Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8759/2025 12.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Binəqədi rayon Dövlət X5 polis leytenantı X1 tərəfindən qəbul edilmiş 26 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Binəqədi rayon Dövlət X5 polis leytenantı X1 tərəfindən qəbul edilmiş 26 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr) təqsirli bilinərək 40 manat cərimə edilmişdir. C.A.Fərəcov həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında C.A.Fərəcov şikayətini müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, 23 oktyabr 2025-ci il tarixdə Binəqədi rayonu ərazisində idarə etdiyi “Mercedes C180” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən arxa hissədən “Hyundai Getz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuşdur. Lakin hadisəni araşdırmağa gəlmiş yol-patrul xidməti əməkdaşı Fərid Rzayev ona heç bir videogörüntü təqdim etmədən, yol hərəkəti qaydalarının onun tərəfindən pozulduğunu iddia edərək, barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib etmiş, protokol 3 gün sonra qərar qüvvəsini almışdır. Halbuki, Hyundai markalı avtomobil onun avtomobilinə arxa tərəfdən dəymiş, hadisə zamanı onun heç bir təqsiri olmamışdır. Qəbul olunmuş qərar nəticəsində o, avtomobilinə dəymiş 1200 manat ziyanın əvəzini də tələb etmək hüququnu itirmişdir. Sonda C.A.Fərəcov məhkəmədən göstərilənləri nəzərə alıb, şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin ediməlidir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə müvafiq sorğu ilə inzibati orqana müraciət edərək, yuxarıda göstərilən yol nəqliyyat hadisəsini əks etdirən videogörüntülərin məhkəməyə təqdim olunmasını tələb etsə də, inzibati orqan tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə olan halda inzibati xəta hadisəsinin baş vermə mexanizmini, hadisənin kimin təqsirindən törədilməsini müəyyənləşdirmək mümkün deyildir. İXM-nin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.... İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, C.A.Fərəcov barəsində qəbul edilmiş 26 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta hadisəsi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X8 şöbəsi tərəfindən foto və video görüntülərə baxış keçirilməklə, eyni zamanda tərəflərin iştirakı təmin olunmaqla yenidən araşdırılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X5 polis leytenantı X1 tərəfindən qəbul edilmiş 26 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. Qərar inzibati xəta haqqında işə foto və video görüntülərə baxış keçirilməklə, eyni zamanda tərəflərin iştirakı təmin olunmaqla yenidən baxılmaq üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-8759/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8759/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver