Məhkəmə qərarları › İş №3(001)-876/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-876/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-876/2025 11.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, X1 xx.xx.2025-ci il tarixli, EQ 25651703 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında baxarkən məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına X1 xx.xx.2025-ci il tarixli, EQ 25651703 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə vəsatət verilməmişdir. Odur ki, məhkəmə şikayət vermiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. X2 ərizə ilə məhkəməyə müraciət edərək şikayətinin geri qaytarılmasını xahiş etmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Hazırki halda inzibati tənbeh vermə haqqıdna qərardan şikayət vermiş barəsində qərar çıxarılmış fiziki şəxs şikayətinin geri qaytarılmasını xahiş etdiyi üçün məhkəmə baxışının həyata keçirilməsi üçün predmet qalmamışdır. Beləliklə, təsvir olunanlara əsasən hesab edirəm ki, şikayət vermiş şəxsin ərizəsi təmin edilməli və X1 xx.xx.2025-ci il tarixli, EQ 25651703 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Yuxarıda göstərilənlərə əsasən, qərara aldı: X1 xx.xx.2025-ci il tarixli, EQ 25651703 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar