqqında qanunun tələbinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edildiyindən dairədə hərəkətdə olan sürücü hərəkət üstünlüyünə malik olmamışdır. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 15ci bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Beləliklə, məhkəmə iclasında X5 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video-görüntü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi ** XV *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobili idarə edən X6 tərəfindən İsmayıllı rayonu, Nizami küçəsi istiqamətində baş vermişdir. X4 şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında inzibati xəta hadisəsinin qeydə alındığı yerdə idarə etdiyi ** XV *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobillə hərəkətdə olan zaman saında düzünə hərəkət edən nəqliyyat vasitələrinin əsas yolda olduqlarını göstərən baş yol nişanının görməyin mümkünsüz olduğunu bildirsə də, inzibati xəta hadisəsinin video-görüntüsündən görünür ki, **-XV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobildən öndə hərəkətdə olan avtomobillərin sürücüləri yol-nəqliyyat nişanının tələbinə müvafiq yolayrıcını keçmə qaydalarına riayət edərək dairəyə daxil olduqdan sonra digər avtomobillərə yol vermək üçün dayanırlar. Lakin, **-XV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobilin sürücüsü X6 tərəfindən yol hərəkəti nişanın tələbinə riayət edilməmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X5 şikayətdə göstərdiyi xüsusatlar barəsində İsmayıllı rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X5 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən İsmayıllı rayon X11 X13 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-8752/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8752/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver