Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8753/2025 04.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32099168 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 məhkəməyə şikayətlə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32099168 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32099168 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə qətiyən razı deyildir və aşağıdakılara görə hesab edir ki, onun barəsində tərtib olunmuş qərar qanunsuz və əsassızdır. Qeyd edilən qərarda xx.xx.2025ci il tarixdə, saat 12:47:23-də "Hyundai Santafe" markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 327.1-1.5.9, 5.1.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqla hərəkət etməsi göstərilmişdir. Lakin "Hyundai Santafe" markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini göstərilən tarixdə idarə edən şəxs o, olmamışdır. Həmin avtomobil bacısı Rəsulova (Əmiraslanova) Ülviyyə Mahir qızına məxsus olmaqla və adına qeydə alınmaqla bacısı və onun həyat yoldaşı X8 tərəfindən idarə olunmaqdadır. Bacısı tərəfindən həmin avtomobili idarə etmək üçün ona etibarnamə verilsə də, o, çox təsadüf hallarda "Hyundai Santafe" markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Yəni Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin "İnzibati tanbeh vermə haqqında" EQ 32099168 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının barəsində tərtib edilməsi tamamən əsassızdır. Bu da onu deməyə əsas verir ki, əməlində inzibati xətanın tərkibi yoxdursa barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış X4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qidmən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32099168 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Baş X11 İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X12 minik” markalı 90MP199 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, X5 mülkiyyətində olan “X12 minik” markalı 90MP199 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsini xx.xx.2030-cu il tarixə qədər X2 etibar etmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32099168 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, «X12 minik” markalı 90MP199 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat inzibati cərimə edilmişdir. Beləliklə işin təsvir edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, şikayət verən X4 Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat cərimə edilsə də, onun inzibati xətanın törədildiyi vaxt «X12 minik” markalı 90MP199 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi təsdiq olunmur. Belə ki, X4 şikayətində bildirir ki, bacısı tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi barədə ona etibarnamə verilməsinə baxmayaraq, inzibati xəta törədilən anda qeyd olunan avtomobili o, idarə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32099168 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Səlahiyyətli orqan işə yenidən baxarkən inzibati xətanın törədildiyi vaxtda «X12 minik” markalı 90MP199 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi düzgün müəyyən etməli, nəticəsindən asılı olaraq inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32099168 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-8753/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8753/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver