Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-876/2023 27.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X4, zərərçəkmiş şəxs X2, müdafiəçi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “X17 Aviaşirkəti” MMC-də təyyarəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X10 izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1425/2022 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixli Kredit müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakı-Aeroport yolu, 14-cü km, Aviator şəhərciyində korpus A, mənzil 1 (AZ 1154, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan şosesi, 34) ünvanında yerləşən 2 otaqlı mənzilin və xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakı-Aeroport yolu, 14-cü km, Aviator şəhərciyində korpus A, mənzil 12 (AZ 1154, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan şosesi, 34) ünvanında yerləşən 4 otaqlı mənzilin alınması üçün birgə nikah dövründə ödənilmiş 88179 manat pul vəsaitində tərəflərin ½ payı müəyyən edilərək, Şəxs iddiaçının xeyrinə, 44089.5 manat tutulması, qeyd edilmiş mənzillərin təmir və avadanlığa sərf edilmiş 28179 manat pul vəsaitində tərəflərin payı müəyyən edilərək, Şəxs iddiaçının xeyrinə 14089 manat tutulması, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 10500 (on min beş yüz) manat pul vəsaiti tutulması qərara alınmışdır. Qeyd edilən icra sənədi üzrə Şəxs borcunu tam icra etmədiyindən hazırkı günə kimi 44383,77 manat borcu qalmışdır.. Şəxs icra sənədi üzrə borcunun əmək haqqından tutulduğunu, başqa gəlir yeri olmadığını və bu səbəbdən hələ də borcu qaldığını bildirmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən tam icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1425/2022 nömrəli icra vərəqəsinə əsasən ondan X2 xeyrinə 68678.5 manat pulun tutulması qərara alınmışdır. Qeyd edilən icra sənədi üzrə borcun ödənilməsi onun əmək haqqına yönləndirilmişdir. Bundan əlavə o, icra vərəqəsində qeyd edilən mənzillərə dair hər ay kredit borcunu banka ödəmiş və uşaqları üçün hər aliment borcunu ödəmişdir. O, icra sənədində qeyd edilən borcuna görə 1 dəfə banka 10500 manat ödəniş etmişdir. Onun əmək haqqından başqa gəlir yeri olmadığı üçün icra sənədi üzrə borcunu tam bağlaya bilməmiş 44383.77 manat borcu qalmışdır. O, heç vaxt icra sənədinin icrasından boyun qaçırmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəkili X3 bildirmişdir ki, Şəxs heç vaxt icra vərəqəsi üzər borcunun icrasından boyun qaçırmamışdır. Şəxs yeganə gəlir mənbəyi rəsmi iş yerindən aldığı əmək haqqı olduğu üçün borcunu tam ödəyə bilməmişdir. Bundan əlavə Şəxs əmək haqqından hər ay aliment borcu də tutulmuşdur. Qeyd olunanlara əsasən, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1425/2022 nömrəli icra vərəqəsinə əsasən Şəxs onun xeyrinə 68678.5 manat pulun tutulması qərara alınmışdır. O, həmin borcun Şəxs əmək haqqında yönləndirilməsinə qarşı olmuşdur. Şəxs tərəfindən 10500 manat pulun verilməsinə səbəb əmlakının həbsdən azad edilməsinə razılıq verilməsi olmuşdur. Şəxs əmlakları həbsdən azad olunduqdan sonra öz tanışlarının adına keçirmişdir. Şəxs borcunu tam bağlamaq üçün maddi imkanı var. Şəxs özü ona borcu tam bağlamaq üçün maddi imkanı olduğunu demişdir. O, özünə və uşaqlarına ev almaq üçün borcunu tələb edir, lakin Şəxs həmin borcu ödəməkdən yayınır. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1425/2022 nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakı-Aeroport yolu, 14-cü km, Aviator şəhərciyində korpus A, mənzil 1 (AZ 1154, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan şosesi, 34) ünvanında yerləşən 2 otaqlı mənzilin və xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakı-Aeroport yolu, 14-cü km, Aviator şəhərciyində korpus A, mənzil 12 (AZ 1154, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan şosesi, 34) ünvanında yerləşən 4 otaqlı mənzilin alınması üçün birgə nikah dövründə ödənilmiş 88179 manat pul vəsaitində tərəflərin ½ payı müəyyən edilərək, Şəxs iddiaçının xeyrinə, 44089.5 manat tutulması, qeyd edilmiş mənzillərin təmir və avadanlığa sərf edilmiş 28179 manat pul vəsaitində tərəflərin payı müəyyən edilərək, Şəxs iddiaçının xeyrinə 14089 manat tutulması, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 10500 (on min beş yüz) manat pul vəsaiti tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1425/2022 nömrəli icra vərəqəsinə X7 tərəfindən "xxxx" ASCdə olan hesaba 10500 manat pul ödənilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin portal çıxarışından görünür ki, Şəxs “X17 Aviaşirkəti” MMC-də təyyarəçi işləməklə əmək haqqı məbləği 8500 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədi üzrə olan borcunu icra etmədiyi üçün barəsində İXM-in 528.1ci maddəsi ilə protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-455/2020 nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən hesablanmaqla Şəxs Mirzağa oğlundan hər ay aylı qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutularaq X6 ödənilməsi qərara alınmışdır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1425/2022 nömrəli icra vərəqəsi üzrə Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında yaranmış borcunu ödəməkdən boyun qaçırmadığını, borcun ödənilməsinin əmək haqqına yönləndirildiyini, əmək haqqıdan başqa heç bir gəlir yeri olmadığını bildirmişdir. Bu hal icra məmurunun izahatı ilə yanaşı məhkəməyə təqdim edilmiş sənədlərdə də öz təsdiqini tapır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən müəyyən icra hərəkətləri aparılmış, lakin aparılmış həmin icra hərəkətləri natamam aparılaraq toplanmış sübutlara düzgün qiymət verilmədən Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. Belə ki, Şəxs barəsində toplanmış iş materiallarında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1425/2022 nömrəli icra vərəqəsi üzrə borcla bağlı "xxxx" ASC-də olan hesaba 10500 manat pul ödənilməsi təsdiqini tapmışdır. Göstərilən hallar Şəxs icra sənədi üzrə borcunu icra etməkdən boyun qaçırmadığına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-876/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-876/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver